Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
Flickr
Flickr — şəkil saytı. Flickr özündə iki milyarddan çox şəkil cəmləşdirir və Yahoonun xidmətlərindən biridir.
Cicer
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Cicer arietinum
Qoyunnoxudu (lat. Cicer arietinum) — paxlakimilər fəsiləsindən bitki növü. == Yayılması == Bitki dünyanın 30 ölkəsində becərilir. Qoyunnoxudu əkilən yerlərin ümumi sahəsi 8,6 mln. ha-dır və bunların 90%-i Asiyanın tropik və subtropik ərazilərində — Hindistan, Çin və Pakistanın payına düşür. Afrikada (Mərakeş, Tunis, Efiopiya) və Amerikada (Kolumbiya və Meksika) əkin sahələri azdır. Bitkinin məhsuldarlığı 0,6-0,8 t/ha-dır.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Yan Çikker
Yan Çikker (slovak. Ján Cikker; 29 iyul 1911[…], Banska Bistritsa – 21 dekabr 1989[…], Bratislava) — müasir Slovakiya klassik musiqisinin aparıcı eksponenti olan Slovakiya bəstəkarı. Slovakiya Milli Artisti, Herder mükafatı və IMC-UNESCO Beynəlxalq Musiqi Mükafatı ilə mükafatlandırılmışdır. == Həyatı == Çikker keçmiş Avstriya-Macarıstanda, bugünkü Slovakiyada, Banska Bistritsa şəhərində anadan olub. Onun ilk musiqi müəllimi anası Mariya Psotkova və Uilyam Fiqus-Bistri idi. Orta məktəbi bitirdikdən sonra, 1930-cu ildən 1935-ci ilə qədər Praqa Konservatoriyasında oxumuş və orada Yarkoslav Kriçkanın bəstəkarlıq və orkestra kurslarına qatılmışdır. 1935-1936-cı illərdə Praqa Konservatoriyasının Magistr Peşə Liseyində oxudu, burada Vitezslav Novakın tələbəsi oldu. Daha sonra Vyanaya köçdü, 1936-1937-ci illərdə Feliks Veynqartner ilə birlikdə təhsil aldı. 1939-1949-cu illərdə Bratislava Konservatoriyasında dərs demişdir. 1945-1948-ci illərdə Slovak Milli Teatrı operasının repertuar məsləhətçisi olmuşdur.