Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin]
Goranboy əməliyyatı | ||||
---|---|---|---|---|
Qarabağ münaqişəsi | ||||
Tarix | 12 iyun 1992 – mart 1993 | |||
Yeri | Goranboy rayonu və Tərtər rayonu bölgəsi | |||
Nəticəsi | Azərbaycan Ordusu Dağlıq Qarabağ seperatçılarının müqavimətini sarsıtmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 % torpağını geri qaytarmışdır. Lakin ümumi strateji hədəfə çatmağa nail olmamışdır. | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Tərəflərin qüvvəsi | ||||
|
||||
İtkilər | ||||
|
||||
|
Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır.
12 iyun, 1992-ci il tarixində, Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin prezident seçilməsindən sadəcə 5 gün sonra, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən genişmiqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq.
13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər.[2]
15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdir. [mənbə göstərin]
25 iyun, 1992-ci il, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri (Arabo, Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor) Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən, 65 nəfərdən ibarət Aramo dəstəsi və əlavə 10 könüllü Qızıloba kəndini yenidən işğal etdilər. Bu azərbaycannlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30-40 əsgərimiz həlak olmuşdur. [mənbə göstərin]
4 iyul, 1992-ci ildə, uzun mühasirədən sonra Ağdərə (Mardakert) şəhəri azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir.[3] Erməni hərbi qüvvələri Xankəndinin cənub tərəfində doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu təqdirdə Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılması planlaşdırılırdı. Lakin buna baxmayaq döyüşlər dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur.
Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan Ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-ni işğal edərək, erməni vətəndaşları arasında panika yaratmaq istəyir. Goranboy əməliyyatı 60.000 əhalini qaçqın və məcburi köçkün vəziyyətinə salmış, yüzlərlə şəxs əsir və itkin düşmüşdür. [mənbə göstərin] Yaranmış bu şəraitdən istifadə edərək Azərbaycan prezidenti Əbülfəz Elçibəy səfərbərlik barədə fərman imzaladı və 1991-1992-ci ildə ordudan tərxis olunanlar yenidən orduya çağırıldı. Bu arada, Azərbaycan hərbi qüvvələri Xankəndidən 15 dəqiqəlik məsafədə olan Sırxavənd kəndində hazır mövqedə dayanmışdılar.
18 iyun, 1992-ci il tarixində Dağlıq Qarabağdakı erməni rejimi fövqəladə vəziyyət elan etdi. 15 avqustda isə erməni rejimi müdafiə nazirliyi yaradır. Nazirliyə ilk dövrlər Robert Köçəryan, sonrada isə Serj Sarqsyan rəhbərlik etmişdir. Özünü müstəqil elan etmiş DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi.[4] Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu (DQMO) yaradıldı.
Rus generalı Lev Ruxlovun sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti Antonov An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə DQR-də itirilmiş torpaqların geri qaytarmaq üçün zəmin yaratdı.
Dağlıq Qarabağ Müdafiə Ordusu təşkil olunmasından sonra Azərbaycanın irəliləməsi uğursuzluğa düçar oldu. 1992-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan Ordusu ciddi müdafiə ilə qarşılaşaraq ağır itkilərlə üzləşmişdi. Surət Hüseynov öz tabeçiliyində olan diviziyaları Ağdərədə Gəncəyə doğru irəliləməsinə əmr verdi. Orada da qərarlaşmayan Hüseynov Bakıda dövlətə qarşı hərbi qiyam qaldırmaq və Elçibəyi hakimiyyətdən devirmək niyyətində idi. Bu və digər səbəblərdən bölgədə baş vermiş uğurlu əməliyyatların davamı olmamış, əksinə geri qaytarılan torpaqların bir hissəsi yenidən itirilir.[mənbə göstərin]
Bu əməliyyat barədə o qədər məşhur olmayan TV proqramı "600 saniyə" (600 секунд)-də geniş müzakirə olunmuşdur. Aparıcı Aleksandr Nevzorov Goranboy əməliyyatı zamanı şokedici müsahibəsi ilə efirdə çıxış etmişdir.