Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əl Bağdadiyyə TV
Əl Bağdadiyyə TV — İraqda yayımlanan televiziya kanalı. == Tarixçə == Mərkəzi Misirin paytaxtı Qahirədə olan “Əl-Bağdadiyyə” televiziyası 2005-ci il sentyabrın 12-si İraqın İspaniyadakı sabiq səfiri Dr Avun Əl Kaşluk tərəfindən yaradılıb. İyirmi dörd saat yayımlanan “Əl Bağdadiyyə” kanalının İraq, Liviya, Suriya, İordaniya, Norveç, İsveçdə şöbələri var. == Məqsədi == Bu kanalı digər kanallardan fərqləndirən cəhət TV ekranında İraq bayrağı xaricində başqa bayrağın dalğalanmasına icazə verilməməsidir. Televiziyanın məqsədi İraqın bütövlüyünü təmin etməkdir. İraqın müstəqilliyinə qovuşması ilə bağlı verilişlər hazırlanır. “İşğal qüvvələrinə və diktatorluğa yox” şüarı ilə Nil-Sat, Arab-Sat, Hotbird və Optus B3 peykləri ilə yayımlanır. Heç bir etnik qrupa üstünlük verməyən və müstəqil şəkildə yayım həyata keçirən kanallardan ən önəmlisi olan “Əl Bağdadiyyə” TV-nın yayım siyasəti etnik ayrıseçkiliyə yol verməmək, İraqda həmrəylik və bərabərliyin reallaşmasına nail olmaqdır. İşğalçı qüvvələrin dərhal İraqı tərk etmələrini, İraq xalqına qarşı tətbiq edilən təzyiq və zorakılıq hadisələrinin aradan qalxmasını, xalqı obyektiv şəkildə məlumatlandırmağı və istiqamətləndirməyi məqsəd qoyan yayım siyasətinə görə ABŞ tərəfindən dayandırılmağa çalışılan kanallardan biridir. == Fəaliyyəti == Həmçinin, siyasi, musiqi və idman verilişlərinə üstünlük verir.