Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. == Haqqında == Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhcül Bəlağə