M1 Abrams ABŞ istehsalı üçüncü nəsil əsas döyüş tankıdır. Yüksək mobillik qabiliyyəti olan bu döyüş maşını müasir zirehli quru döyüşləri üçün nəzərdə tutulmuş güclü zirehə sahibdir. Hazırda dünya ordularında istismar olunan ən ağır tanklardan biri hesab olunur.
M1A1 Abrams | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1980- davam edir |
İstismara başlanması | 1980 |
İstifadə edilən döyüşlər | İraq müharibəsi (2003-2011) |
İstehsal tarixçəsi | |
Konstruktor | Chrysler Defence |
İstehsalçı | Lima Army tank plant Detroit Tank Arsenal |
Variantları | M1A1, M1A2 |
Xüsusiyyətləri | |
Ağırlığı | 61.3ton |
Şose sürəti | 72 km/saat |
Güc nisbəti | 1500 a.g. |
Əsas silah |
105mm-lik M68 yivli top (M1 modellərində) 120 mm-lik M256 yivsiz topu(M1A1/M1A2 modellərində) |
Köməkçi silah | 1× 12.7 mm M2 BMG M240 7.62 mm |
Uzunluğu | 9.77 m |
Eni | 3.45 m |
Hündürlüyü | 2.44 m |
Ekipaj | 4 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1980-ci ildə ABŞ Ordusunda silahlanmaya qəbul olunmuşdur. Hazırda ABŞ ilə bərabər Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Avstraliya və İraq ordularının da silahlanmasında olan əsas döyüş tankıdır. Sonuncu istehsal variantı olan M1A2 modifikasiyası yeni nəsil zireh və elektronik sistemlərə sahibdir.[1] Maksimal sürəti saatda 72 km, boş çəkisi 61.3 ton, hərəkət ehtiyatı 465 km, maksimal yanacaq götürmə qabiliyyəti 1909 litrdir.
ABŞ istehsalı M1A1 “Abrams” tankı
İstehsalçı ölkə: ABŞ
Tip: Əsas döyüş tankı
İstehsalçı firma: Lima Army tank plant Detroit Tank Arsenal
İstehsal tarixi: 1980 – davam edir
Xidmətə giriş ili: 1980 – günümüzə
İstehsal sayı: 9880 ədəd
Ekipaj: 4 nəfər
Ağırlığı: 61.3 ton
Uzunluğu: 7.93 m
Lülə daxil olmaqla: 9.77 m
Lülənin uzunluğu: 5.28 m
Eni: 3.66 m
Hündürlüyü: 2.44 m
Klirens: 0.48 m
Zirehi: 700 mm Chobham (Çobham), RHA və poladla azaldılmış uran örtüklü
82 mm-lik 902B sis bombaları
Dinamik müdafiə: ARAT
Aktiv müdafiə: AN/VLQ-6 MCD
Zəminə təzyiq: 1,01 kq/sm ²
Dalış dərinliyi: 1,2 m (şnorkelsiz), 2 m (şnorkellə)
Xəndək keçmə: 2.74 m
Divar dağıtmaq: 1.06 m
Qalxma dərəcəsi: 31º
Mühərrik: Honeywell AGT1500 qaz turbin mühərrik
At gücü: 1500
Yanacaq çəninin tutumu: 1900 litr
Maksimal sürət: 72 km/saat
Mənzili: 440 km
Dayandırılması: fərdi burulma bar
Əsas silahı: 120 mm-lik M256 “L44” yivsiz topu
Kalibr: 120 mm
Lülənin qalxma bucağı: –10º... +20º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin başlanğıc sürəti: 1750 metr/saniyə
Atəş məsafəsi: 4 km
Maksimal atəş məsafəsi: 8 km
Döyüş sursatı: 40 ədəd
– 12.7 mm “M2 Browning” pulemyotu
Kalibr: 12.7 mm
Mərmi: 12.7x99 mm
Atış tezliyi: 485-635 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.8 km
Maksimal atəş məsafəsi: 6.7 km
– 2 ədəd 7.62 mm-lik “M240” pulemyotu
Kalibr: 7.62 mm
Mərmi: 7.62x51 mm NATO
Atış tezliyi: 650-950 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 834 metr/saniyə
Atəş məsafəsi: 1.1 km
Maksimal atəş məsafəsi: 3.725 m
M1 Abrams tankları Soyuq müharibə dövründə prototip olaraq hazırlanmış MBT-70 tanklarını əvəz etmək məqsədilə istehsal olunmuşdur. Tərkibi zəiflədilmiş uraniumdan ibarət olan Chobham zirehinin istifadə olunduğu ilk texnikadır. Körfəz müharibəsi ərzində atəş gücü və NBC (nüvə, bioloji və kimyəvi) qoruması artırılmışdır. İraq tanklarından üstün olması səbəbilə müharibə ərzində çox az sayda M1 tankı düşmən atəşi nəticəsində zədə almışdır. Abramslar 2003-cü ildə İraqda başlamış müharibədə və Əfqanıstan döyüşlərində də aktiv istismar olunmuşdur.
