Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin cır limon
Çin cır limonu
Çji Çin-Lon
Çih Çin-Lonq (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Lonq Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 13-cü pillənin sahibi olub.
CIA
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çiy
Aphanopleura (lat. Achnatherum) — Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin.
ÇİR
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çil-çil ördəklər
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Cır mərsin
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Edvin Çil
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Emberiza cia
Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Hündür cil
Hündür cil (lat. Carex elata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. Carex elata subsp. elata — Avropa, Qərbi Asiya, Şimali Afrika Carex elata subsp. omskiana (Meinsh.) Jalas — Avropa, Sibir, Qərbi Asiya Carex elata subsp. reuteriana (Boiss.) Luceco & Aedo — İspaniya Carex elata subsp.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Nəştərvari cil
Qara cil
Qara cil (lat. Carex nigra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.