Virtual Azerbaijan Group of Companies

Virtual Azerbaijan Group of Companies — 2014-cü ildən fəaliyyətə başlayan "Virtual Azərbaycan" şirkəti hazırda Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir.

Virtual Azerbaijan Group of Companies
“Virtual Azərbaycan Qrup of Kompani” MMC
Loqonun şəkli
2021-ci ildən istifadə edilən loqo
2021-ci ildən istifadə edilən emblem
2021-ci ildən istifadə edilən emblem
Ümumi məlumatlar
Tipi Məhdud Məsuliyyətli Cəmiyyət
Sənaye İnformasiya texnologiyaları, Elektron sənaye, Proqram təminatı, Portal
Məhsulları Optik Sayğac oxuyucu, Ultrasonik
Təsis tarixi Mart 2014
Baş qərargahın yeri Azərbaycan Azərbaycan , Bakı, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küç. 16, Tramvay Döngəsi 4, Time Business Center.
Struktur
İşçi sayı 60
Tərəfdaşlar Vision TV, TimeSoft
Rəhbərlik
Təsisçi Elvin Abbasov
vac.az

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılaraq məhsuldarlığının və effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya və Kommunikasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir.

Lisenziya

Şirkət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyasına sahibdir.

Virtual Azerbaijan Group of Companies “İnformasiya-kommunikasiya texnolgiyaları ” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir.[1]

Şirkətdə 60-a yaxın xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, beynəlxalq sertifikatlara sahib əcnəbi və yerli mütəxəssislər çalışmaqdadır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • İT - infrastrukturunun planlanması
  • İT - layihələndirmə
  • Ödəmə sistemlərinin yaradılması
  • Portal - Proqram təminatının yazılması və tətbiqi
  • İnformasiya texnologiyaları üzrə konsaltinq xidmətləri[2]
  • Gis - Coğrafi informasiya sistemlərinin yaradılması
  • İstehsalat - Müxtəlif yeni texnologiyaların mühəndislik və istehsalatı
  • SCADA - Yazılımların ağıllı avadanlıqlarla inteqrasiya edilməsi və avtomatlaşdırılması[3]:
2014-2020-ci illərdə istifadə edilmiş loqo

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə "Mərkəzləşdirilmiş elektron uçot sistemi", Elektron Sənəd Dövriyyəsi, İnsan resuslarının idarə edilməsi və Koorperativ İnformasiya Sisteminin Yaradılması (Elektron Su Kadastr Sistemi) adlı layihələri həyata keçirib.

Azərbaycanda respublika üzrə suvarma sularının ödənişlərinin yığılması məqsədilə Sudan İstifadəedənlər birliklərinin ödəmə sistemi üçün “SİB Payment System” adlı layihəni həyata keçirməkdədir.

Türkiyənin “SU YAPI” şirkətinin layihələndirdiyi “Yuxarı Şirvan kanalının yenidən layihələndirilməsi” layihəsi cərcəvəsində Yuxarı Şirvan kanalında en kəsiklərin alınması, plankotların hazırlanması, ortofoto və DEM-in alınmasında birgə fəaliyyət göstərməkdədir.

“Subartezianların Uzaqdan İdarə Edilməsi” layihəsi çərçivəsində respublika üzrə subartezianların uzaqdan idarəedilməsi məqsədilə artezianlara uzaqdan idarəedilməsini həyata keçirir.

"Virtual Azərbaycan Qrup of Kompani" şirkətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə əməkdaşlığı çərçivəsində şirkət tərəfindən yaradılan bir sıra MultiMedia məhsulları hazırda da XDMX-nın rəsmi saytında yer almaqdadır.

"Virtual Azərbaycan Qrup of Kompani" şirkətinin "GoMap" naviqasiya sistemi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi bir sıra MultiMedia məhsulları "Google Map" xəritəsinin görüntüsündən istifadə edilərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş və A.R. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş olunmuş milli resurs olan "GoMap" naviqasiya sistemində yerləşdirilib.

Şirkət eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Dövlət Məşğulluq Agentliyi[4], Azərkosmos ASC[5][6], “Synergy Group” və “Gilan Holding” kimi maliyyə-sənaye qrupu ilə də yaxından əməkdaşlıq edib.

Azərbaycan Turizm Assosiasiyası” ilə də əməkdaşlıq edən "Virtual Azərbaycan Qrup of Kompani" şirkəti eyni zamanda Azərbaycandakı turizm şirkətləri ilə də birgə bir sıra layihələr həyata keçirmişdir. Həyata keçirdiyi layihələr birbaşa olaraq turizm şirkətlərinin saytında yer almaqdadır.

