Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[4][5][…], Şeffild, İngiltərə[6] – 22 dekabr 2014[2][4][…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri.
Co Koker | |
---|---|
ing. Joe Cocker | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Con Robert Koker |
Doğum tarixi | |
Doğum yeri | Şeffild, İngiltərə |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Krouford, Kolorado, ABŞ |
Vəfat səbəbi | ağciyər xərçəngi[1][2] |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1960 — 2014 |
Janrlar | blüz, rok[3] |
Musiqi alətləri | piano |
Səs tembri | bariton |
Albom şirkətləri |
Regal Zonophone A&M Capitol EMI Decca |
Mükafatları | |
cocker.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır[7][8]. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır.
2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır.
Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir[9][10].