Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bürokratiya
Bürokratiya (fr. bureau, idarə və yun. kratos – hakimiyyət) — bürokratiya, hakim təbəqə. Fransızcada büro kəlməsi ilə latıncadakı kratos – hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəmləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir. == Tarixi == Bürokratiya terminini ilk dəfə 1745-ci ildə fransız iqtisadçısı V. de Qurne (1712–59) işlətmişdir. Bürokratiya ilk əvvəl dövlət idarəetmə sistemində meydana gəlmişdir. 20-ci əsrdə bürokratik aparat sənaye müəssisələrində, siyasi partiyalarda, həmkarlar ittifaqlarında, təhsil idarələrində yayılaraq, hər bir iri təşkilatın ayrılmaz elementinə çevrildi. Kütləvi şüurda və siyasi publisistikada Bürokratiyaya, bir qayda olaraq, yalnız formalizm, səriştəsizlik korrupsiya kimi neqativ cəhətlər aid edilir. Sosiologiya və politologiyada bürokratik idarəetmənin həm pozitiv, həm də neqativ tərəfləri nəzərdən keçirilir. Bürokratiya fenomeninin nəzəri təhlilinə 19-cu əsrin ortalarından başlanılmışdır.
Niskanen bürokratiya modeli
Niskanen bürokratiya modeli (“maksimumlaşdıran bürokrat” anlayışı, ing. Budget-maximizing model) — Dövlət məmurlarının maraqlarının dövlət sektorunun və nəticədə bütövlükdə sektorun hər bir sahəsinin ölçüsünü artırmaq üçün təzyiq yaratdığını göstərən ictimai seçim nəzəriyyəsi modeli. Model ilk dəfə 1968-ci ildə amerikalı iqtisadçı Villiam Niskanen tərəfindən təklif edilmişdir. == Tarixi == 1955-ci ildə İngilis tarixçisi Siril Parkinsonun adını daşıyan Parkinson Qanunları nəşr olundu. Onlar müəyyən edilmiş bir sıra nümunələri təsvir etdilər: bürokratlar özlərini yaradır və bir-birləri üçün iş yaradırlar (və nəticədə bürokratların sayı tələb olunan işin həcmində heç bir dəyişiklik olmadan ildən-ilə artır); bürokratların xərcləri gəlirlə artır; xərclərin artması fəsadlara səbəb olur. 1965-ci ildə isə amerikalı iqtisadçı Qordon Tallokun işində bürokratiyanın Tallok modeli təqdim edilmiş, 1967-ci ildəki işində ilk dəfə olaraq bir bürokratın kirayəçi davranışından istifadə edilmişdir. Tallokun bürokratiya modelinin sonrakı tənqidi və V.Niskanenlə müzakirəsi sonuncunu hökumətin strukturuna və fəaliyyətinə formal iqtisadi təhlilin tətbiqi ideyasına gətirib çıxardı. Məhz Qordon Tallok V.Niskanenə bürokratiya konsepsiyasını ayrıca məqalə kimi dərc etməyi təklif etmişdir. Bürokratiyanın iqtisadi modeli 1968-ci ildə amerikalı iqtisadçı Villiam Niskanen tərəfindən “Bürokratiyanın Xüsusi İqtisadiyyatı” əsərində təqdim edilmişdir. Modelin sonrakı tənqidi 1971-ci ildə Niskanenin Bürokratiya və Nümayəndəlik Hökuməti əsərində bürokratiya modelinin yenidən nəzərdən keçirilməsinə səbəb oldu.
Türkokratiya
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti) — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi. == Tarixi == Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.