Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağtərə
Ağtərə (lat. Parnassia) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi. Cinsin adı Yunanıstanda müqəddəs yerlərdən sayılan Parnas dağlarının adı ilə bağlıdır. Qədim miflərə görə Apollo bu dağlarda yaşamışdır. Bitki bəzək-bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Enneadynamis Bubani == Növləri == Parnassia alpicola Makino Parnassia amoena Diels Parnassia asarifolia Vent. Parnassia bifolia Nekr. Parnassia cabulica Planch. ex C.B.Clarke Parnassia cacuminum Hand.-Mazz.
Bataqlıq ağtərəsi
Bataqlıq ağtərəsi (lat. Parnassia palustris) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin ağtərə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növüdür. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsi 7-40 sm hündürlükdədir. Kökətrafı yarpaqları ürəkvari əsaslı, yumurtavari – dairəvi, tam kənarlı, gövdə yarpağı tək, gövdəni bürüyən va ya gövdədə yarpaqlar yoxdur. Çiçəkləri təpədə təkdirlər. Kasacıq əsasa qədər yumurtavari-lansetşəkilli va ya lansetvari-xətti hissəciklərə bölünmüşdür. Ləçəkləri ağdır, enli yumurtavari va ya ellipsşəkilli, 5–12 mm uzunluqdadır. Staminodilər enli, çoxlu hissələrə ayrılmış, sapvari hissəciklidir.
Ağdərə
Ağdərə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər, Ağdərə rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 5 dekabr 2023-cü ildə Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikiası == Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrin I yarısında burada məskunlaşdırılmış qonşu Qasapet kəndindən cıxmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən 10 sentyabr 1939-cu ilədək Cerabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, şəhər isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı.
Ağtəpə
Ağtəpə (Cəbrayıl) — Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Ağtəpə (Sayınqala) — Ağtəpə (Həmədan) — Ağtəpə (Ərdəbil) — Ağtəpə (Siminərud) — Ağtəpə — Qazax rayonunda, Kurun sağ sahilində, Həsənsu çayının mənsəbi yaxınlığında dağ. Ağtəpə — Qobustanda Ceyrankeçməz çayının sağ sahilində dağ. Hündürlüyü 253 m.; Ağtəpə — Gəncə Şəhərindən cənub-Şərqdə, Gəncə çayının sağ sahilində dağ. Hündürlüyü 582 m.; Ağtəpə — Gəncə Şəhər inzibati ərazi vahidində Qocaşen silsiləsinin cənub qərbində ucqar zirvə. Ağtəpə — Lerik rayonunun Ordahal kəndi ərazisində dağ.
Aterk (Ağdərə)
Həsənriz (əvvəlki adı: Aterk və ya Ater) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Aterk kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aterk kəndi Həsənriz kəndi adlandırılmışdır. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == Keçmış adı Aterk/Ater qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilmişdir. == Tarixi == Kəndin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çаlаbеrd nаhiyəsinin kəndi olaraq keçir.
Araçadzor (Ağdərə)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI–IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur.
Ağdərə (Bostanabad)
Ağdərə (fars. اقدره‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 30 km cənubda, Bostanabad-Təbriz avtomobil yolunun 24 kilometrliyindədir.
Ağdərə (Hurand)
Ağdərə (fars. آغ‌دره‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (5 ailə).
Ağdərə (Həmədan)
Ağdərə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 75 km cənubdadır.
Ağdərə (Nir)
Ağdərə (fars. اق درق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (8 ailə).
Ağdərə (Ordubad)
Ağdərə — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir qəsəbə. == Tarixi == Ordubad rayonunun Parağaçay qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəngəzur silsiləsinin cənub qərb yamacındadrr. Qəsəbə 1950-ci ildə Ağdərə adlı ərazidə filizsaflaşdırma kombinatının yaradılması ilə əlaqədar salınmışdır. Ətraf yamaclar ağ rəngə calan suxurlardan ibarətdir. Adını ərazidəki eyni-adlı dərədən almışdır.
Ağdərə (Qəzvin)
Ağdərə — İranın Qəzvin ostanında kənd == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Qərbi Xərəqan kəndistanında, Avəc qəsəbəsindən 54 km şimal-qərbdədir.
Ağdərə (Tovuz)
Ağdərə — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Adını ərazidəki eyniadlı dərədən almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin şimal yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Ağdərə kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Ağdərə (Xoy)
Ağdərə (fars. اغدره‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (11 ailə).
Ağdərə (Xızı)
Ağdərə – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Ağdərə kəndi mərkəz olmaqla Ağdərə kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin əhalisi vaxtilə Abşeronun Novxanı kəndindən köçüb gələn ailələrdən ibarətdir. == Coğrafiyası və iqlimi == Kənd Cigil çayının sahilində yerləşir.
Ağdərə (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Ağdərə — Azərbaycan Respublikasının qərbində, inzibati olaraq Tərtər rayonu ərazisində şəhər. Ağdərə rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunmuş rayon. Qəsəbələr Ağdərə (Ordubad) — Azərbaycan Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində qəsəbə. Kəndlər Ağdərə (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Ağdərə (Xızı) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Ağdərə (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağdərə (Xoy) Ağdərə (Qəzvin) Ağdərə (Nir) Ağdərə (Həmədan) Yuxarı Ağdərə (Tikantəpə) Ağdərə (Qars) Dərələr, dağlar Ağdərə — Ağsu rayonunun Bico kəndi ərazisində dərə; Ağdərə — Şamaxı rayonu ərazisində dərə Ağdərə — Zəngilan rayonunun İsgəndərbəyli, Sadallı və İərifli kəndləri ərazisində dərə.
Ağdərə (rayon)
Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir. SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci il tarixində ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
Ağdərə döyüşləri
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Ağdərə döyüşü
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Ağdərə rayonu
Ağdərə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Ağdərə şəhəridir. SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildən Dağlıq Qarabağ Muxtar Vilayətinin 26 noyabr 1991-ci il tarixində ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir. 5 dekabr 2023-cü ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. == Tarixi == Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
Ağdərə şəhəri
Ağdərə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər, Ağdərə rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 5 dekabr 2023-cü ildə Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikiası == Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrin I yarısında burada məskunlaşdırılmış qonşu Qasapet kəndindən cıxmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən 10 sentyabr 1939-cu ilədək Cerabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, şəhər isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı.
Ağdərə əməliyyatı
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin] Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. == Hücumun başlanması == 12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. == Əsas hücum == 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.
Ağtəpə (Germi)
Ağtəpə (fars. اغ تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Xoruzlu kəndistanında, Germi qəsəbəsindən 27 km cənub-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (11 ailə).
Ağtəpə (Həmədan)
Ağtəpə — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağtəpə (Sayınqala)
Ağtəpə (fars. اق تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Qaralar kəndistanında, Miyandab qəsəbəsindən 56 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 841 nəfər yaşayır (182 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Ağtəpə (Siminərud)
Ağtəpə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Şəra kəndistanında, Həmədanindən 36 km cənub-şərqdədir.