Ferents Hirzer

Ferents Hirzer (mac. Hirzer Férénc; 21 noyabr 1902, Budapeşt28 aprel 1957, Trento) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Ferents karyerasını bitirdikdən sonra İtaliyada yaşayaraq orada məşqçi işləyib. Macarıstan yığmasında 32 oyunda iştirak etmiş və 14 qol vurub.

Ferents Hirzer
Ümumi məlumatlar
Ləqəbi Kicsi[1]
Doğum tarixi 21 noyabr 1902(1902-11-21)
Doğum yeri
Vəfat tarixi 28 aprel 1957(1957-04-28) (54 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hirzer karyerasına 1913-cü ildə Macarıstan Dəmir Yolları Nazirliyinə məxsus Budapeştdəki "Törekvesh" klubunda başlayıb.[2]

1923-cu ildə, ölkəsində 10 il oynadıqdan sonra doğma ölkəsini tərk edərək Çexoslovakiyaya yollanır. O burada Brno şəhərininin Yəhudi icmasına mənsub olan "Makkabi" klubuna keçir. Bu komanda Çexoslovakiyanın Yəhudi komandaları üçün olan turnirdə oynayırdı.[3]

Hirzer növbəti mövsümdə Hamburqun bölgələrindən biri olan Altonanın "Union 03" klubuna keçir. Hirzer burda oynadığı zamanlarda Şimali Almaniya millisində də bir oyun keçirib.

Hirzer yeni mövsümə yenidən başqa ölkəyə keçir. Hirzerin növbəti dayanacağı İtaliya olur. O macar Jeno Karoyun dəvəti ilə "Yuventus" klubuna keçir. Hirzer Yuvedə ilk oyununa 1925-ci ilin oktyabrında, üç qol vurduğu "Parma" klubu ilə oyunda çıxır. 1925/26 mövsümünü "Yuventus" 1-ci yerdə tamamlayır və son 20 ildə ilk dəfə İtaliya çempionu olur. Hirzer bu mövsumdə 26 oyunda 35 qol vuraraq çempionatın bombardiri olur. "Yuventus" növbəti mövsümü "Torino" və "Bolonya" klublarından sonra 3-cü sırada tamamladı və Hirzer 17 matçda 15 qol vurur. Ancaq Hirzer bu mövsümün sonuna qədər klubda qalmır və Macarıstana dönur.

1926-cı ildə Macarıstana dönən futbolçu, burada "MTK" klubuna keçir. "MTK" klubunun heyətində 4 il oynayaraq 68 qol vurur.

1932- ci ildə Hirzer İsveçrənin "Yonq Fellous" klubuna keçir. Futbolçu daha sonra Fransaya gedərək "Sent Servan" klubuna qoşulur. Daha sonra Macarıstana dönərək burada "Kerileti" klubunda karyerasını bitirir.

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Olympedia (ing.). 2006.
  2. "Профиль на tempofradi.hu". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  3. "Makkabi Brnoю Blue Star 1922–1925". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]