BM-21UM "Berest" — Ukrayna istehsalı olan 122 mm-lik Reaktiv yaylım atəş sistemidir. Sistem KrAZ-5401 markalı yük şassisinə və modernləşdirilmiş BM-21 Qrad buraxılış qurğusuna əsaslanır. Qrad buraxılış qurğusundakı 40 raket əvəzinə Berest buraxılış qurğusunda 50 raket mövcuddur. Texnikanın yanacaq çəni 300 litr olub, maksimum sürəti 90 km, gediş ehtiyatı magistral yolda 600 km, təkər formulu isə 4х2-dir.
BM-21UM "Berest" | |
---|---|
Tipi | Reaktiv yaylım atəş sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar edənlər | Ukrayna |
İstehsal tarixçəsi | |
Konstruktor | Şepetivka təmir zavodu |
İstehsal illəri | 2018-davam edir |
İstehsal sayı | ən azı 1 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 17.200 kq |
Mühərrik | ЯМЗ-530 |
Uzunluğu | 8000 mm |
Eni | 2500 mm |
Hündürlüyü | 3,130 mm |
Vikianbarda əlaqəli mediafayllar |
BM-21UM Berest sistemi ilk dəfə 9–12 oktyabr tarixlərində Kiyevdə keçirilən Silah və Təhlükəsizlik 2018 sərgisində təqdim edilmişdir. "Berest" BM-21 Grad-ın dərin modernləşdirilmiş versiyasıdır və onu əvəz etmək üçün nəzərdə tutulmuşdur[1][2].
"Berest" öz dövriyyə vəsaiti hesabına Şepetivka təmir zavodu tərəfindən hazırlanmışdır.