Babillilər


Babilistanlılar və ya babillilər — e.ə. II–I minilliklərdə yaşamış Cənubi Mesopotamiyanın qədim əhalisi. Akkad dilində danışırdılar.

Babilistanlılar

Bu adlandırma eyniadlı regionundan adından götürülmüşdür. Bu ad da öz növbəsində Babil şəhərinə, regionun paytaxtına gedib çıxır.[1]

Babillilər akkad dilinin xüsusi (Babil) dialektlərində danışır və yazırdılar. E.ə. I minillikdə xaldeylərin təsiri altında aramey dili geniş yayılmışdır.[1]

Qədim dövrlərdən bəri Cənubi Mesopotamiya (Babilistan) etnolinqvistik müxtəlifliyi ilə seçilirdi. E.ə. III minilliyin əvvəlindən yazılı mənbələrdə sonralar akkadlılar kimi tanınan samidilli qrupların da daxil olduğu şumer dilində danışan əhalinin mövcudluğu qeyd olunur. Akkadlıların periferik regionlardan immiqrasiyasının davam etməsi bu əhalini dövlətçiliyin daşıyıcısına çevirmişdir. Üçüncü Ur sülaləsi dövründə amorilər e.ə. II minilliyin birinci yarısında öz padşahlıqlarını quraraq Mesopotamiyada məskunlaşmağa başlamışdılar. II minilliyin ikinci yarısında region kassitlər tərəfindən tutulmuşdur. Gələnlərin əksəriyyəti e.ə. II–I minilliklərdə akkad dilinin babil dialektlərində danışan əhalinin böyük hissəsi arasında dağılmışdır. E.ə. II–I minilliklərin sonunda aramilər, eləcə də onların qolu olan xaldeylər Yaxın Şərqdə məskunlaşmışdılar. Babilistanın xaldeylər tərəfindən tutulması yerli əhalinin tədricən aramiləşməsinə səbəb olmuşdur.[1]

Antropologiyası

[redaktə | mənbəni redaktə et]

Herodot xəbər verir ki, babilistanlılar ayaqlarına qədər uzanan kətan tunika, yun tunika və ağ xlamis şəklində başlıq geyinirdilər. Ayaqlarında çəkmə, başlarında çalma vardı. Onların saçları uzun idi.[2] Tədqiqatçılar Cənubi Mesopotamiyanın qədim əhalisini Qafqaz irqinin Aralıq dənizi tipinə aid edirlər. Bunlar tünd dərili, qara gözlü, düz burunlu, tünd düz və ya qıvrım saçlı insanlardır.[1]

  • Klengel-Brandt, E. Babylonians // The Oxford Encyclopedia of Archaeology in the Near East . 1 (ABBA-CHUE). E. M. Meyers. (ingilis). Oxford University Press. 1997. ISBN 978-019-50-6512-1.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]