Əl Bağdadiyyə TV

Əl Bağdadiyyə TVİraqda yayımlanan televiziya kanalı.

Əl Bağdadiyyə TV
Loqonun şəkli
Ölkə İraq İraq
Yayım ərazisi Orta Şərq
Baş qərargah
Yaranma tarixi 12 sentyabr 2005-ci il
Sahibi Ən Hüseyn Əl Kaşlak
Sayt www.albaghdadia.com

Tarixçə[redaktə | mənbəni redaktə et]

Mərkəzi Misirin paytaxtı Qahirədə olan “Əl-Bağdadiyyə” televiziyası 2005-ci il sentyabrın 12-si İraqın İspaniyadakı sabiq səfiri Dr Avun Əl Kaşluk tərəfindən yaradılıb. İyirmi dörd saat yayımlanan “Əl Bağdadiyyə” kanalının İraq, Liviya, Suriya, İordaniya, Norveç, İsveçdə şöbələri var.

Məqsədi[redaktə | mənbəni redaktə et]

Bu kanalı digər kanallardan fərqləndirən cəhət TV ekranında İraq bayrağı xaricində başqa bayrağın dalğalanmasına icazə verilməməsidir. Televiziyanın məqsədi İraqın bütövlüyünü təmin etməkdir. İraqın müstəqilliyinə qovuşması ilə bağlı verilişlər hazırlanır. “İşğal qüvvələrinə və diktatorluğa yox” şüarı ilə Nil-Sat, Arab-Sat, Hotbird və Optus B3 peykləri ilə yayımlanır. Heç bir etnik qrupa üstünlük verməyən və müstəqil şəkildə yayım həyata keçirən kanallardan ən önəmlisi olan “Əl Bağdadiyyə” TV-nın yayım siyasəti etnik ayrıseçkiliyə yol verməmək, İraqda həmrəylik və bərabərliyin reallaşmasına nail olmaqdır.

İşğalçı qüvvələrin dərhal İraqı tərk etmələrini, İraq xalqına qarşı tətbiq edilən təzyiq və zorakılıq hadisələrinin aradan qalxmasını, xalqı obyektiv şəkildə məlumatlandırmağı və istiqamətləndirməyi məqsəd qoyan yayım siyasətinə görə ABŞ tərəfindən dayandırılmağa çalışılan kanallardan biridir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Həmçinin, siyasi, musiqi və idman verilişlərinə üstünlük verir. Bu verilişlər; “Əl Muhacirin min Əl İraq”, “Mütamər Bağdad”, “Ataruhu ala Əl Vakiq Əl İraqi”, “Əl Muhtasar”, “Qadiyət Əl Usbuq”, “Əl Müvacəhə”, “İraqileyn”, “Tarix”, “Mə Lə Yuqal”, “İdman”, “Şəbəb”, “Gənclik”, “İstəklər”dir. Ən çox izlənilən veriliş “İlək Vahşə” də qürbətdə yaşayan iraqlılardan bəhs olunur. İraqın keçmişdən bu günə qorunub yaddaşlara həkk edilmiş folkloruna, seriallara və milli motivli mahnılara önəm verir.

İraqda və Misirdə baş verən prosesləri, müqavimətçilərin xəbərlərini işıqlandıran kanal Misir TV kanalları və xalqı tərəfindən ən çox izlənilən kanallar arasında yer almaqdadır. “Əl Bağdadiyyə” kanalı İraqda və ölkədən kənarda daha çox fəaliyyət göstərib. Xüsusilə də Ankara və İstanbulda bir çox özəl verilişlər hazırlamağa çalışıb. Yaxın Şərq müxbiri Cevdət Assafi türkmanlarla bağlı dəfələrlə verilişlər yayımlayıb. Eləcə də Türkiyədə hicab məsələsində ərəb tamaşaçılarının diqqətini cəlb edən verilişlər hazırlayaraq təqdim edib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 113-114. ISBN 978-9952-516-66-1..