Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lionlu Blandina
Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion – 177, Lion) — erkən xristian əzabkeşi. 177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır. Yevsevi. "Kilsə tarixi".
Luis Brandis
Luis Brandis (ing. Louis Dembitz Brandeis; 13 noyabr 1856[…], Luisvill, Kentukki – 5 oktyabr 1941[…], Vaşinqton) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas. 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü. 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar. Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı.
Sent-Blandin
Sent-Blandin (fr. Sainte-Blandine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38369. Kommunanın 1999-cu il üçün əhalisi 764 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 493 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.