Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəyhəqi Əhməd
Əbu Bəkir Əhməd ibn Hüseyn Bəyhəqi– Görkəmli fəqih, mühəddis və təfsirçi Bəyhəqi Əhməd İranın Nişapur şəhərinin yaxınlığındakı Bəyhəq bölgəsində doğulmuşdur. Xorasan, Bağdad, Kufə, Məkkədə təhsil almışdır. Bəyhəqi Əhməd yüzdən çox müəllimdən hədis və fiqh elmlərini öyrənmişdir. Daha sonra Bəyhəqi müəllimlik etmiş və elmi fəaliyyətlə məşğul olmuşdur. O, hüquq, kəlam (I) və hədis elminə aid bir çox kitabın müəllifidir. O, Şafi məzhəbinin davamçılarından hesab edilir.
Bərhəm Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərhəm Salih
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərzəq (Miyanə)
Bərzəq (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (22 ailə).
Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.)) — İslam alimi. == Həyatı == Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Civırkoy bərzəği
Civırkuy bərzəği — əvəz olunmaz, az miqdarda bataqlaşmış, uzunluğu 20 km, eni 8 – 18 km arası olan quru parçası. Svyatoy yarımadasını materiklə bieləşdirir. Civırkuy körfəzi bəzəğin şimalında, Barquzin körfəzi isə cənub-qərbində onun sahillərini yuyur. Barquzin körfəzi sahillərində qumlu çımərlik vardır. Onun üzərindən mühüm atvomobil yolu keçir. Bərzəx ərazisində Kulinıe bataqlığı yerləşir — ərazi bir çox su quşlarının qidalandığı yerdir. Onun ərazisində kiçik Aranqatuy gölü yerləşir ki, dar boğazla Civırkuy körfəzinə birləşir. Göldə sazan, nərə və bir sıra balıq növlərinə rast gəlinir. Данные о Чивыркуйском заливе Интересные истории Бурятии. Байкал, Чивыркуйский залив Географическая точка.
Civırkuy bərzəği
Civırkuy bərzəği — əvəz olunmaz, az miqdarda bataqlaşmış, uzunluğu 20 km, eni 8 – 18 km arası olan quru parçası. Svyatoy yarımadasını materiklə bieləşdirir. Civırkuy körfəzi bəzəğin şimalında, Barquzin körfəzi isə cənub-qərbində onun sahillərini yuyur. Barquzin körfəzi sahillərində qumlu çımərlik vardır. Onun üzərindən mühüm atvomobil yolu keçir. Bərzəx ərazisində Kulinıe bataqlığı yerləşir — ərazi bir çox su quşlarının qidalandığı yerdir. Onun ərazisində kiçik Aranqatuy gölü yerləşir ki, dar boğazla Civırkuy körfəzinə birləşir. Göldə sazan, nərə və bir sıra balıq növlərinə rast gəlinir. Данные о Чивыркуйском заливе Интересные истории Бурятии. Байкал, Чивыркуйский залив Географическая точка.
Fərhəng Hüseynov
Fərhəng Rəhim oğlu Hüseynov (16 iyul 1949 – 16 fevral 2010) — Azərbaycan bəstəkarı, skripkaçı, Azərbaycanın əməkdar artisti (2009), "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin (Yaponiya, 1991) "Sülh naminə" Beynəlxalq müsabiqənin (ABŞ, 1995) "Xose Asunsyon Flores" adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000). "Balaca şahzadə" (1990) — Antuan de Sent-Ekzüperinin eyniadlı əsəri əsasında "Kodayu (opera)" (1993) – libretto Eyko Aokinindir, yapon dilində ilk opera Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990); Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995); Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000); Orqan üçün "Mərasimlər" (1991); "Kiçik kantata" (1996); 4 Romans (1997); Skripka və piano üçün Sonata (1997); Soprano və simli kvartet üçün "Stabat Mater" /"Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); 2 saylı Simli kvartet (2000).
Ofqui bərzəği
Ofqui bərzəği - Taytao yarımadasını Çilinln materik hissəsinə birləşdirir. Bərzəğin cənubunda Penas körfəzi, şimalında isə San Rafael laqunu onun sahillərini yuyur. Şərqdə Şimali Pataqoniya buzlağı ilə əhatələnmişdir. Geoloji cəhətdən bərzəx uç tavanın birləşdiyi yerdə qərar tutur. Beləki qərbdə Naska plitəsi, şərqdə Cənubi Amerika plitəsi, cənubdan isə Antarktika plitəsinin kəsişdiyi yerdir.
