Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aruz Vartan
Aruz Vartan (23 iyun 1880 – 14 aprel 1945) — Azərbaycan əsilli alman film aktyorudur. O, karyerası ərzində əsasən dəstəkləyici rollar olmaqla 90-dan çox filmə çəkilmişdir. == Həyatı == Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olan Aruz Vartan Gürcüstan irsinə sahibdir. O, 1898-ci ildə Tiflisdə orta məktəbi bitirmiş, daha sonra qısa müddətdə Xarkovda (indiki Ukrayna ərazisi) tibb təhsili almışdır. O, Sankt-Peterburqa köçməmişdən əvvəl bir müddət Yaponiyada yaşamışdır. == Fəaliyyəti == 1905-ci il inqilabı zamanı o, Almaniyada Saksoniyaya köçdü və Frayburq Mədən və Texnologiya Universitetində təhsil aldı. O, Almaniyaya qayıtmamışdan əvvəl Çilidə və Boliviyada mədən mühəndisi kimi işləmişdir, daha sonra isə səhnədə və ekranlarda aktyor və ifaçı kimi fəaliyyət göstərmişdir. Öz fəaliyyətinin ilk illərində o, əsasən aparıcı rollarda yer alırdı, lakin zaman keçdikcə xarakterik rolları ifa etməyə başladı. Faşizm dövründə o, kiçik rollarda yer aldı, xüsusilə də ruslarda, məsələn, Bakıya hücumlar (1942). Aruz Vartan İkinci Dünya Müharibəsinin son həftələrində təbii səbəblərdən dünyasını dəyişdi.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri == Həyatı == Sayman Aruz ( Saman Həsənzadə) aprel 19, 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", “Dənizləri yelləndirən faciə” adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Arum
Danaayağı (lat. Arum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Danaayağı növü Mikroneziya, Avropa, eləcə də Aralıq dənizi sahillərindən Qərbi Çinə qədər yayılmışdır. == Növləri == Arum alpinariae (Alpinar & R.R.Mill) P.C.Boyce Arum apulum (Carano) P.C.Boyce Arum balansanum R.R.Mill Arum besserianum Schott Arum byzantinum Blume Arum concinnatum Schott Arum creticum Boiss. & Heldr. Arum cylindraceum Gasp. Arum cyrenaicum Hruby Arum dioscoridis Sm. Arum dioscoridis var. cyprium (Schott) Engl. Arum dioscoridis var.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir. Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur.
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslər Qadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu Şirinova Kişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
16 arzu
"16 arzu" (ing. 16 Wishes) — baş rolda Debbi Rayanın çəkildiyi orijinal Disney Channel filmidir. Film ilk dəfə 25 iyun 2010-cu ildə nümayiş etdirilmişdir. == Haqqında == Ebbinin 16 yaşı tamam olur. Heç bir zaman işləri düz gətirməyən bu qıza sehrli şəkildə 16 ədəd şam çatar. Belə ki, bu şamlar onun 16 arzusunu həyata keçirə bilər. O, qırmızı bir maşın, populyar olmaq, böyümək kimi şeylər arzu edər, lakin işləri yenə də düz gətirməz. Axırda Ebbi səhvinin nədə olduğunu başa düşər.
Araz (ad)
Araz — kişilərə verilən şəxsi ad. Araz Abdullayev — Azərbaycanlı futbolçu. Araz Ağalarov — iqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. Araz Həsənov - pedaqogika üzrə fəlsəfə doktoru,alim Araz Əzimov — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini. Araz Yaquboğlu — tədqiqatçı, "Qızıl qələm" (2011) media mükafatı laureatı. Araz Elsəs — azərbaycanlı ozan. Araz Səlimov — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
Araz (dəqiqləşdirmə)
Araz — İran və Azərbaycan arasından axan çaydır. Araz (ad) — Kişilərə verilən şəxs adı. Araz (kinoteatr) Araz (musiqi qrupu) - İranda məşhur Azərbaycandilli musiqi qrupudur. Araz (qəzet) — Sovet dövründə Füzulidə nəşr olunmuş qəzet. Araz (qəzet, London) — Araz (dərgi, İsveç) — Araz (nəşriyyat) — Azərbaycanda nəşriyyat. Araz (arxeoloji ekspedisiya) — "Araz" Arxeoloji – Etnoqrafik Ekspedisiyası Araz (supermarket) Araz daşqını (1896) — Araz albalısı — Araz tıs-tısı — Araz yovşanı — == Qəsəbə, kənd və bələdiyyələr == Araz (Babək) - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Araz (qəsəbə) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Araz Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Araz Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Araz Dilağarda bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda bələdiyyə.
Araz (kinoteatr)
"Araz" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr.
