Yaşıl nezara (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.
Yaşıl nezara | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yaşıl nezara |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əksər hallarda bədəni tamamilə yaşıl, bəzən isə tutqun boz, səthi sıx, zərif xətlidir. Baş nisbətən qabağa çıxmış və əyilmiş formadadır. Qarnının II seqmentindən (buğumundan) qabağa doğru şiş çıxıntı uzanmışdır. İy vəzilərinin dəliyi qısa və enlidir. İy vəzinin axarı arxa döşün ortasına qədər ancaq uzanır. Bu ön tərəfdən kəsik və bir qədər qalxmış haldadır. Bədəninin uzunluğu 11 – 17 mm – dir. İmaqo mərhələsində qışlayır. Erkən yazda qışlamadan çıxıb (aprelin əvvəllərində) müxtəlif bitkilər və xüsusən taxıllar üzərində qidalanır. Aprel – may aylarında yumurta qoyur[2]. Sürfələr 5 dəfə qabıq dəyişdikdən sonra yetkin formaya keçir. Azərbaycan şəraitində ildə bir nəsil, daha isti olan cənub rayonlarında 5 nəsil verir.
Bu növün ən geniş yayıldığı yer tropik və subtropik qurşaqdır. Bu növ müxtəlif bitkilərə zərər verir. İranda pambığın qorxulu zərərvericisi hesab olunur. Bu növ Gürcüstanda qarğıdalıya, lobyaya, tütünə, yoncaya və acıpaxlaya zərər verir. Azərbaycanda Yaşıl nezara əsasən Lənkəran – Astara zonasının düzən, dağətəyi və Şəki – Zaqatala zonasının dağətəyi rayonlarında yayılmışdır. Bu növ Lənkəran zonasında dənli bitkilərin üzərində kütləvi şəkildə qidalanaraq onlara zərər verir. Bundan başqa, o, Talışda tut üzərində, Şəki – Zaqatala zonasında isə müxtəlif ağaclar üzərində qidalanır.