Əl-Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.)) — İslam alimi. Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Teuantepek bərzəği
Teuantepek bərzəği (isp. Istmo de Tehuantepec) — Bərzəx Şimali Amerika ərazisində Meksika körfəzi (Atlantik okean) ilə Sakit okean arasında yerləşir. Bərzəği çox zaman Mərkəzi Amerikanın şimal sərhəddi kimi göstərilir. Bərzəx öz adını yaxınlığında yerləşən Santo-Dominqo-Teuantepek (Oaxaka ştatı) şəhərinin adından götürülmüşdür. Bu da öz növbəsində astek tecuani-tepec kəlməsindən götürmüşdürki, mənası Bəbirlər dağı anlamında işlədilir. Bərzəx Verakruz və Oaxaka ştatları və az bir qismi Tabasko və Cyapas ştatları ərazisinə düşür. Bərzəğin eni Kampeçe körfəzindən Teutepek körfəzinə qədər 215 km, Superior laqununa qədər isə 192 km təşkil edir. Qərbində Cənubi Serra-Madre silsiləsi keçir. Daxili hissədə hündürlük 650 m təşkil edir. Civela aşırından 224 m yüksəklikdə dəmiryolu keçir.
Aq-Manay bərzəği
Aq-Manay bərzəği (rus. Ак-Монайский перешеек, ukr. Ак-Монайський перешийок, krımtat. Aq Manay boynu, Акъ Манай бойну) — Kerç yarımadasını Krımın əsas hissəsi ilə birləşdirir. Azov dənizinin Sivaş körfəzi və Arabat körfəzlərini Qara dənizin Feodosiya körfəzini ayırır. Bərzəğin uzunluğu təqribi — 15 km, eni ən dar yerdə — 17 km təşkil edir. Bərzəx öz adını onun ərazisində yerləşən Aq-Manay və Parpac kəndlərinin adından götürmüşdür. Bərzəğin şimal hissəsində Arabat Oxu adlı burun vardır. Onun ərazisində hərbi su anbarları və Kamışıncki Luk gölü vardır. Bərzəxdə Kamenskoe, Lovovo, Petrovo, Semisotka, Frontovoe, Yacmennoe və şəhər tipli qəsəbə olan Primorsk Bərzəz artıq I–III əsrlərdə məskunlaşma mövcud idi.
Sünəni əl-Beyhəqi
Sünəni əl-Beyhəqi (ərəb. سنن البيهقي‎) və ya Sünəni əl-Kubra (ərəb. السنن الكبرى‎) —— Məhəmməd peyğəmbərin (s.a.v.), səhabələrinin həyat və fəaliyyətinə dair mühəddis Beyhəqi tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Bəkr Əhməd ibn əl-Hüseyn əl-Beyhəqi Nişapur (İran) yaxınlığındakı bir kənddən idi, Xorasan, Bağdad, Kufə və Məkkədə bir çox üləmadan təhsil almış, əl-Həkim Nişapurinin tələbəsi olmuşdur. Əl-Beyhəqi İslamla bağlı 1000-ə yaxın əsərin müəllifidir. Əl-Beyhəqinin "Sünəni" 10 cilddən ibarətdir. İbn əl-Salah "Müqəddimə" əsərində əl-Beyhəqinin məcmuəsini yüksək qiymətləndirmiş və "Altı mötəbər məcmuə" ilə tanış olduqdan sonra onun öyrənilməsini tövsiyə etmişdir.
Pol Breqq
Pol Breqq (6 fevral, 1895 - 7 dekabr, 1976; ingiliscə - Paul Chappius Bragg) naturopat, sağlam həyat tərzinin təbliğatçısı, Amerika Natural Gigiyena Hərəkatının pionerlərindən biri
Hacı Karandıqo Berzeq
Hacı Karandıko Berzeq (ubıxca:Гьарандыхъва Барзагь ХӀаджы, çərkəzcə:Къэрандыкъо Бэрзэдж Хьаджэ; 1804, Çərkəzistan – 1881) — Çərkəz xalqının ağsaqqalı, hərbi komandan və son Çərkəz Konfederasiyasının lideri. Uşaqlığı da daxil olmaqla, həyatının böyük qismini Rusiya-Çərkəz (1763-1864) müharibəsinin müxtəlif cəbhələrində keçirmişdir. Çərkəzlərin soyqırımı və sürgünü səbəbiylə Osmanlı torpaqlarına sürgün edilən Karandıko Osmanlı torpaqlarındakı çərkəz kəndlərindən çərkəz könüllülər toplayaraq öz ordusunu qurmuş və Qafqaza geri dönərək 1877-1878-ci illər müharibəsində Osmanlı könüllü hərbçisi olaraq ruslara qarşı döyüşmüşdür. Şaçe (Soçi) bölgəsinin Mıtıkhuasua kəndində anadan olan Karandıko uşaqlığı da daxil olmaqla, həyatının böyük qismini müharibədə keçirmişdir. Müsəlman olan Karandıko 1839-cü ildə Məkkəyə həcc ziyarətinə getmişdir. İlk böyük uğurunu 1841-ci ildə Sohumda qazanmışdır. 1861-ci ildə - 60 yaşında olarkən çərkəzlərin Böyük Azadlıq Məclisi (çərkəzcə:Шъхьафитныгъэ Хасэ) olaraq adlandırdıqları böyük məclisə rəhbərlik etmişdir. Karandıko 1854-cü ildə rus qalalarını ələ keçirərək yenidən çərkəz torpağı etmək kimi bir çox uğura imza atmışdır. Çərkəz soyqırım və sürgününün ardından Osmanlı sultanı II Əbdüləzizin qarşısına çıxarılan Karandıkoya İstanbula köçmə təklif edilsə də, o, bu təklifi mədəni formada rədd etmiş və Mayasda Yeniköy kəndində məskunlaşmışdır. Bu müharibə əsnasında cənubi Mərmərə bölgəsindən, xüsusilə də Manyas bölgəsindən 5 min həndəvərində ubıx, abazdex, hakuç və digər adıgelərdən ibarət Kuvayi Muavene könüllü süvari birliyini qurmuş və onlarla birlikdə Qafqazda ruslara qarşı döyüşmüşdür.
