Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İoann Tsets
İoann Tsets (yun. Ἰωάννης Τζέτζης; təq. 1110, Konstantinopol və ya Konstantinopol – təq. 1180, Konstantinopol və ya Konstantinopol) — Bizans filoloqu, antik müəlliflərin şərhçisi. == Həyatı == Mifoloji məzmunlu bir çox əsərlərin müəllifi və siyasi nəzmdə eruditet olan Tsets klassik əsərlərin və müəlliflərin tərcüməçisi, hər şeydən əvvəl antik dövrə aid xəbərlərin toplayıcısı kimi fərqlənirdi. Bu mənada onun ən mühüm əsəri ədəbi, tarixi, mifoloji və arxeoloji mövzuların heterojen qarışığını təmsil edən, hər biri min misradan ibarət on üç kitablıq "Hekayələr kitabı"dır. == İstinadlar == == Əlavə ədəbiyyat == Epistulae. Ed. P. A. M. Leone. Leipzig, 1972.
Tatsuhiko Seta
Tatsuhiko Seta (d. 15 yanvar 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
Msxeta
Mtsxeta (gürc. მცხეთა) – Gürcüstanda şəhər. Tbilisinin 20 kilometr uzaqlığında, Araqvi çayının Kürə töküldüyü yerdə yerləşir. Gürcüstanın ən qədim şəhərlərindən biridir. V əsrə qədər İberiya çarlığının siyasi və iqtisadi mərkəzi olmuşdur.
Mtsxeta
Mtsxeta (gürc. მცხეთა) – Gürcüstanda şəhər. Tbilisinin 20 kilometr uzaqlığında, Araqvi çayının Kürə töküldüyü yerdə yerləşir. Gürcüstanın ən qədim şəhərlərindən biridir. V əsrə qədər İberiya çarlığının siyasi və iqtisadi mərkəzi olmuşdur.
Pyeta
Pyeta — xristian incəsənətində, xüsusilə heykəltaraşlıqda istifadə olunan, Bakirə Məryəmi ölmüş oğlu İsanı qucağında tutarkən göstərən səhnə.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 812 s.
Tafta
Tafta — ipəkdən hazırlanan parça növü. Saya və naxışlı olur. "Tafta" sözünün izahını İranda olan yer adı ilə bağlayırlar, ehtimal ki, parçanın adı da burdan götürülüb. Tafta, sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi, rəng harmoniyasının ifadəli həlli ilə həmnövlərindən fərqlənən, xalq məişətində istifadə olunan ipək toxumadır. Azərbaycan milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət tapmışdı. XIX əsrdə Şuşa, Şamaxı və onun ətraf kəndləri tafta parça istehsalında Zaqafqaziyada birinci yeri tuturdu. Bu zaman Şamaxıda ən çox qırmızı, sarı, yaşıl, göy və s. rəngli zolaq və millərdən ibarət dama-dama naxışlı tafta parçalar daha çox istehsal edilirdi. Ən sıx toxumada dörd əriş sap götürülürdü. Bu cür kip toxunuşlu tafta parça xalq arasında "Çarta tafta" adlanırdı.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. == Etimologiyası == Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Taxta
Ağac yoxsa taxta — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Tetra
Tetra (lat. Lyrurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Tənta
Tənta (ərəb. طنطا‎) — Misirdə şəhər, əl-Qərbiyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 429.503 nəfərdir (2006).
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur. Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Stera
Cratystylis (lat. Cratystylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Stera Ewart == Növləri == Cratystylis centralis Albr.
İveta
İveta — qadın adı. İveta Veyone — Latviyanın 4-cü Birinci xanımı (2015–2019). İveta Mukuçyan — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı.
2244 Tesla
2244 Tesla— cırtdan planet və ya asteroiddir. O 22 oktyabr, 1952-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda (hal-hazırda Serbiya) kəşf edilib. Bu cırtdan planet müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsindəki töhfələri ilə məşhur olan Serb əsilli Amerikalı ixtiraçı və elektrik mühəndisi Nikola Teslanın şərəfinə adlandırlıb. Onun siderik dövrü 4 il 261 günə bərabərdir.
Acacia laeta
Senegalia laeta (lat. Senegalia laeta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin seneqaliya cinsinə aid bitki növü. == Areal == Tropikal Afrika, İsrail, Ərəbistan yarımadasında yayılmışdır.
Acaena tesca
Acaena tesca (lat. Acaena tesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Asena (dəqiqləşdirmə)
Asena — gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Asena (mifologiya) — mifologiya.