ABŞ Ordusunun silahlanmasında olan M60 tanklarının əvəz edilməsi məqsədilə 1960-cı ildə Almaniya Federativ Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində MBT-70 tankı istehsala hazırlanmışdır. MBT-70 layihəsi 1968-ci ildə sınaq üçün hazır vəziyyətə gətirilmişdir. Bu tankın əsas zəif cəhətləri olduqca ağır olması və qiymətinin baha olması idi. Bu layihə uğursuzluqla nəticələndiyinə görə ABŞ Ordusu başqa layihələrə üz tutmağa məcbur olmuşdur.[2]
Konqres 1971-ci ilin noyabr ayında MBT-70 layihəsini ləğv etmişdir. Yeni layihə XM815 adlanırdı ki, o da sonradan ABŞ Ordusunun generalı Kreyton Abramsın şərəfinə XM1 Abrams adını almışdır. Bu layihənin prototipləri 1976-cı ildə Chrysler Defense və General Motors şirkətləri tərəfindən hazırlanmışdır.
1979-1985-ci illər aralığında ümumilikdə 3273 ədəd M1 Abrams istehsal olunmuşdur. Bu tanklar ölkə ərazisində lisenziya altında istehsal olunmuş 105 mm-lik Royal Ordnance L7 topu ilə təchiz olunmuşdu. Sonradan bu top kiçik miqyaslı modifikasiyalarla M1IP adı altında istehsal olunmuşdur. Bu model Kanada Ordusu tərəfindən də istifadə olunmuşdur.
1986-1992-ci illər aralığında təqribən 5000 ədəd M1 Abrams istehsal olunmuşdur. Bu tanklar əvvəlkilərdən fərqli olaraq 120 mm-lik M256 topu, təkmilləşdirilmiş zireh və CBRN müdafiə sistemi ilə təchiz edilmişdi. Ümumilikdə, hər birinin qiyməti 4.3 milyon ABŞ dolları olan təqribən 9000 ədəd M1 və M1A1 istehsal olunmuşdur.[3] 1999-cu ildən etibarən bu tankların vahidinin qiyməti 5 milyon ABŞ dolları olaraq müəyyən edilmişdir.
1991-ci ildə Körfəz müharibəsi başlayana qədər Abrams tankları heç bir döyüşdə iştirak etməmişdi. Müharibənin başlanğıcında Küveytin İraq qoşunlarından azad edilməsi məqsədilə 1848 ədəd M1A1 Səudiyyə Ərəbistanına yerləşdirildi. Bu tanklar İraq Ordusunun silahlanmasında olan Sovet istehsalı T-55, T-62, həmçinin T-72 tanklarına nisbətən daha çox üstünlüyə sahib idi. İraqın sahib olduğu T-72-lərin əsas zəif cəhəti gecə görmə və müasir məsafəölçən cihazların olmaması idi ki, bu da İraq tanklarının gecə şəraitində döyüş əməliyyatı həyata keçirməsinə və ya düşmənə qarşılıq verməsinə mane olurdu. Bu müharibə ərzində ümumən 23 ədəd M1A1 zədələndi və ya məhv edildi. Məhv edilmiş doqquz Abrams tankından yeddisi "dost atəşi" ilə vurulmuşdu. Digər tanklar isə döyüş əməliyyatları çərçivəsində kiçik çaplı zədələr almışdı ki, bu da onların ümumi döyüş hazırlığına ciddi təsir etməmişdi.