Araz (qəsəbə)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz (supermarket)
== Tarixçə == Araz Supermarketlər Şəbəkəsi 2011-ci ildə 4 mağaza ilə fəaliyyətə başlamışdır. Araz-ın əsas prinsipi qida və qeyri-qida məhsullarını yüksək keyfiyyətlə və ən sərfəli qiymətlə istehlakçıya çatdırmaqdır. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan "Araz" öz portfelində 600-dən çox şəxsi məhsula malikdir, eyni zamanda bir çox özəl və yerli brend məhsullarını müştərilərinə təqdim etməyi hədəfləyir. Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə 170-dən artıq mağaza ilə xidmət göstərir. O, həmçinin "İstehlak Malları Forumu"nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir. Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association — SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12–16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görüldü.
Araz qəsəbəsi
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz vadisi
Araz vadisi — Araz çayı boyunca yerləşən vadi. == Coğrafiya == Araz vadisi Naxçıvan şəhəri və İmişli rayonu arasındakı Arazqırağı məkanı əhatə edir. == Tarix == Orta əsr ərəb səyyahları və coğrafiyaşünasları bu bölgəni əl-Vadi adlandırırdılar.
Araz yovşanı
Araz yovşanı (lat. Artemisia araxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 50-80 sm-ə çatan kol bitkisidir. Aşağı yarpaqları 4-8 sm-dən az olmayıb, uc pulcuqları 4-12 mm-dir. Səbəti oturaq, dar silindrşəkilli olub, uzunluğu 4,5 mm-ə çatır. Örtüklə birlikdə çox ağımtıl qabarıq, qızılı tüklüdür. Gövdələri nazik, vegetasiyanın sonunda çılpaq olub tünd-qonur rəng alır. Sentyabr ayında çiçəkləyir, toxumları oktyabr-noyabr ayında yetişir. == Ekologiyası == Quraqlığadavamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da rast gəlinir.
Araz çayı
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Araz Əliquliyev
Araz Əliquliyev (2 avqust 1962, Bakı) — tibb elmləri doktoru, professor. == Həyatı == Araz Ramiz oğlu Əliquliyev ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Araz Əliquliyev 1985-ci ildə Respublika Narkoloji Dispanserinin baş həkimi təyin edilmişdir. 2000-ci ildə Baş narkoloq təyin edilmişdir. calışdığı dövurdə Qlobal fondun, BMT-in İnkişaf Proqramı, ÜST-ün layihələrin icracısı olmuşdur. Narkoloji xidmətin təkmilləşdirilməsi üçün qanunvericiliq təşəbüsləri ilə cixiş etmişdir. "narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" qanunların hazırlanmasında bilavasitə iştirak etmiş, Nazirlər Kabinetinin 30 yaxın qərar layihəsinin müəlifi olmuşdur. Narkotik istifadəciləri üçün yeni müalicə üsulların, zərərin azadılması proqramların Azərbaycanda tədbiq edilməsinin təşəbrıdır. 2007—2012-ci illər ərzində Vitaline özəl narkoloji klinikanın təsiscisi olmuş.
Araz Əliyev
Araz Əliyev (kiçik çavuş)
Araz Əlizadə
Araz Məmməd Mübariz oğlu Əlizadə (3 noyabr 1951, Bakı – 6 oktyabr 2022, Bakı) — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü il prezident seçkilərində iştirak üçün sənədlərini MSK-ya təqdim etmiş namizəd. == Həyatı == Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. Qardaşı Zərdüşt Əlizadəyə görə Türk əsilli olsa da, özünü Azərbaycanlı hesab edib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir. 1985-ci ildə xuliqanlğa görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır. 1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır.
Araz Əzimov
Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur. 1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır. İngilis, fars, rus və türk dillərini bilir.
Araz Abdullayev
Araz Abdullayev (18 aprel 1992[…], Bakı) — Azərbaycanlı futbolçu, Boluspor klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Araz Abdulla oğlu Abdullayev 1992-ci ilin 18 aprel tarixində Bakı şəhərində anadan olub. Gənc yaşlarında Neftçi klubunun akademiyasında futbolla məşğul olub. Daha sonradan komandanın əvəzedici heyətində oynayıb. 5 oktyabr 2008-ci il tarixində 16 yaşlı Araz Abdullayev, Neftçi klubunun əsas heyətində debüt etməklə peşəkar karyerasına başlayıb. Növbəti 3 mövsüm ərzində Araz Neftçi klubunun əsas heyətində 32 oyun keçirərək 2 qol vurur və Azərbaycan çempionatının qalibi olur. 2010-cu ildə Araz Abdullayev İngiltərənin Everton klubunun maraq dairəsinə düşür. 2011-ci ilin yanvar ayında Araz Abdullayev, Everton klubu ilə 3 illik müqavilə bağladı. Bundan sonra Everton klubu, Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən icarə əsasında mövsümün sonuna qədər Neftçiyə transfer etdi. Müqavilə ilə Evertona məxsus olan Araz Abdullayev, daha sonradan 2012-ci ildə Yunanıstan liqasında çıxış edən Panionios klubuna icarəyə verildi.
Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).