Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərzeşle (İşembay)
Bərzeşle (başq. Бәрҙешле, rus. Арметрахимово) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Petrovski kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, kənd sovetliyindən (Petrovski): 5 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (82%) üstünlük təşkil edir.
Mis Sərçeşmə
Mis Sərçeşmə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,451 nəfər və 2,182 ailədən ibarət idi.
Sərçeşmə (Sərab)
Sərçeşmə (fars. سرچشمه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (77 ailə).
Cozayya Bercess
Cozayya Bercess (ing. Josiah Burgess; 1689, İngiltərə krallığı – Abako adaları) — ingilis dəniz qulduru. O, Karib dənizində fəaliyyət göstərmiş və daha çox Nyu-Providensin "Uçan dəstə"sinin rəhbərlərindən biri kimi tanınır. Benjamin Hornigold və Henry Jennings ilə yanaşı, Burgess 1717-ci ilin əvvəlində Nassauda ən nüfuzlu dəniz quldurları arasında idi. 1719-cu ildə Bercessin gəmisi Abako adaları yaxınlığında dənizdə itmişdir, Bercess isə orada boğulmuşdur.
BM-21UM "Berest"
BM-21UM "Berest" — Ukrayna istehsalı olan 122 mm-lik Reaktiv yaylım atəş sistemidir. Sistem KrAZ-5401 markalı yük şassisinə və modernləşdirilmiş BM-21 Qrad buraxılış qurğusuna əsaslanır. Qrad buraxılış qurğusundakı 40 raket əvəzinə Berest buraxılış qurğusunda 50 raket mövcuddur. Texnikanın yanacaq çəni 300 litr olub, maksimum sürəti 90 km, gediş ehtiyatı magistral yolda 600 km, təkər formulu isə 4х2-dir. == Tarixi == BM-21UM Berest sistemi ilk dəfə 9–12 oktyabr tarixlərində Kiyevdə keçirilən Silah və Təhlükəsizlik 2018 sərgisində təqdim edilmişdir. "Berest" BM-21 Grad-ın dərin modernləşdirilmiş versiyasıdır və onu əvəz etmək üçün nəzərdə tutulmuşdur. "Berest" öz dövriyyə vəsaiti hesabına Şepetivka təmir zavodu tərəfindən hazırlanmışdır.