Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Nigina Şaripova
Nigina Şaripova (10 avqust 1995) — Özbəkistanlı sprinter. Nigina Şaripova Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nigina Şaripova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 2-ci təsnifat mərhələsində 11.68 saniyəlik nəticə ilə 5-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Yoşio Nişina
Yoşio Nişina (仁科 芳雄, Nişina Yoşio, 6 dekabr 1890 – 10 yanvar 1951) – Yaponiya fizikaçısı. İkinci dünya müharibəsi zamanı Yaponiyada atom bombası layihəsinə başçılıq etmişdir. Kosmik şüalar haqqında araşdırmaların qabaqcılı olmuşdur. "Yaponiyada nüvə fizikasının atası" hesab olunur. == Həyatı və karyerası == === 1890–1940 === Yoşio Nişina 1890-cı ildə Yaponiyanın Okayama prefekturasında bir kənddə doğulmuşdur. Okayamada yerləşən liseydə təhsil aldıqdan sonra Tokio Universitetinə daxil olmuş və 1919-cu ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olmuşdur. Mühəndislik işi təklifini qəbul etməyərək elektrokimya, daha sonra isə fizika üzrə təhsil almağa başlamışdır. Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda (RIKEN) tədqiqat köməkçisi olmuşdur. 1921-ci ildə RIKEN tərəfindən təhsil məqsədilə Avropaya göndərilmişdir. Kembricdə Kavendiş laboratoriyasında təhsil almış, Ernest Rezerfordun tələbəsi olmuşdur.
Nina İlina
Nina Oleksandrovna İlina (ukr. Ніна Олександрівна Ільїна; 30 avqust 1951, Kiyev) — Ukrayna kino aktrisası və ictimai xadimi. 2000-ci ildən Ukraynanın əməkdar artisti, "Stozhary" Beynəlxalq Kino Aktyorları festivalının prezidenti. Nina İlina Ukrayna Milli Kinematoqrafçılar Assosiasiyası "Kinematoqrafçılar Gildiyası"nın fəaliyyət göstərən agentliyinin baş direktorudur. == Erkən həyatı və təhsili == Nina İlina 30 avqust 1951-ci ildə Kiyevdə anadan olub. 1968-ci ildə Kiyevdəki 108 saylı orta məktəbi bitirib. 1958–1968-ci illərdə İlina Kiyev Pionerlər Sarayının bədii söz studiyasında təhsil alıb. Təhsilini Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində dram və kino aktyorluğu ixtisası üzrə davam etdirib (1968–1972). Orada İlina SSRİ xalq artisti Vladimir Belokurovun rəhbərliyi ilə Ukrayna Mədəniyyət Nazirliyinin sifarişi ilə Ukrayna emalatxanasını fərqlənmə diplomu ilə bitirib. == Karyerası == 1972–2006-cı illərdə İlina Kiyevdəki Dovjenko adına kinostudiyada aktrisa kimi çalışıb.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Fizika
Fizika (q. yun. φύsις — təbiət) — təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elm. == Fizikanın predmeti və strukturu == Fizika dəqiq elmdir və təbiət hadisələrinin həm makroskopik, həm də mikroskopik səviyyələrdə kəmiyyət qanunauyğunluqlarını tədqiq edir. "Fizika" termininə ilk dəfə antik dövrdə Aristotelin əsərlərində rast gəlinir. İlk dövrlərdə "fizika" və "fəlsəfə" (natural) terminləri sinonim kimi işlədilirdi, çünki onların hər ikisinin əsasında kainatın qanunauyğunluqlarını izah etmək məqsədi dururdu. Ancaq elmi inqilab nəticəsində 16-cı əsrdə fizika ayrıca bir elm sahəsi kimi formalaşmağa başladı. Fizika, əsasən, eksperimental elm kimi formalaşmışdır: onun qanunları təcrübi yolla əldə olunmuş faktlara əsaslanır. Bu qanunlar müəyyən kəmiyyət münasibətlərinə əsaslanır və riyazi dildə ifadə olunur. Fizika iki bölümə – eksperimental fizikaya və nəzəri fizikaya ayrılır.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Lizinq
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik: Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur; Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir; Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər. Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s. Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və d.
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Nazima
Nazimə Canibəyova (rus. Назима Жанибекова) (21 oktyabr 1990, Çimkənd), daha çox Nazimə təxəllüsü ilə tanınan (çox vaxt NAZIMA və ya Nazima kimi stilizə olunur) – rus hip-hop müğənnisi.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
İrina
İrina — ad.
Akira Nişino
Akira Nişino (d. 7 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Artemisia nitida
Artemisia nitida (lat. Artemisia nitida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis nitida
Baccharis nitida (lat. Baccharis nitida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Barringtonia nitida
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin lecythidaceae fəsiləsinin barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır.
Bidzina Kvernadze
Bidzina Kvernadze (Aleksandr Aleksandroviç) (gür. ბიძინა კვერნაძე; 29 iyul 1928, Siğnaği, Sığnaq qəzası – 8 iyul 2010, Tbilisi) — Sovet gürcü bəstəkarı və pedaqoqu. == Həyatı == Bidzina Kvernadze 1953-cü ildə Tbilisi Konservatoriyasında A.M.Balançivasenin bəstəkarlıq sinfini bitirmişdir. 1953—1968-ci illərdə Tbilsinin musiqi məktəblərində nəzəri fissiplinlərin tədrisi üzrə müəllim işləmişdir. 1958-ci ildən Tbilisi Konservatoriyasında bəstəkarlıq kafedrasının (1988-ci ildən professor).
Bidzina İvanişvili
Bidzina Qriqoryeviç İvanişvili (gürc. ბიძინა ივანიშვილი; 18 fevral 1956, Çorvila[d], İmereti) — Gürcüstan siyasi və dövlət xadimi, 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstan Respublikasının Baş Naziri. == Həyatı == İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədi. 2011-ci ildən siyasətlə məşğuldur. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.
Bizzina Kulumbeqov
Bizzina Kulumbeqov (ing. Bidzina Kulumbegov; 30 yanvar 1980) — Bizzina Kulumbeqov (d. 30 yanvar 1980 ) - gürcü pediatrı, allergist və teleaparıcıdır. == Bioqrafiyası == 1999-2005-ci illərdə Kulumbeqov Tbilisi Dövlət Tibb Universitetində təhsil alıb. 2005-2008-ci illərdə Tbilisi Dövlət Tibb Universitetinin rezidenti, pediatrı işləmişdir. 2008-ci ildə Avstriyada 3 aylıq təcrübə keçdi. Linzdəki ana və uşaq klinikasında işləyir. 2008 və 2009-cu illərdə Allergiya və İmmunologiya Mərkəzində kiçik həkim işləyib. 2010-cu ildən Allergiya və İmmunologiya Mərkəzində (uşaq allergisti) işləyir. 2016-cı ildən İmedi TV Gündüz Proqramının həmsöhbətidir.
Coelogyne nitida
Coelogyne nitida (lat. Coelogyne nitida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Culyetta Mazina
Culyetta Mazina (it. Giulietta Masina; 22 fevral 1921 — 23 mart 1994) — italyan aktrisası. Federiko Fellininin həyat yoldaşı.
Dalğa (fizika)
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır. Ümumi dalğa tənliyi budur: x = a cos ⁡ ω ( t − r v ) {\displaystyle x=a\cos \omega (t-{\frac {r}{v}})} Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir. == Dalğanın növləri == Dalğanın 2 növü vardır: Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir. Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır.