Setar (fars. سهتار, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır.[1] Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.[2]
Setar | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 321.321 |
Əlaqəli alətlər | sitar |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir.[3] Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır".[2] Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.[1]