Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bob Harper
Robert "Bob" Harper — amerikalı personal məşqçi. Amerika teleserialı The Biggest Loserdə iştirak etmişdi. == Həyatı == Bob Harper 18 avqust 1965-ci ildə Neşvill şəhərində anadan olmuşdu. Harper heyvandarçılıq fermasında böyüyüb, ancaq sonradan iddialı və ambisialı Bob Los Ancelesə, öz arzularının axtarışına qedir. O Klarksvilldəki Austin Peay Dövlət Universitetinə qəbul olmuşdu. Bob Skinny Bitch adlı kitabı oxuduqdan sonra ciddi şəkildə vegeterian olmağa qərar verir That same year, PETA voted him sexiest male vegetarian of the year. . PETA ona ilin ən seksual personal məşqçisi adını vermişdi. The Biggest Loser adlı teleproektin məşhurluğu inanılmaz dərəcədə böyükdür və başlıca olaraq, Bob da bu proektdə kənarda qalmadı. Proqrammın rəsmi treneri olduqdan sonra, o millionlarla kök insanların canlı efirdə arıqlamalarına kömək oldu. Maraqlısı odur ki, iştirakçılar etiraf edirdilər ki, Bob efirdə daim nəzakətli və hətta biraz yumşaq olmasına baxmayaraq, əslində idman zalında təmamilə başqa cürdü.
Ferents Hirzer
Ferents Hirzer (mac. Hirzer Férénc; 21 noyabr 1902, Budapeşt – 28 aprel 1957, Trento) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Ferents karyerasını bitirdikdən sonra İtaliyada yaşayaraq orada məşqçi işləyib. Macarıstan yığmasında 32 oyunda iştirak etmiş və 14 qol vurub. == Karyera == Hirzer karyerasına 1913-cü ildə Macarıstan Dəmir Yolları Nazirliyinə məxsus Budapeştdəki "Törekvesh" klubunda başlayıb. 1923-cu ildə, ölkəsində 10 il oynadıqdan sonra doğma ölkəsini tərk edərək Çexoslovakiyaya yollanır. O burada Brno şəhərininin Yəhudi icmasına mənsub olan "Makkabi" klubuna keçir. Bu komanda Çexoslovakiyanın Yəhudi komandaları üçün olan turnirdə oynayırdı. Hirzer növbəti mövsümdə Hamburqun bölgələrindən biri olan Altonanın "Union 03" klubuna keçir.
Stiven Harper
Stiven Cozef Harper (ing. Stephen Joseph Harper; 30 aprel 1959, Toronto) — 6 fevral 2006-cı ildən Kanada baş naziri, 2006-cı il yanvarın 23-də növbədənkənar parlament seçkilərində qalib gələn Kanada Mühafizəkarlar Partiyasının lideri. == Həyatı == Stiven Harper 1959-cu ildə Torontoda doğulub. Alberta əyalətində Kalqari universitetində iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildə ilk dəfə parlamentə seçilib, 2004-cü ildə isə sağ cərəyanın əvvəl mövcud olan iki qrupunun birləşməsi nəticəsində formalaşan Mühafizəkarlar Partiyasının lideri olub. Liberalların on iki il hakimiyyətdə qalması 2006-cı il yanvarın 23-də seçkidə müxalifət partiyası olan Mühafizəkar partiyanın seçilməsi ilə sona çatdı. Partiyanın lideri Stiven Harper baş nazir vəzifəsində Pol Martini əvəz etdi. Mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etmədiyindən, hakimiyyətdə yalnız müxalifət partiyalarının dəstəyi ilə qala bilərlər. Seçkiqabağı kampaniya dövründə mühafizəkarlar vergiləri aşağı salmaq, cinayətkarlıqla mübarizəni gücləndirmək, hərbi xərcləri çoxaltmaq və ABŞ-la münasibətdə yaranmış problemləri aradan qaldırmaq vədləri vermişdilər. Harper siyasi opponentlərinin onda ultrasağ ideologiyaya olan meyli barədə fikirlərini qəbul etmirdi.
Valeri Harper
Valeri Harper (ing. Valerie Harper; 22 avqust 1939, Saffern[d], Nyu-York ştatı – 30 avqust 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Valeri Harper 1939-cu ildə 22 avqustda ABŞ-nin Nyu-York şəhərində dünyaya gəlmişdi. O, karyerasına 1959-cu ildə Broadway-də musiqili filmlərlə başlamışdı. Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına layiq gürülüb. V. Harper eyni zamanda komediya janrında çəkilən serialdakı roluna görə, oynadığı "Qızıl Qlobus" mükafatı qazaıb. Bundan əlavə, "Mary Tyler Moore Show" sitkomunda, "Colombo", "Ətrafdakı üç qız", "Çarəsiz evdar qadınlar" və digər filmlərdə rol alıb. Valeri Harper 30 avqust 2019-cu ildə vəfat edib.
