Çinka məbədi

Akiba məbədi (秋葉神社, Akiba-cinca?) və ya Akihabara məbədiYaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır.[1]

Şintoizm
Akiba məbədi (秋葉神社?)
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Şəhər  Tokio
Rayon Tayto
Memarlıq
Akiba məbədi xəritədə
Akiba məbədi
Akiba məbədi
Şintoizm terminologiyası

1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir.[1]

1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur.[1]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur.[2][a]

  1. 1 2 3 "秋葉神社(松が谷)". Jinja Tokyo Lovers (yaponca). 17 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2023.
  2. "Yanagibayashi shrine there is Rukako". Anime Culture (ingiliscə). 17 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2023.
  3. "Top 7 Steins;Gate Real Life Locations in Tokyo". Otaku in Tokyo (ingiliscə). 4 mart 2020. 23 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]