Vilyam Henri Breqq

Vilyam Henri Breqq (ing. William Henry Bragg; 2 iyul 1862[1][2][…]12 mart 1942[1][3][…], London[8]) — britaniyalı fizik, kimyaçı, riyaziyyatçı və fəal idmançı idi.[9] Breqq 1915-ci ildə oğlu Vilyam Lorens Breqq ilə birlikdə Fizika üzrə Nobel Mükafatını qazanmışdı.[10]

Vilyam Henri Breqq
William Henry Bragg
Doğum adı William Henry Bragg[7]
Doğum tarixi 2 iyul 1862(1862-07-02)[1][2][…]
Vəfat tarixi 12 mart 1942(1942-03-12)[1][3][…] (79 yaşında)
Vəfat yeri
Milliyyəti Britaniyalı
Uşaqları
Elm sahəsi Fizika
İş yerləri
Təhsili
Tanınmış yetirməsi Con Berton Klilend
Tanınır Rentgen şüası səpələnmə texnikası
Üzvlüyü
Mükafatları
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1885-ci ildə Vilyam Henri Breqq 23 yaşında olarkən Adelaida Universitetinin Riyaziyyat və Tətbiqi Fizika üzrə Tomas Elder Professoru təyin olundu.[11] və 1886-cı ilin əvvəlində orda işləməyə başladı.

Breqq bacarıqlı və mühazirəçi idi.[12][13] Breqq 1907-ci ildə London Kral Cəmiyyətinə seçilmişdi.

Breqq 1908-ci ilin sonunda İngiltərəyə qayıtdı və bir il sonra - 1909-cu ildə Lids Universitetində Fizika üzrə Kavendiş Professoru adına yiyələndi. O, 1912-ci ildə radioaktivlik üzrə vacib elmi işini "Radioaktivlik tədqiqatları"nı tamamladı.

Breqq Rentgen şüası spektrometrini kəşf etdi və oğlu ilə birgə işləməyə başladı. Onlar birlikdə Rentgen şüasının kristalloqrafiyası texnikasını yaratdılar. Bu nailiyyətlərinə görə onlar 1915-ci ildə Fizika üzrə Nobel Mükafatına layiq görüldülər.[10] Həmin il həmçinin onlar "Rentgen şüaları və kristal struktur" kitabını nəşr etdirdilər. Uzun illər bu nəşr dəyişdirilmədi.

1914-cü ildən ata və oğul müharibə gərginliyinə töhfə verdilər; Breqq Aberdorda və Harviçdə sualtı qayığı müəyyən etmə ilə məşğul olurdu və 1918-ci ildə admirallığa məsləhətçi kimi Londona qayıtdı.[12]

London Universitet Kolleci

[redaktə | mənbəni redaktə et]

Breqq 1915-ci ildə London Universitet Kollecində Fizika üzrə Qvayn professoru təyin olundu.[12]

Kral İnstitutu

[redaktə | mənbəni redaktə et]

1923-cü ildən o Kral İnstitunda Kimya üzrə Fulleriyan Professoru idi və həmçinin Davi Faradey Tədqiqat Laboratoriyasının direktoru vəzifəsində çalışırdı.[14] Bu institut Breqqin rəhbərliyi altında 1929-30-cü illərdə yenidən quruldu və çoxlu əhəmiyyətli sənədlər laboratoriyadan dövriyyəyə buraxıldı.[12]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Lonsdale K. Sir William Bragg // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Брэгг Уильям Генри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. The Greatest Father-Son Team In Science (ing.). // Forbes / S. Forbes NYC: Forbes, 2016. ISSN 0015-6914
  5. Kindred Britain.
  6. 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  7. Deutsche Nationalbibliothek Record #118659766 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  8. 1 2 www.accademiadellescienze.it (it.).
  9. Da C. Andrade E.N. & Lonsdale K. 1943. William Henry Bragg. 1862-1942. Obituary Notices of Fellows of the Royal Society 4 (12): 276.
  10. 1 2 Bu hələ də unikal nəaliyyətdir, çünki başqa valideyn-övlad cütlüyü heç bir sahədə Nobel mükafatını eyni ilə qazanmayıb. Bəzi hallarda valideynin mükafatı qazanmağından bir neçə il sonra övladı da qazanıb. Buna misal olaraq Mariya Küri və İren Yoliot-Kürini göstərmək olar. Onlar mükafat qazanan yeganə ana və qız cütlüyüdür. Bir neçə halda ata və oğullar bu mükafatı ayrılıqda qazanıb.
  11. Bragg Centenary, 1886-1986 Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine, Adelaida Universiteti, səhifə 3 & 4.
  12. 1 2 3 4 Bragg, Sir William Henry (1862-1942) // Dictionary of Australian Biography. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-07.
  13. Tomlin S.G. 1979. Australian Dictionary of Biography. Bragg, Sir William Henry (1862-1942)
  14. "The Davy Faraday Research Laboratory". 2008-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]