Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Abadə Təşk
Abadə Təşk — İranın Fars ostanının Neyriz şəhristanının Abadə Təşk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,213 nəfər və 1,614 ailədən ibarət idi.
Abadə şəhristanı
Abadə şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadə şəhəridir.
Arcade
Arcade, Arkada;
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor ), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Abraam Kretatsi
Abraam Kretatsi və ya Kritli Abraam (erm. Աբրահամ Կրետացի; XVII əsr, İraklion – 18 aprel 1737, Üçkilsə) — erməni katolikosu (1734–1737), tarixçisi. Əslən yunandır. XVIII əsrdə Ermənistan haqqında mənbə olan "Tarixşünaslıq" əsərinin müəllifidir. == Əsərləri == Abraam Kretatsi Səfəvi-Osmanlı müharibələri, 1734–1736-cı illərdə Ermənistan və İranın siyasi və iqtisadi həyatı, həmçinin Nadir şah ilə şəxsi görüşləri haqqında materialları özündə əks etdirən "Tarixşünaslıq" (Kəlkətə, 1-ci nəşr, 1796) əsəri ilə tanınır.
Arcade (mahnı)
Arcade (azərb. Arkada‎) — Niderlandın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Dankan Lourens "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır. Mahnı Dankan de Mur, Coel Syöö və Vuter Hardi tərəfindən bəstələnmişdir.
Arcade Fire
Arcade Fire (Arkeyd Faer) – Kanada Alternativ rok və İndi-rok rok qrupu. == Qrupun tarixi == Qrup 2003-ci ildə Monrealda evli cütlük Uin Batler və Redjin Şassen'in birgə düetindən sonra yaranmışdır. Qrupun üç albomu yüksək dərəcəli təqdirə layiq görüldü. Qrupun Funeral (2004) albomu MTV'nin "İlin ən yaxşı 50 albomu" (50 Greatest Albums of the Year) siyahısında birinci yeri tutdu və Qremmi mükafatının 2 nominasiyası ilə təltif edildi. Qrupun ikinci albomu Neon Bible (2007) Kanadanın və İrlandiyanın albom siyahılarına başçılıq edirdi. ABŞ'da və Böyük Britaniyada ikinci yerə qədər qalxan albom, 2007-ci ildə Q (jurnal) tərəfindən "İlin ən yaxşı albomları" siyahısında 1-ci yerə layiq görüldü. 2008-ci ildə albom Brit Awards'da namizədliyini irəli sürdü və "Best Alternative Album of the Year" nominasiyasında Juno Awards laureatı aldı. Qrupun üçüncü albomu The Suburbs 2010-cu ildə ən yaxşı albom kimi Qremmi mükafatı aldı.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Edvard Andrade
Edvard Andrade (27 dekabr 1887, London – 6 iyun 1971) – İngilis fizik. == Həyatı == London Kral Cəmiyyətinin üzvü (1935). London Universitetini bitirmişdir (1907). Vulviç Artilleriya Kollecinin (1920– 28) və London Universitetinin (1928–50) professoru, Kral Universitetinin və Devi-Faradey laboratoriyasının direktoru (1950–52) olmuşdur. == Fəaliyyəti == Elmi işləri mayelər fizikasına, metallar fizikasına, spektro skopiyaya, atom fizikasına, akustikaya, fizika tarixinə aiddir. Mayenin özlüklüyünün temperaturdan asılılıq düsturunu almış və ərimə nöqtəsində mayenin özlüklüyünün atom çəkisinin, sıxlığın və temperaturun funksiyası olduğunu göstərən düstur vermişdir. Metalların sürüncəkliyini tədqiq edərək sürüncəklik qanununu irəli sürmüşdür. Metalların monokristallarını almaq üsulunu tapmışdır. Metalların səthinin vəziyyətinin onların xassələrinə təsirini sübut etmişdir. 1914-cü ildə E.Rezerfordla birlikdə izotopların rentgen spektrlərinin eyni olduğunu isbat etmiş və bununla da elementin izotoplarının sıra nömrələrinin eyni olduğunu təsdiqləmişdir.