Azərbaycanda ilk dəfə təşkil olunan “Formula 1” yarışı zamanı “Bakı Şəhər Halqası” ilə birgə əməkdaşlıq edən “Virtual Azərbaycan”, Azərbaycanda bu yarışın Video və Foto virtual turunu həyata keçirən yeganə şirkətdir. “YARAT Müasir İncəsənət Məkanı”, “Paşa Holding” və “SOCAR” kimi tanınmış şirkətlər üçün “application” hazırlayan "Virtual Azərbaycan Qrup of Kompani" şirkəti Azərbaycanda eksklüziv olaraq milli resurs olan “GoMap” naviqasiya sistemi ilə əməkdaşlıq edir.

Həmçinin şirkət, Azərbaycanın qədim tarixə malik regionlarının ərazisində olan, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, tarixini özündə yaşadan abidələri, yurd yerlərinin virtual gəzintisini həyata keçirib. “Mədəniyyət və Turizm Nazirliyi” ilə əməkdaşlığına uyğun olaraq, Nazirlik tərəfindən mühafizə edilən Azərbaycanın bir sıra tarixi və mədəni əhəmiyyətli dövlət tarix-memarlıq qoruqları virtuallaşdırılaraq izləyicilərin ixtiyarına verilib.[7]

Şirkət Azərbaycan mədəniyyətinin təbliği məqsədilə bölgələrin icra hakimiyyətləri ilə birgə bir sıra layihələrə də imza atıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, eyni zamanda Tovuz, Qax, Zaqatala, Şəmkir, Xaçmaz rayonlarının icra hakimiyyətləri ilə birgə əməkdaşlıq edərək bölgələrin 360 dərəcəlik virtual tur çəkilişlərini həyata keçirmişdir.

İstehsalat[redaktə | mənbəni redaktə et]

Elektrik sayğacları üçün “Optik oxuyucu”[redaktə | mənbəni redaktə et]

Virtual optik sayğac

Mənbə[8]

Optik oxuyucu vasitəsi ilə işıq sayğaclarından alınan məlumatlar avtomatik olaraq istənilən aidiyyatı qurumun serverində sinxron olaraq arxivlənir. Məlumatların ötürülmə prinsipi GSM və ya digər (Kabel, Wi-Fi, Lora RF ID, Bluetooth, TCP-IP, RS-485, RS-232, RS-422) rabitə üsulları ilə anlıq ötürülə bilir.

İstifadə sferaları:

Sayğac istifadə edilən bütün sektorlar

Obrazlı Misal : Azərişıq ölkə üzrə sayğacların məlumatlarını birbaşa insan faktoru olmadan daxili sistemlərinə köçürə bilərlər. İnsan faktorunu minimuma endirib, neqativ halların (korrupsiya) qarşısı alına bilər. İntensiv sistemdə daim yenilənmiş məlumat əldə etmək olar.

Sistemin səmərəliliyi:

Ultrasonik[redaktə | mənbəni redaktə et]

Mənbə[9]

Bu avadanlıq səs dalğaları vasitəsi ilə məsafələrin avtomatik ölçülməsini təmin edir.

1- Ultrasonik Su Sayğacları?

Ultrasonik su sayğacları, ultrasəs üsulu ilə su axını ölçməsini həyata keçirən bir sayğac növüdür. Heç bir mexaniki hissə yoxdur. Bütün ölçmə və hesablama prosesləri elektron şəkildə aparılır. Hesablama vahidi axın ölçməsini də həyata keçirir.

2- Mexanik və ultrasəs sayğacları arasındakı fərq nədir?

Mexanik və ultrasəs su sayğacları əsasən eyni funksiyanı yerinə yetirməsinə baxmayaraq ölçü sistemləri fərqlidir. Nəticədə ölçmə və hesablama məlumatları eynidir, lakin bu sistemlərin bir-birinə qarşı üstünlükləri və mənfi cəhətləri var. Hər dəfə ultrasəs su sayğacı daha yaxşı bir nəticə verəcəkdir. Mexanik sistemlərin zamanla çatışmazlıqlar göstərmə meyli olduğu bilinməlidir. Bu azaldılmış məbləğ gözlənilməzdir. Ultrasonik sistemlərdə bu çatışmazlıq nisbəti daha azdır və sayğac zamanla daha sabit və sabit işləyir.

Ümumiyyətlə, ultrasəs su sayğacları kənd təsərrüfatında suvarmada istifadə üçün çox faydalıdır. Ultrasonik su sayğacının ümumi üstünlükləri;

  • Mexanik hissələri yoxdur.
  • Çirklənmə və tıxanma problemi yoxdur.
  • Çox uzunömürlüdür.
  • Təzyiq azalması demək olar ki, yoxdur.
  • İstifadəsi asandır.
  • Rəqəmsal çıxışı ilə avtomatlaşdırma uyğunluğu var.
  • Kalibrini uzun müddət qoruyur.

İcra edilən Dövlət Layihələri[redaktə | mənbəni redaktə et]

Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron kadastr məlumatı və xəritəsi[redaktə | mənbəni redaktə et]

Elektron uçotunu aparmaq məqsədi ilə rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir.

