Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babillilər
Babilistanlılar və ya babillilər — e.ə. II–I minilliklərdə yaşamış Cənubi Mesopotamiyanın qədim əhalisi. Akkad dilində danışırdılar. == Adlandırma == Bu adlandırma eyniadlı regionundan adından götürülmüşdür. Bu ad da öz növbəsində Babil şəhərinə, regionun paytaxtına gedib çıxır. == Dilləri == Babillilər akkad dilinin xüsusi (Babil) dialektlərində danışır və yazırdılar. E.ə. I minillikdə xaldeylərin təsiri altında aramey dili geniş yayılmışdır. == Tarixi == Qədim dövrlərdən bəri Cənubi Mesopotamiya (Babilistan) etnolinqvistik müxtəlifliyi ilə seçilirdi. E.ə.
Balililər
Balililər — İndoneziyada Avstroneziya xalqı. Bali, Nusapenida və Lombok adalarının əsas əhalisi. Sayları 4,2 mln. nəfərdir. 7 min nəfər Sulavesinin cənubunda yaşayır. Avstroneziya dillərinin Bali-sasak qrupuna daxil olan Bali dilində danışırlar. İndiki yazı sistemi latın qrafikası əsasındadır. Dindarları əsasən, hinduistdir. == Tarix == Eramızın 1-ci minilliyinin sonunda Balidə ilk dövlətlər meydana gəlmişdir. Bali hind-Yava mədəniyyətinin təsiri altına düşmüş, 1343-cü ildə Macapahit imperiyasına qatılmışlar; onun süqutundan sonra Bali İndoneziyada hinduizmin əsas dayağı olaraq qalmışdır.