Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Electronic flight instrument system
EFIS (ing. Electronic flight instrument system, pilotaj cihazlarının elektron sistemi). Hava naviqasiyası məsələləri üçün təyyarənin kabinəsində stasionar şəkildə quraşdırılır. Uçuş məlumatlarına elektromexaniki nəzarət texnologiyasını əvəz edən ilk tam rəqəmsal sistemlərdən biridir. 1980-ci illərin sonlarından Boeing və Airbus təyyarələrində quraşdırılır. Ümumiyyətlə iki uçuş displeydən (PFD) və iki çoxfunksiyalı displeydən (MFD) ibarətdir. Cari onillikdə maye kristallik displeylər şüa borularını (ELT) istifadə edən uçuş cihazlarının əvvəlki nəsilini dəyişmişdir. Bu gün EFIS elektron uçuş-informasiya sistemlərinin müasir dünya nümunəsi kimi tanınır. Daxili sistem uçuş və naviqasiya məlumatlarını göstərmək üçün nəzərdə tutulmuşdur. Bu elektron-kompüter vasitəsi bir çox sensorlar sayəsində fəaliyyət göstərir.
BMW
Bayerische Motoren Werke AG, qısaca olaraq BMW — baş ofisi Bavariyanın Münhen şəhərində yerləşir. Alman maşın və motosiklet istehsalçısıdır. == Tarixi == BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır. Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bugünkü əsas binasını tikir.
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Bon
Bon Jovi
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Now
Now (Türkiyənin televiziya kanalı)
"Wow!" siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
BMW 1
BMW 1 — alman avtomobil istehsalçısı BMW tərəfindən, 2004-cü ildən bu günə kimi istehsal olunan kompakt lyuks avtomobillər.
BMW 3
BMW 3 — Almaniya avtomobil istehsalçısı BMW tərəfindən, 1975-ci ildən bu günə kimi istehsal olunan kompakt avtomobillər seriyası.
BMW 5
BMW 5 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 1972-ci ildən bu günə kimi istehsal olunan orta ölçülü lyuks avtomobillər.
BMW 7
BMW 7 — alman avtomobil istehsalçısı BMW tərəfindən, 1977-ci ildən bu günə kimi istehsal olunan lyuks avtomobillər.
BMW AG
Bayerische Motoren Werke AG, qısaca olaraq BMW — baş ofisi Bavariyanın Münhen şəhərində yerləşir. Alman maşın və motosiklet istehsalçısıdır. == Tarixi == BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir. İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır. Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu. 1922-ci ildə BMW Münhendə özünün bugünkü əsas binasını tikir.
BMW E39
BMW E39 — BMW-nin 1995–2003-cü illər arası satılan 5-ci seriyasının 4-cü nəsli. BMW E39 seriyalı sedanı 1995-ci ildə satışa çıxdı və 2003-cü ildə istehsalı dayandı. E39 kuza E34-ü əvəzlədi və özündən sonra isə E60 kuza gəldi. İlkin istehsalı 520i idi.150 at gücü , nə malik 2L tutulmu mühərrikdə idi, lakinr estaylinqdən sonra 2.2 mühərriyi əvəzlədi onu (170 at gücü ,). M5 versiyası isə 1998-ci ildə istehsal olundu. V8 S62 mühərriyi ilə təciz olunmuş bu buraxılış M62b44 bazasında oldu. Bütün modellərin sedan və universalı var idi, yalnız 535 və M5-dən başqa. Bu iki model ancaq sedan variantında buraxıldı. E39 modeli 1995-ci ilin Senyabrında Frankfurt avtosalonunda təqdim edilmişdir. Əvvəlki modeli olan E34-ə nisbətən daha müasir gorünürdü.
BMW E90
BMW E90 — 3-cü seriya BMW-nin 5-ci nəslinin əsasını təşkil edən avtomobil platforması. Sedan E90 2005-ci ildə istehsal olunmağa başlandı və əvvəlki E46 modelini əvəzlədi. E46 ilə müqayisədə E90 modelinin uzunluğu 8 sm artırılaraq 4,55 m olmuş, eləcə də eni 3 sm artmışdır. Təkər bazası 3,5 sm böyüdülmüşdür. Ümumiyyətlə modelin dizaynı 3-cü seriya BMW-lərdən kifayət qədər fərqlənir.