Sabolç-Satmar-Bereq
Sabolç-Satmar-Bereq (mac. Szabolcs-Szatmár-Bereg) — Macarıstanın şərqində yerləşən medye. İnzibati mərkəz — Nyiredxaza. 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Uilyam Henri Breqq
Vilyam Henri Breqq (ing. William Henry Bragg; 2 iyul 1862[…] – 12 mart 1942[…], London) — britaniyalı fizik, kimyaçı, riyaziyyatçı və fəal idmançı idi. Breqq 1915-ci ildə oğlu Vilyam Lorens Breqq ilə birlikdə Fizika üzrə Nobel Mükafatını qazanmışdı. 1885-ci ildə Vilyam Henri Breqq 23 yaşında olarkən Adelaida Universitetinin Riyaziyyat və Tətbiqi Fizika üzrə Tomas Elder Professoru təyin olundu. və 1886-cı ilin əvvəlində orda işləməyə başladı. Breqq bacarıqlı və mühazirəçi idi. Breqq 1907-ci ildə London Kral Cəmiyyətinə seçilmişdi. Breqq 1908-ci ilin sonunda İngiltərəyə qayıtdı və bir il sonra - 1909-cu ildə Lids Universitetində Fizika üzrə Kavendiş Professoru adına yiyələndi. O, 1912-ci ildə radioaktivlik üzrə vacib elmi işini "Radioaktivlik tədqiqatları"nı tamamladı. Breqq Rentgen şüası spektrometrini kəşf etdi və oğlu ilə birgə işləməyə başladı.
Vilyam Henri Breqq
Vilyam Henri Breqq (ing. William Henry Bragg; 2 iyul 1862[…] – 12 mart 1942[…], London) — britaniyalı fizik, kimyaçı, riyaziyyatçı və fəal idmançı idi. Breqq 1915-ci ildə oğlu Vilyam Lorens Breqq ilə birlikdə Fizika üzrə Nobel Mükafatını qazanmışdı. 1885-ci ildə Vilyam Henri Breqq 23 yaşında olarkən Adelaida Universitetinin Riyaziyyat və Tətbiqi Fizika üzrə Tomas Elder Professoru təyin olundu. və 1886-cı ilin əvvəlində orda işləməyə başladı. Breqq bacarıqlı və mühazirəçi idi. Breqq 1907-ci ildə London Kral Cəmiyyətinə seçilmişdi. Breqq 1908-ci ilin sonunda İngiltərəyə qayıtdı və bir il sonra - 1909-cu ildə Lids Universitetində Fizika üzrə Kavendiş Professoru adına yiyələndi. O, 1912-ci ildə radioaktivlik üzrə vacib elmi işini "Radioaktivlik tədqiqatları"nı tamamladı. Breqq Rentgen şüası spektrometrini kəşf etdi və oğlu ilə birgə işləməyə başladı.
Uilyam Lorens Breqq
Uilyam Lorens Breqq (ing. William Lawrence Bragg; 31 mart 1890[…], Adelaida – 1 iyul 1971[…], İpsuiç) — Avstraliya doğumlu ingilis fiziki; fizika üzrə Nobel mükafatı laureatı (1915) sahibi, Braqq qanunu- rentgen şüalarının difraksiyasının kəşfçisi. Lorens Breqq 1915-ci ildə "Kristal strukturun təhlilində göstərdikləri xidmətə görə" Fizika üzrə Nobel Mükafatına (atası Uilyam Henri Breqq ilə) layiq görülmüşdür. O, 2014-cü ilə qədər bu mükafata layiq görülmüş ən gənc şəxs idi. Uilyam Lorens Breqq Avstraliyanın cənubunda, Adelaida şəhərində dünyaya gəlmişdir. Breqq uşaq yaşlarından elmə və fizikaya maraq göstərməyə başlamışdı. Atası, Henri Breqq Adelaida Universitetində fizika və riyaziyyat professoru kimi fəaliyyət göstərirdi. Breqq məktəbə başladıqdan qısa bir müddət sonra velosipedindən yıxılaraq qolunu qırır. Atasının Rentgenin Avropada apardığı təcrübələr haqqında oxuduğu elmi yazı var idi və öz avadanlıqları ilə oğlunun sınıq qolunu yoxlamaq qərarına gəldi. Beləcə Avstraliyada ilk dəfə rentgen cərrahi bir məqsəd üçün istifadə edildi.