Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət.
Anhoy | |
---|---|
31°50′ şm. e. 117°00′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | CN-AH |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir. Ən görkəmli yeri “Min və Tsin sülalələri dövründə Çinin yaşayış tikililəri Muzeyi” adını daşıyan Siditsun qəsəbəsi tutur. Görünüşcə öküzü xatırladan Xuntsun qəsəbəsi də bu cür şöhrətə malikdir. Siditsun qəsəbəsi İ qəzasının cənub-şərq hissəsində yerləşir. Burada Min və Tsin sülalələri dövründə ucaldılmış 300-dən çox ev və məbəd vardır. Onlardan 124-ü yaxşı vəziyyətdədir. Tikililərin və küçələrin yerləşməsi və planlaşması ilkin şəklində qalmaqdadır. Qəsəbədəki ev və məbədlər əzəmətlidir, əcnəbi memarlar bu məskəni “ən yaxşı qalan qədim məskən tikililəri kompleksi” və “dünyada ən gözəl qədim qəsəbə” adlandırırlar. Xuvenquantsışifan (məmur Xu Venquanın xatirəsinə tikilmiş məbəd), Juyyuytin (Juyyu sarayı), Taoliyuan (ərik və gavalı bağı), Siyuan (qərb bağı), Dunyuan (şərq bağı), Dafudi (“Dafu” – orta sinif məmuru mülkü), Tsineytan (böyüklərə ehtiram zalı), Lyuyfutan (xoşbəxtlik bəhəri zalı), Tsinyunsyuan (karyera bəhəri zalı), İnfutan (rifah himayəçisi zalı), Dutsintan (allahlara ehtiram zalı), və Linyuntan (yüksək bulud zalı) – qəsəbədə klassik memarlığın ən gözəgəlimli nümunələridir. Qədim Xuntsun qəsəbəsi İ qəzasının 11 kilometrliyində yerləşir. Qəsəbə görünüşcə öküzü xatırladır. Qərbdə Ley dağı yüksəlir, bu öküzün başıdır, onun yamacında 2 hündür ağac bitib, bu öküzün buynuzlarıdır. Tszi İn çayının üstündə Xuntsunun hər iki tərəfinə 4 körpü salınıb, bu öküzün 4 ayağıdır. Qəsəbədəki yüzlərlə tikililər öz ümumi görünüşü ilə öküzün bədənini xatırladır. Yuetszao nohuru öz aypara forması ilə heyvanın mədəsinə bənzəyir, qəsəbənin cənubundakı göl isə öküzün qarnıdır. Qəsəbənin əhalisi öz müdrikliyi ilə qəsəbəni öküz formasında yaratmışdır. Onun planlaşdırılması və xarici görkəmi isə o qədər zərif və gözəldir ki, qəsəbəni memarlıq tarixinin nadir əsəri adlandırırlar.