Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hacı Əli Rəzmara
Hacı Əli Rəzmara (fars. حاجیعلی رزم‌آرا‎ Ḥājī`alī Razmārā; 1901[…], Tehran – 7 mart 1951, Tehran) — İranın 26 iyun 1950-ci ildən 7 mart 1951-ci ilə qədər baş naziri. == Həyatı == Atası Məhəmməd xan İran Kazak briqadasının zabitlərindən idi. Hacı Əli Rəzmara da öz həyatını hərbi işə sərf etmişdi. Fransada xüsusi hərbi məktəb olan Sen-Siri bitirmişdi.Ordunun Baş Qərərgah rəisi vəzifəsinədək yüksəlmişdi. 26 iyun 1950-ci ildə şahənşah Məhəmmədrza şah Pəhləvi onu baş nazir təyin etmişdi. Baş nazir Hacı Əli Rəzmara İran neftinə İngiltərənin nəzarət etməsində aparıcı fiqur idi. Qacar təfəkkür tərzi Rəzmara tərəfindən reallaşdırılırdı. O İran xalqını təhqir edərək onun neft sənayesi qurmağa aciz olduğunu demişdi. Hətta neft sənayesinin milliləşməsini İrana xəyanət adlandırırdı.
Bəzman
Bəzman-İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəzman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,002 nəfər və 816 ailədən ibarət idi.
İzmara
İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
İzmara (Ərdəbil)
İzmara — Ərdəbil ostanının Germi (Muğan) şəhristanında yerləşən kənd. == Coğrafi mövqeyi == İzmara kəndi Germi şəhərinin doğusunda, 5 kilometr fasilə ilə yerləşir.
Müsnəd əl-Bəzzar
Müsnəd əl-Bəzzar (ərəb. مسند البزار‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis Əbu Bəkr əl-Bəzzar tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əl-Bəzzar Bəsrədə anadan olub. Dəqiq doğum ili məlum deyil, lakin 825-dən əvvəl deyil. İsfahan, Bağdad, Misir, Məkkə və Ramlada dərs demişdir. O, müsəlman təqvimi ilə 292-ci ildə (905) Ramla (müasir İsrail) şəhərində vəfat etmişdir. Əd-Daraqutni və əl-Hakimə görə, əl-Bəzzar isnad və hədis mətnlərinin nəqlində səhvlərə yol verib. Əl-Bəzzarın tələbələri bunlar idi: ət-Təbərani, Əbu əş-Şeyx və bir çox başqaları. == Kitabın təsviri == Əl-Bəzzarın Müsnədi bəzən Müsnədin ilk nəşrinə naşir tərəfindən verilən başlığa görə əl-Bəhr əz-Zəhhar (ərəb. البحر الزخار‎) adlanır.
Bemera
Tiaqo Bezerra
Tiaqo Queiroz Bezerra (17 fevral 1987, Braziliya) — braziliyalı, peşəkar Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş futbolçusudur. == Futbolçu karyerası == === Klub karyerası === Türkiyədə tanınan Altay, böyük işlər gördükdən sonra Karşıyaka komandasında da oynadı. Hücum yarımmüdafiəsi mövqeyində çalışan oyunçu, İzmirli futbolsevərlərdə iz buraxdı, vuruşları və qolları ilə azarkeşlərinin qəlbində özünə yer tapdı. === Adanaspor === 2013–14 mövsümünün əvvəlində Adanaspora transfer olan Tiaqo, ilk oyununu 4: 0 hesabı ilə uduzan Orduspora qarşı keçirdi. 2013–14 mövsümündə 31 rəsmi oyun keçirən Tiaqo, 16 qol və 9 asistlə ən çox statistikaya sahib olan komandanın oyunçusu oldu. 2013–2014 mövsümündə 8 sarı vərəqə aldı. İlk mövsümündə Adanasporda 17 nömrəli forma geyinən Tiaqo, 2014–15 mövsümündə 10 nömrəli formanı geyinməyə başladı. 2014–15 mövsümündə 2 qolu penaltidən 15 qol vurdu. O, bu mövsüm 7 sarı və 1 qırmızı vərəqə alıb. Adanasporda 2 mövsüm oynayan Tiaqo, 8 -i penaltidən olmaqla ümumilikdə 31 qol vurdu və 2 mövsüm ərzində 15 sarı, 2 qırmızı vərəqə aldı.
Bezoar keçisi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. == Ümumi xarakteristikası və görünüşü == Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Yaşıl nezara
Yaşıl nezara (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Əksər hallarda bədəni tamamilə yaşıl, bəzən isə tutqun boz, səthi sıx, zərif xətlidir. Baş nisbətən qabağa çıxmış və əyilmiş formadadır. Qarnının II seqmentindən (buğumundan) qabağa doğru şiş çıxıntı uzanmışdır. İy vəzilərinin dəliyi qısa və enlidir. İy vəzinin axarı arxa döşün ortasına qədər ancaq uzanır. Bu ön tərəfdən kəsik və bir qədər qalxmış haldadır. Bədəninin uzunluğu 11 – 17 mm – dir. İmaqo mərhələsində qışlayır.
Asteriks və Obeliks Sezara qarşı
Asteriks və Oburiks Sezara qarşı — 1999-cu ilin Fransız komediya filmlərindən məşhur film. Ən çox gəliri olan filmlərdən biri. == Məzmun == Yuli Sezar bütün ölkələri udduqdan sonra bir yeri qazana bilmir. Orada iksir olur. Sezar iksiri ələ keçirmək istəyir. Ancaq Asteriks və Oburiks buna imkan vermir və onların fonunda hadisələr baş verir.
Asteriks və Obeliks Sezara qarşı (film, 1999)
Asteriks və Oburiks Sezara qarşı — 1999-cu ilin Fransız komediya filmlərindən məşhur film. Ən çox gəliri olan filmlərdən biri. == Məzmun == Yuli Sezar bütün ölkələri udduqdan sonra bir yeri qazana bilmir. Orada iksir olur. Sezar iksiri ələ keçirmək istəyir. Ancaq Asteriks və Oburiks buna imkan vermir və onların fonunda hadisələr baş verir.