Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. == Tarixi == Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. == Əhalisi == 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. == Etimologiya == Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. == Anlayışlar == RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). == RIP versiya 1 == İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Adam Rize
Adam Rize (ing. Adam Ries; 1492, Bad-Ştaffelştayn[d], Yuxarı Frankoniya – 30 mart 1559[…], Annaberq-Buxxols[d]) — Alman riyaziyyatçısı və pedaqoqudur; "+" və "-" işarələrindən istifadə etmiş, dərsliklərində vurmanın müasir üsulunu vermişdir.
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Miroslav Ripl
Miroslav Ripl (17 mart 1992) — Çexiyalı xizək yürüşçüsü. Miroslav Ripl Çexiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Miroslav Ripl birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Ripl 3:27.46 saniyəlik nəticəsi ilə 80 atlet arasında 58-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rizə ili
Rizə ili — Türkiyədə il.
Rizə küftə
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 1 baş soğan 40 qr ərinmiş yağ 20 qr üzüm sirkəsi 10 qr şəkər 15 qr tomat – püre 25 qr keşniş və şüyüd habelə tam üçün duz və istiot götürülür. == Hazırlanma qaydası == Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir. Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.
Rizə Universiteti
Rəcəb Tayyib Ərdoğan Universiteti (əvvəlki adı: Rizə Universiteti) — Rizədə yerləşən Türkiyə dövlət universiteti. 2006-cı ildə Qaradəniz Texniki Universitetindən ayrılaraq müstəqil universitet kimi yaradılmışdır. Universitet əsasən elm və səhiyyə yönümlüdür. == Tarixi == Universitetin tarixi Texniki Məktəbin yaradılması ilə 1950-ci illərdən başlayır. 1975-ci ildə Rizə Təhsil İnstitutu yaradılır. 1976-cı il martın 1-də Rizə Peşə Məktəbinin əsası qoyulur. 1992-ci ildə İlahiyyat Fakültəsi və Balıqçılıq Fakültəsinin, 1996-cı ildə Fındıqlı Peşə Məktəbi, 1997-ci ildə Təhsil fakültəsi və Fən-ədəbiyyat fakültəsinin qurulması ilə böyüməyə davam edib. O, əvvəllər Qaradəniz Texniki Universitetinin bir hissəsi olub. 26111 nömrəli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minən 15 yeni universitetin yaradılması haqqında qanunla 17 mart 2006-cı ildə Rizə Universiteti yaradılıb. Universitet rəhbərliyinin təklifi və Nazirlər Şurasının qərarı ilə 2012-ci il 11 aprel tarixli 28261 saylı Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minən 6287 saylı İbtidai Təhsil və Təhsil Qanunu və Bəzi Qanunlarda Dəyişikliklər edilməsi haqqında Qanunla Rizə Universitetinin adı Rəcəb Tayyib Ərdoğan Universiteti olaraq dəyişdirilib.
Rie Azami
Rie Azami (d. 11 yanvar 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rie Kimura
Rie Kimura (d. 30 iyul 1971) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
Rie Matsubara
Rie Matsubara (21 oktyabr 1993, Gifu) — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Matsubara 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Matsubara həm də 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Rie Matsubara 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Sakura Noşitani, Sayuri Sugimoto və Kiko Yokota ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Rie Nakaşima
Rie Nakaşima (21 mart 1980) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Rie Nakaşima Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Rie Usuy
Rie Usuy (d. 28 dekabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Rie Yamaki
Rie Yamaki (d. 2 oktyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 50 oyun keçirib, 3 qol vurub.
Lusi Rie
Lusi Rie (Almanca tələffüz: [lʊtsiː ʀiː]; 16 mart 1902[…], Vyana – 1 aprel 1995[…], London) Avstriya doğumlu, müstəqil, Britaniyalı studio dulusçusu keramikaçıların əksəriyyəti kişi olan zaman bu sənətdə çalışırdı.
Rie Kudan
Rie Kudan (九段理江, Kudan Rie, 27 sentyabr 1990, Urava[d], Saytama prefekturası) – Yaponiya yazıçısı. 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuşdur. Romanın bir hissəsinin süni intellektin köməyi ilə yazmışdır. == İlk illəri və təhsili == Kudan 27 sentyabr 1990-cı ildə Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Universitetdən məzun olduqdan sonra laboratoriya köməkçisi kimi işləməyə başlamışdır. == Karyerası == İbtidai məktəbin 6-cı sinfində oxuyarkən yazdığı "Gözəl yapon dilindən istifadə edək" (美しい日本語を使おう, Utsukuşī nihonqo o tsukaou) adlı essesinə görə ilk ədəbi mükafatını qazanmışdır. 2021-ci ildə debüt romanı olan "Pis musiqi" (悪い音楽, Varui onqaku) romanı ilə 126-cı Ədəbi Dünyanın Yeni Gələni Mükafatının qalibi olmuşdur. Kudan 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" (東京都同情塔, Tokyo-to Doco To) romanına görə 170-ci Akutaqava mükafatının qalibi olmuşdur. Bundan öncə 2021-ci ildə "Məktəbli qız" əsərinə görə Akutaqava mükafatına namizəd göstərilsə də, qalib ola bilməmişdi. "Tokio Simpatiya Qülləsi" romanında hadisələr Zaha Hadidin Milli Stadion layihəsinin gerçək olduğu və süni intellektin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi yaxın gələcəkdə baş verir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Rise Like a Phoenix
Rise Like a Phoenix (azərb. Zümrüd Quşu Kimi Yüksəl‎) — Avstriyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. == Tarix == Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.