Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ponte City Apartments
Ponte City Apartmens – Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən göydələn. == Ümumi məlumat == Ponte city Apartments göydələni silindr formasında tikilmişdir ki, bunun nəticəsində günəş işığı mənzillərə daxili tərfdən də girə bilir. 55 mərtəbəli bu bina 173 metrdir(567,6 fut). Bu bina yaşayış binası kimi tikilmişdi. Ponte City Apartmens göydələninin memarı Manfred Xermer olmuşdur. == Tarixi == 1970-ci illərdə bina Yohanessburqda ən nüfuzlu yaşayış binalarından biri idi, lakin 1980-ci illərin sonlarında ərazidə cinayət kəskin şəkildə çoxaldığına görə sakinlər binadan ayrıldı və bina bandalar tərəfindən tutuldu. XXI əsrin əvvəllərində bina və ətraf ərazini bərpa etmək üçün cəhdlər edilmişdir, lakin 2007-ci il ipoteka böhranı əmlak qurucularının planlarını qismən pozub. Bina 2015-ci ildən etibarən yaşayış yeridir, 24 saat mühafizə olunur və biyometrik giriş nəzarəti sistemi ilə təmin olunur.
Abatment
Abatment - mühəndislikdə tikilinin üst hissəsi və ya təmas nöqtələrində bir körpü aralığı, yaxud barajın ucunda alt hissəyə verilən addır. Burada körpülər həm onun üçün şaquli və lateral dəstək təmin edən tərəf kimi dayanırlar, həm də köprü yanaşmasının yerüstü doldurulmasının yanal hərəkətinə qarşı duran divarlar kimi çıxış edirlər. Bu baxımdan çoxqarışlı körpülər ardıcılları tərəfindən dəstəklənməyən aralıqların uclarına dəstək tələb edir. Baraj abatmentləri əksərən vadinin ya da dərənin bir hissəsi olurlar, lakin Yaponiyada Kurobe Barajı kimi arxa bəndlərə dəstək olmaq üçün süni üsulla yaradılan növlərinə də rast gəlmək mümkündür.
The Tortured Poets Department
The Tortured Poets Department (azərb. İşgəncələrə məruz qalmış şairlər departamenti‎) — ABŞ musiqiçisi Teylor Sviftin sayca on birinci studio albomudur. 19 aprel 2024-cü ildə Republic Records tərəfindən yayımlanmış albomun prodüsserliyi Teylor Svift, Cek Antonoff, Aaron Dessner və Patrik Berger tərəfindən edilmişdir. 4 fevral 2024-cü ildə ənənvi Qremmi mükafatı təqdim edilmə mərasimi zamanı "Midnights" adlı (2022) onuncu albomu ilə "Ən yaxşı Pop Vokal Albomu" kateqoriyasında qalib gələn Svift, çıxışı zamanı yeni albomunu elan etmişdir.