Jak Abbadi
Jak Abbadie (fr. Jacques Abbadie), həmçinin Ceyms Abbadi (ing. James Abbadie; 1654[…] – 25 sentyabr (6 oktyabr) 1727 və ya 15 sentyabr 1727, Marlibon[d], Böyük London[…]) — protestant keşiş və yazıçı. == Həyatı == Jak Abbadi təxminən 1654-cü ildə Fransanın Bern kantonunun Ney şəhərində anadan olmuşdur. O, Sedan və Saumurda təhsil alıb. Abbadinin erkən akademik uğuru onun cəmi on yeddi yaşında olanda Sedandakı akademiyadan ilahiyyat dərəcəsi almasına gətirib çıxarmışdır. Jak Abbadi Berlində, sonra isə Londonda fransız protestant qaçqınlarının keşişi olmuşdur. Jak Abbadi 1690-cı ildə Londondakı Savoy Kapellasında Fransa kilsəsinin rəhbəri təyin edilmişdir. O, 1699-cu ildə İrlandiyada Killalo kilsəsinin dekanı olmuşdur. Jak Abbadi 25 sentyabr 1727-ci ildə, London şəhərinin yaxınlığında vəfat etmişdir.
Klaudio Abbado
Klaudio Abbado (26 iyun 1933[…], Milan, İtaliya krallığı – 20 yanvar 2014[…], Boloniya) — italyan rejissoru. == Həyatı == K. Abbado Vyana beynəlxalq bəstəkarlar müsabiqəsi, "Berlin görüşləri" kamera musiqisi festivalı və Zaslburq Milad Serialının banisi idi.
Leandro Andrade
Leandro Livramento Andrade (24 sentyabr 1999, Tavira[d]) — Kabo-Verdeli peşəkar futbolçusu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Kabo-Verde milli futbol komandasının vingeri. O, Portuqaliyada anadan olmuş, sonradan Kabo-Verdi millisinin şərəfini qorumuşdur. == Karyera == === Klub === Andrade "Olyanense"nin gənclər akademiyasında üç il çıxış etmiş, 2018-ci ildə əsas komandaya yüksəlmişdir. O, növbəti il "Fatima" FK -da çıxış etmiş, 2020-ci ilin iyulunda Bolqarıstanın "Çerno More" komandasına transfer olunmuşdur. Andrade 16 avqust 2020-ci ildə Bolqarıstan Birinci Liqasında, "Etar Veliko Tarnovo" səfərində 4:0 hesablı qələbədə əvəzedici kimi debüt etmişdir. Andrade 13 yanvar 2022-ci ildə "Qarabağ" FK-na transfer edilmişdir. O, klub ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlamışdır. === Beynəlxalq === Portuqaliyada anadan olan Andrade Kabo-Verde mənşəlidir. O, 2022-ci ilin martında bir sıra yoldaşlıq oyunlarında çıxış etməsi üçün Kabo-Verde millisinə dəvət olunmuşdur.
M1 Abrams
M1 Abrams ABŞ istehsalı üçüncü nəsil əsas döyüş tankıdır. Yüksək mobillik qabiliyyəti olan bu döyüş maşını müasir zirehli quru döyüşləri üçün nəzərdə tutulmuş güclü zirehə sahibdir. Hazırda dünya ordularında istismar olunan ən ağır tanklardan biri hesab olunur. İlk dəfə 1980-ci ildə ABŞ Ordusunda silahlanmaya qəbul olunmuşdur. Hazırda ABŞ-la bərabər Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Avstraliya və İraq ordularının da silahlanmasında olan əsas döyüş tankıdır. Sonuncu istehsal variantı olan M1A2 modifikasiyası yeni nəsil zireh və elektronik sistemlərə sahibdir. Maksimal sürəti saatda 72 km, boş çəkisi 61.3 ton, hərəkət ehtiyatı 465 km, maksimal yanacaq götürmə qabiliyyəti 1909 litrdir. ABŞ istehsalı M1A1 “Abrams” tankı İstehsalçı ölkə: ABŞ Tip: Əsas döyüş tankı İstehsalçı firma: Lima Army tank plant Detroit Tank Arsenal İstehsal tarixi: 1980 – davam edir Xidmətə giriş ili: 1980 – günümüzə İstehsal sayı: 9880 ədəd Ekipaj: 4 nəfər == Ölçülər == Ağırlığı: 61.3 ton Uzunluğu: 7.93 m Lülə daxil olmaqla: 9.77 m Lülənin uzunluğu: 5.28 m Eni: 3.66 m Hündürlüyü: 2.44 m Klirens: 0.48 m == Müdafiə == Zirehi: 700 mm Chobham (Çobham), RHA və poladla azaldılmış uran örtüklü 82 mm-lik 902B sis bombaları Dinamik müdafiə: ARAT Aktiv müdafiə: AN/VLQ-6 MCD == Performans == Zəminə təzyiq: 1,01 kq/sm ² Dalış dərinliyi: 1,2 m (şnorkelsiz), 2 m (şnorkellə) Xəndək keçmə: 2.74 m Divar dağıtmaq: 1.06 m Qalxma dərəcəsi: 31º Mühərrik: Honeywell AGT1500 qaz turbin mühərrik At gücü: 1500 Yanacaq çəninin tutumu: 1900 litr Maksimal sürət: 72 km/saat Mənzili: 440 km Dayandırılması: fərdi burulma bar == Silahlanma == Əsas silahı: 120 mm-lik M256 “L44” yivsiz topu Kalibr: 120 mm Lülənin qalxma bucağı: –10º... +20º Üfüqi tuşlama bucağı: 360º Mərminin başlanğıc sürəti: 1750 metr/saniyə Atəş məsafəsi: 4 km Maksimal atəş məsafəsi: 8 km Döyüş sursatı: 40 ədəd – 12.7 mm “M2 Browning” pulemyotu Kalibr: 12.7 mm Mərmi: 12.7x99 mm Atış tezliyi: 485-635 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 855 metr/saniyə Atəş məsafəsi: 1.8 km Maksimal atəş məsafəsi: 6.7 km – 2 ədəd 7.62 mm-lik “M240” pulemyotu Kalibr: 7.62 mm Mərmi: 7.62x51 mm NATO Atış tezliyi: 650-950 atış/dəqiqədə Güllənin başlanğıc sürəti: 834 metr/saniyə Atəş məsafəsi: 1.1 km Maksimal atəş məsafəsi: 3.725 m == Tarixi == M1 Abrams tankları Soyuq müharibə dövründə prototip olaraq hazırlanmış MBT-70 tanklarını əvəz etmək məqsədilə istehsal olunmuşdur. Tərkibi zəiflədilmiş uraniumdan ibarət olan Chobham zirehinin istifadə olunduğu ilk texnikadır.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. == Karyera == Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır. 2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır. Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir. Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir. 28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.
Simona Abbate
Simona Abbate (22 avqust 1983) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Simona Abbate, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Arkade oyunu
Arkade oyunu — adətən restoranlar, barlar və əyləncə salonları kimi ictimai müəssisələrdə quraşdırılan sikkə ilə idarə olunan əyləncə maşınıdır. Əksər arkade oyunları əsasən bacarıq oyunları kimi təqdim olunur və onlara arkade video oyunları, langırt maşınları, elektromexaniki oyunlar, geri qaytarma oyunları və ya merçendayzerlər daxildir.
Arkade videooyunu
Arkada oyunu — oyun salonlarında oynanılan oyun növlərinə və həmin oyunların oynandığı salon maşınlarına verilən addır. Oyunçu əmtəəlik jetonunu maşına ataraq oyuna başlayır. Oynanış tərzi baxımından hərəkət ön plandadır. Qeyd etmə və təkrar yükləmə variantları yoxdur. Bu cür oyunlar eyni zamanda internet üzərində müxtəlif veb saytlarında da təqdim edilməkdədir. Arkada oyunlar Fleş proqram texnologiyası ilə inkişaf etdirilir. Xüsusi inkişaf çağındakı uşaqlar üçün düşünəbiləcək olan bu cür oyunlar müxtəlif saytlarda tapıla bilər.
ABAD
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
Abra
Arad
Arad (judets)
Abadi (qəzet)
Abadi — İndoneziya qəzeti. Cakartada nəşr olunan qəzet 1951–1960-cı və 1968–1974-cü illərdə fəaliyyət göstərmişdir. Qəzet "Masyumi" siyasi partiyasına bağlı idi və qədər Sukarnonun hakimiyyəti dövründə ən böyük qəzetlərdən biri idi. Qəzet 1960-cı ildə qadağan olmuşdur. Sukarnonun süqutundan sonra 1968-ci ildə fəaliyyətini bərpa etmiş, Suhartonun hakimiyyəti dövründə Malari hadisəsindən sonra, 1974-cü ildə ikinci dəfə qadağan edilmişdir.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
Abxarə (Vərziqan)
Abxarə (fars. ابخواره‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 10,5 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (50 ailə).