BMW E39 — BMW-nin 1995–2003-cü illər arası satılan 5-ci seriyasının 4-cü nəsli.[1]
BMW E39 | |
---|---|
E39 | |
Ümumi məlumatlar | |
İstehsalçı | BMW |
İstehsal ili | 1995–2003 |
Sinfi | 5-ci seriya |
Dizayn | |
Ban tipi | Sedan |
Güc xüsusiyyətləri | |
Mühərrik |
Benzin: |
Transmissiya | Avtomat, mexaniki |
Qabariti | |
Uzunluğu |
sedan: 4,775 mm (188.0 in) |
Eni | 1,800 mm (70.9 in) |
Hündürlüyü |
sedan: 1,435 mm (56.5 in) |
Təkər bazası | 2.830 mm |
← BMW 5-ci seriya (E60) BMW 5-ci seriya (E34) → | |
Vikianbarda əlaqəli mediafayllar |
BMW E39 seriyalı sedanı 1995-ci ildə satışa çıxdı və 2003-cü ildə istehsalı dayandı. E39 kuza E34-ü əvəzlədi və özündən sonra isə E60 kuza gəldi. İlkin istehsalı 520i idi.150 at gücü , nə malik 2L tutulmu mühərrikdə idi, lakinr estaylinqdən sonra 2.2 mühərriyi əvəzlədi onu (170 at gücü ,). M5 versiyası isə 1998-ci ildə istehsal olundu. V8 S62 mühərriyi ilə təciz olunmuş bu buraxılış M62b44 bazasında oldu. Bütün modellərin sedan və universalı var idi, yalnız 535 və M5-dən başqa. Bu iki model ancaq sedan variantında buraxıldı. [2]
E39 modeli 1995-ci ilin Senyabrında Frankfurt avtosalonunda təqdim edilmişdir. Əvvəlki modeli olan E34-ə nisbətən daha müasir gorünürdü. Müasirləşdirilmiş fara və ön hissəsidə radiator barmaqlıqları dahada incələşdirilmişdi və əvvəlki model kimi, idarəçi konsol sürücüyə tərəf baxırdı. Xüsusilə psixologlar onu sürücünün özünü bir sürət maşını idarə edirmiş kimi hiss etsin və daha çox zövq və komfort əldə edə bilsin deyə xüsusi qaydada dizayn etmişdilər.[3][4]
Avtomobilin ehtiyat hissələri demək olar ki, aliminumdandır və bu da daha rahat idarə etməyə və yumuşaqlığa xidmət edir. Bununla avtomobilin çəkisi 36 faizə kimi azaldılmış və akumulyatoru da avtomobilin arxa yük yeri hissəsində yerləşdirilmişdir. 1997-ci ildə isə universal versiyasısının istehsalı başlanmışdır. O, sedana nisbətən 100 kg daha ağır çəkiyə malikdir, həmcinin sedandan 90 mm daha uzundur.
1998-ci ildə isə M5 modelinin istehsalına start verilmişdir. Bu modellər S62 mühərriyi ilə təchiz edilmişdi. 5 Litrlik mühərrik öz düvrünün digər modelləri olan M119 və M113 ilə mübarizə aparırdı.[5]
M62B44 qoşa vanusdur və 4.4 Litr tutulmu mühərrikdir və mühərrik 286 at gücünə malik idi. E34-dən fərqli olaraq M seriyasının universal modeli istehsal edilməmişdir. Dünyada M5 furqonunu BMW M GmbH sahibinin sifarişi əsasında, yalnız onun üçün yığılmışdır.
1999-cu ildə modeldə dəyişiklik edilmişdi. Dizaynda elə də ciddi dəyiklik edilməmişdi. Məsələ burasındadır ki, mühərriklər qoşa vanus idare etmə sistemi ilə təhciz olunmuşdu. V8-lər isə qoşa katalizator sistemi ilə təhciz olunmuşdu və bu da Evro-4 standartlarına cavab verirdi. Elə həmin ildə 530D-nin də istehsalına start verilmişdi. Bu dizel mühərikləri "Common Rail" püskürtmə sistemi ilə təhciz olunmuşdu və maksimal sürət 224 km saata kimi çatırdı. Avtomobillərin yanacaq sərfiyyatı 100 kmlik məsafədə 6 litr idi. 1999-cu ildə Rusiyanın Kalininqrad şəhərində də E39 istehsal edilməyə başlanmışdı.2000-ci ildə 520D modeli də istehsal edilməyə başlanmışdı və avtomobil bu modelin həvəskarlarına 2 Litr tutumlu dizel mühərriyi ilə təqdim edilirdi. Daha sonra 525 TDS modeli 525D modelini əvəz elədi. Yeni model dizel mühərriyi 163 at gücünə malik idi və əlavə olaraq turbo ilə təchiz edilmişdi.
2000-cci ildə E39 yeni görünüşdə təqdim edildi. Dəyişikliklər təkcə avtomobilin xarici görünüşünü deyil, eləcə də salonunu da əhatə edirdi. Dəyişikliklər salonda daha çox gözə çarpan dərəcədə idi. Bu dəyişikliklərlə 3 yeni model təqdim edildi: M54 520i, 525i və 530i. Avtomobillərin hamısı qoşa vanus ilə təchiz edilmişdilər. Birinci model 520i köhnə mühərriyi kimi eyni bazada yığılmışdı. Porşen xodları 66-dan 72 mm qədər böyüdülmüş, bu da öz növbəsində işləmə prinsipini 1991 sm3-dan 2171 sm3-a qədər yüksəltmişdir. Mühərriyin gücü 151 at gücündən 170-ə qədər artırılmışdı. İkinci model isə 525i idi və burada at gücü , 170-dən 192-ə kimi çatdırılmışdı. Üçünçü model 231 at gücünə malik mühərrik isə ilk dəfə 2000-ci ildə istehsal edilmiş BMW 530i seriyalı modellərdə təqdim edilmişdi.
Bu modellər 2003-cü ilə kimi istehsal olundu və daha sonra onları E60 modeli əvəz etdi.
E39-da olan mühərriklər:
Ön faralar lupalaşmış və daha geniş işıq vurma qabiliyətinə malik olmuşdular. Arxa dayanma işıqları şəffaflaşdırılmış, ön faralar "angel" adlanan fara sistemləri ilə təchiz edilmişdi. Arxa gabaritlər diod ilə təchiz edilmişdi.
-Radiator barmaqlıqları daha müasir formada istehsal edilmiş və biraz da genişlənmişdi.
-Buferlərin dizaynları dəyişdirilmiş, həmçinin buferdə duman əleyhinə işıqlar üçün boşluq yaradılmışdır.
Avtomobil yeni "M" sükanla təqdim edilmişdi.
Öz dövrünə görə Mercedes E klas və Audi A6 modellərinin əsas rəqiblərindən hesab olunurdu.