Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. == Tarix == "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır. Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır .
China Unicom
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer). Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub. == Tarixi == China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir. 2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır. 18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir. 2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. == Şəxsi həyatı == Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Hinka Zeninay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Smilax china
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. == Filmoqrafiyası == === Filmlər === === Seriallar === == Mahnıları == Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Flora of China
Çinin florası müxtəlifdir. Yer üzündə başqa heç bir yerdə tapılmayan minlərlə insan da daxil olmaqla, dünyanın ümumi bitki növlərinin təqribən səkkizdə birini təmsil edən 30.000-dən çox bitki növü yerli Çindir. Çində bir çox meşə növü var. Həm şimal-qərbdə həm də şimal-qərbdə dağlar və soyuq iynəyarpaqlı meşələr var, heyvan növlərini dəstəkləyən heyvan növləri və Asiya qara ayısı ilə yanaşı 120 növ quş var. Nəmli iynəyarpaq meşələrində, ardıç və yevin daha yüksək dağlıq dayaqlarında rhododendrons ilə əvəzlənmiş, alt qat kimi bambuk cəngəllikləri ola bilər. Mərkəzi və Cənubi Çinə hakim olan subtropik meşələr heyrətləndirici 146.000 flora növünü dəstəkləyir. Tropik yağış meşələri və mövsümi yağış meşələri, Yunnan və Hainan Adası ilə məhdudlaşsa da, Çində olan bütün bitki və heyvan növlərinin dörddə birini əhatə edir. Çin florasında həm taksonun təsvirini, həm də taksonomisini verən bir onlayn məlumat bazası var. Cənubi Çin, şiddətli yağış və uzun yaş fəsillərini yaşayır, bu da iqlimi bambuk və düyü böyüməsi üçün ideal edir. Şimali Çin əksinə, məhdud yağış və cənubdan sonra daha az növ şaxələndirilməsini yaşayır (Kressey, George, 1930).
China Electronics Corporation
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. == Tarixi == Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi. Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.
AIDC F-CK-1 Ching-kuo
AIDC F-CK-1 Ching-kuo (經國號戰機) Tayvanın çoxməqsədli reaktiv qırıcı təyyarəsidir. Təyyarə Çin Respublikasının keçmiş prezidenti olan Chiang Ching-kuonun adını daşıyır. İlk uçuşunu 1989-cu ildə etmiş və 1994-cü ilin yanvarında Çin Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilmiş olan təyyarə 1997-ci ildən aktiv şəkildə xidmət göstərir. Proqram ABŞ-nin Çinin diplomatik təzyiqi nəticəsində Tayvana özünün F-20 Tigershark və General Dynamics F-16 Fighting Falcon reaktiv qırıcılarının satışını dayandırmasından sonra Tayvan Respublikasının yerli qabaqcıl reaktiv təyyarə hazırlamaq qərarına gəlməsindən sonra başladılmışdır. Təyyarə Amerika müdafiə şirkətlərinin köməyi ilə Aerospace Industrial Development Corporation tərəfindən dizayn və istehsal edilmişdir.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
You'll Think of Me (Elvis Presley song)
You'll Think of Me musiqisi 1969-cu ildə Elvis Presli tərəfindən ifa edilmiş və From Memphis to Vegas / From Vegas to Memphis adlı albomuna daxil etmişdir. Musiqi ilk dəfə 1969-cu ilin avqust və ya sentyabr aylarında lentə alınmışdır. 1970-ci ilin dekabr ayının 1-də isə "Suspicious Minds" / "You'll Think of Me" musiqiləri Elvisin əvvəlki 9 musiqisi ilə birlikdə yenidən buraxılmışdır.
Çinka məbədi
Akiba məbədi (秋葉神社, Akiba-cinca) və ya Akihabara məbədi – Yaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır. == Tarixi == 1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir. 1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur. == Populyar mədəniyyətdə == 2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur. == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Akiba məbədi (Tayto) ilə əlaqəli mediafayllar var.