Araz Əzimov

Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Araz Əzimov
Vəzifədədir
25 iyun 1994-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyun 1962(1962-06-13) (62 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat
Atası Böyükağa Əzimov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir[1]. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur.

1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir.[2] 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[3] Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır[4].

İngilis, fars, rus və türk dillərini bilir.

Evlidir, iki oğul atasıdır.

  1. "Ölüm labirinti". 2009-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-08.
  2. "Nazir Müavinləri". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-15.
  3. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  4. "Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.