BMW M3
BMW M3 — 1985-ci ildən BMW M tərəfindən istehsal olunan BMW 3 Seriyasının yüksək performanslı modeli.
BMW M5
BMW M5 — avtomobil şirkəti BMW tərəfindən hazırlanmış, yüksək texnologiyalı avtomobil. BMW 5 Series sport sedanını təmsil edir. BMW M5 ilk dəfə 1984-cü ildə Amsterdam avtosalonunda əl istehsalı və 535i şassisi və dəyişdirilmiş BMW M1 mühərrikindən istifadə etməklə təqdim edilib. BMW M5 təqdim edildiyi andan dünyanın ən sürətli sedanı hesab olunurdu. 1970-ci illərin sonlarında həcmi 3,5 litr olan altı silindirli mühərrikə malik, BMW M hazırlanmışdır. 1980-ci illərdə BMW bu konsepsiyanı seriya istehsalına keçirdi, M5 belə yarandı. == E28 M5 (1985–1988) == İlk BMW M5 (E28 5 Series əsasında) 1984-cü ilin fevralında Amsterdam avtosalonunda debüt etdi. Sport avtomobilinin ümumi istehsalı ilə dörd qapılı sedan kateqoriyasından ibarətdir. BMW M5 535i şasisi və dəyişdirilmiş BMW M1 mühərrikindən istifadə edilib, çəkisi 1550 kq idi. E28 M5 təqdim edildiyi andan dünyanın ən sürətli sedanı hesab olunurdu.
BMW R1200GS
BMW X
BMW X Models — BMW-nın istehsal etdiyi krossover və idman avtomobil modelləri:
BMW X1
BMW X1 — Almaniya avtomobil istehsalçısı BMW tərəfindən, 2009-cu ildən bu günə kimi BMW 3-cü seriyanın əsasında istehsal olunan kompakt krossover.
Texas Instruments
Texas Instruments Inc. (TI) – elektrik avadanlıqlarının və elektron cihazların istehsalı ilə məşğul olan şirkət. Mənzil-qərargahı Dallaş şəhərində (ABŞ, Texas ştatı) yerləşir. Yarımkeçirici cihazların istehsalı sahəsində dünyada Intel, Samsung və Toshiba şirkətlərindən sonra 4-cü yeri tutur. Mobil qurğular üçün mikrosxemlərin istehsalı üzrə isə 1-ci yerdədir. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
BMW X3
BMW X3 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 2003-cü ildən bu günə kimi istehsal olunan lyuks kompakt krossover.
BMW X4
BMW X4 — Alman avtomobil istehsalçısı BMW tərəfindən, 2014-cü ildən bu günə kimi BMW X3-ün əsasında istehsal olunan kompakt lyuks krossover.
İnstrumental
İnstrumental musiqi — ayrı-ayrı musiqi alətləri, müxtəlif tərkibli ansambl və orkestrlər tərəfindən ifa olunan musiqi janrı.
İnstrumental musiqi
İnstrumental musiqi — ayrı-ayrı musiqi alətləri, müxtəlif tərkibli ansambl və orkestrlər tərəfindən ifa olunan musiqi janrı.
Böv
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Bor-e-Bar
Bor-e-Bar (fr. Bor-et-Bar, oks. Vòrs e Bar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12029. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşında (15-64 yaş arasında) 65 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 69.4%).
Dan ulduzu (instrumental ansambl)
"Dan ulduzu" instrumental ansamblı — Azərbaycanın musiqi tarixində populyar ansambllardan biri. == Tarixi == "Dan Ulduzu" kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır. Gülarə хanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi.Ansamblın repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi. == Uğurları == "Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib.İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.
Sevil (vokal-instrumental qrup)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. == Tarixi == Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil vokal-instrumental ansamblı
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. == Tarixi == Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Ki Bo-Bae
Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. == Karyerası == Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.