Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Virtual Azerbaijan Group of Companies
"Virtual Azerbaijan Group of Companies" — Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən istehsalçı şirkətlərdən biri. 2014-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılaraq məhsuldarlığının və effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət olunur və daha səmərəli iş prosesi əldə edilir. Şirkət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi" lisenziyasına sahibdir. "Virtual Azerbaijan Group of Companies" "İnformasiya-kommunikasiya texnologiyaları"nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir. Şirkətdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl təşkilatlarda təcrübə qazanmış, beynəlxalq sertifikatlara sahib 60-a yaxın əcnəbi və yerli mütəxəssislər çalışmaqdadır. Şirkət müxtəlif sosial layihələrə töhvə verir. Şirkət Türkiyənin və Rusiyanın nüfuzlu şirkətlərindən "Код Безопасности" ilə tərəfdaşlıq etməkdədir. AİKTSA-nın Platin üzvüdür.