Harper Li
Nell Harper Li (ing. Nelle Harper Lee; 28 aprel 1926 — 19 fevral 2016) — amerikalı yazıçı. Daha çox “Bülbülü öldürmək” romanının müəllifi kimi tanınır. == Həyatı == Nell Harper Li 28 aprel 1926-cı ildə Alabama ştatının cənub-qərbindəki kiçik Monrovill şəhərində anadan olub. O, Amas Kolman Li və Fransis Kanningem Finç Linin ən kiçik uşağı idi (ailənin dörd uşağı var idi). Onun atası, keçmiş qəzet sahibi və redaktoru, hüquqşünas olub və 1926-1938-ci illərdə dövlət xidmətində olub. Uşaq ikən Li oğlan kimi idi və erkən yaşda oxumağa başlamışdı. O, sinif yoldaşı və qonşusu - gənc Trumen Kapote ilə dost idi. 1931-ci ilin aprelində Alabama ştatının kiçik Skottsboro şəhərində iki ağdərili qadının doqquz gənc qaradərili kişi tərəfindən zorlanması iddiası ilə bağlı ilk məhkəmə prosesləri keçirilərkən Linin cəmi beş yaşı vardı. Məhkəmə hələ başlamamış az qala linç edilən təqsirləndirilən şəxslərə yalnız iş məhkəmədə başlayan andan vəkil xidməti göstərilməyə başlanır.
Harper's Bazaar
Harper's Bazaar — Qlamur, moda haqqında aylıq qadınlar üçün jurnal. Əsası 1867-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 20 ölkəsində çap olunur. == Tarix == ABŞ da tək moda jurnalı olaraq ilk nəşri 1867-ci ildə edilən Harper 's Bazaar; orta-yüksək və yüksək sinifə xitab edən tərzi ilə gözəllikdən modaya, geyimdən məşhur mədəniyyətə çox sahədə cəmiyyətə istiqamət verir. Harper & Brothers adlı şirkətə sahib Fletcher, James, John və Cozef qardaşları tərəfindən qurulan jurnalın adı Harper s Bazar idi. Jurnalın 1913-cü ildə Harper qardaşlar William Randolph Hearst'e satılması nəticəsində Hearst şirkətin təzyiqi edildi və adı Harper 's Bazaar olaraq qaldı. == Harper’s Bazaar dünyada == Jurnal dünyanın 28 ölkəsində çap olunur: == Redaktorlar == Mary L. Booth (1867–1889) Margaret Sangster (1889–1899) Elizabeth Jordan (1900–1913) William Martin Johnson (1913–1914) Hartford Powell (1914–1916) John Chapman Hilder (1916–1920) Henry Blackman Sell (1920–1926) Charles Hanson Towne (1926–1929) Arthur H. Samuels (1929–1934) Carmel Snow (1934–1957) Nancy White (1957–1971) James Brady (1971–1972) Anthony Mazzola (1972–1992) Liz Tilberis (1992–1999) Katherine Betts (1999–2001) Glenda Bailey (2001–indiyə kimi) == İstinadlar == == Xarici keçidlər == Harper's Bazaar official website Harper's Bazaar UK official website Harper's Bazaar Australia official website Arxivləşdirilib 2021-11-08 at the Wayback Machine Harper's Bazaar Russia official website "Harper's Bazaar Romania" official website Arxivləşdirilib 2013-08-15 at the Wayback Machine "Harper's Bazaar Vietnam's official Facebook page" Online archive Arxivləşdirilib 2011-04-16 at the Wayback Machine of early covers NYPL Digital Gallery. Illustrations from Harper's Bazaar, various dates Cornell University.
Harper Adams Universiteti
Harper Adams Universiteti — İngiltərənin Şropşir vilayətində yerləşən dövlət universiteti. Universitet 1901-ci ildə kənd təsərrüfatı üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi kimi qurulmuşdur. 1998-ci ildə universitet kollec, 2012-ci ildə isə universitet statusu alıb. Universitet 50-dən çox bakalavr və magistr proqramları təklif edir. == Tarixi == Sonradan universitetə ​​çevrilən Harper Adams Kolleci 1901-ci ildə təsis edilib. 1939-cu ildə kollecə ilk dəfə qız tələbələri qəbul olundu. Təkmilləşdirmə kursları ilk dəfə 1981-ci ildə Harper Adams universitetində tətbiq edilmişdir. Universitet Elmlər üzrə bakalavr dərəcəsini tətbiq edən ilk institutlardan biridir. 1985-ci ildə Şahzadə Marqaret tərəfindən Elm binası açılmışdır. Harper Adams kolleci 2010-cu ildə açılmış JCB Akademiyasının akademik sponsoru olmuşdur.