  • Çöl tədqiqatı, vektorlaşdırılmış xəritə materiallarının naturada təsbiti və çöl geodeziya ölçmə işlərinin aparılması;
  • Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticələrinin və toplanmış kadastr məlumatlarının keyfiyyətinə nəzarət;
  • Torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması.

Subartezian quyularının PLC/SCADA sistemi ilə uzaqdan idarəedilməsi[redaktə | mənbəni redaktə et]

Artezianların uzaqdan idarəedilməsi (PLC/SCADA)

Geniş bir əraziyə yayılan qurğuların vahid mərkəzdən komputer, mobil telefon və ya planşet kimi cihazlardan idarəetmə və nəzarət sisteminin yaradılmasını təmin edir.[10]

Proqram təminatının əsas üstünlükləri aşağıdakılardır:

  • Sistemin istənilən vaxt izlənə bilinməsi;
  • Vaxt və əməyə qənaət;
  • İstehsal məlumatlarının qeyd edilməsi;
  • Enerji monitorinqi və sistemə qənaət;
  • Qəza vəziyyətlərinin qarşısının alınması;
  • Sistemə edilən müdaxilələrin qeyd edilməsi;
  • Sahədəki vəziyyətlə bağlı xəbərin alınması və dərhal müdaxilə edilməsi.

Sudan İstifadəedənlər Birlikləri - Ödəmə Sistemi[redaktə | mənbəni redaktə et]

Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi, suvarma suyunun və su istifadəçilərinin uçotunun aparılmasında elektron uçotun tətbiqi, uçotun şəffaflığı, suvarma suyunun satışının həyata keçirilməsində nağdsız hesablaşmaya keçid üçün nəzərdə tutulmuş ödəmə sistemidir.[11]

Proqram təminatının əsas üstünlükləri:

  • Şəffaf iş strukturu
  • Mərkəzi İdarəetmə Paneli
  • Onlayn ödəmə
  • Onlayn bildiriş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə aşağıdakı iri layihələri həyata keçirir:[redaktə | mənbəni redaktə et]

Əmək münasibətləri və məşğulluq alt sistemi (ƏMAS)[12] Əmək münasibətlərin, Elektron əmək müqaviləsinin yaradılması, Nazirliklərlə məlumat mübadilərinin, Özünəməşğulluğun, Fərdi məşğulluq proqramının, Əmək haqqının hesablanmasının və digər məlumatların avtomatlaşdırılması.[13]

Azərbaycan Respublikasının Məşğulluq Xəritəsi[14] Ümumi göstəricilər, Demoqrafik göstəricilər, Məşğulluq göstəriciləri, Sosial göstəricilər, Peşələrin atlası kimi məlumatlar öz əksini tapacaqdır.

Məşğul Şəxslərin Reysteri[15] Muzdla işləyənlərin, sahibkarların, - Prezident tərəfindən təsdiqlənmiş məşğul şəxslərin, haqqı ödənilən vəzifəyə seçilənlərin, AZ Silahlı Qüvvələrində xidmət edənlərin, ailə kəndli təsərrüfatının üzvlərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslərin, Əyani təhsil alanların, -Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının reysterlərinin elektronlaşdırlıması

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "(Standartlaşdırma üzrə Texniki Komitə AZSTAND/TK 05)" (PDF). 2021-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-22.
  2. "(İnformasiya texnologiyaları üzrə konsaltinq xidmətləri)". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  3. NOS Genel Müdürü Yüksel Azerbaycan'da: haberler.com Arxivləşdirilib 2020-12-09 at the Wayback Machine; iha.com.tr Arxivləşdirilib 2020-02-04 at the Wayback Machine; haberturk.com Arxivləşdirilib 2020-03-23 at the Wayback Machine
  4. "Azərbaycanda əmək müqaviləsi bildirişləri altsistemi təkmilləşdirilir". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  5. “Azərkosmos” “Virtual Azerbaijan Group of Companies” şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsi mövzusuna dair görüş keçirib
  6. Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
  7. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin illik HESABATI – 2016. Bakı, “Zərdabi-Nəşr” MMC, 2017, səh. 112 Arxivləşdirilib 2022-06-18 at the Wayback Machine
  8. "Optik Sayğac Oxuyucu". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  9. "Hidro Post". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  10. "Subartezian Quyularında SCADA sistemi qurulur 05 06 2020 AzTv". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  11. İLHAM ƏLİYEV: “AZƏRBAYCANDA İÇMƏLİ SU VƏ SUVARMA SUYU İLƏ TƏMİNAT 100 FAİZ OLMALIDIR»”
  12. "(ƏMAS)". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  13. "(Əmək münasibətləri və məşğulluq altsistemi)". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  14. "(Məşğulluq Xəritəsi)". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  15. "(Məşğul Şəxslərin Reysteri)". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]