Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kondole
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan. == Mif == Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.
Qondola
Qondola (it. gondola) Venesiyada bir qayıq növü olub onu idarə edən şəxs isə qondolyer adlandırılır. İlk dəfə XI əsrdə istifadəsinə başlanılmışdır. Ensiz uzun qayıq olub, adətən uzunluğu 11 m, eni isə 1,5 m olur. 2-6 nəfərlik oturacaqlara malikdir. Zamanında Venesiyada bu qayıqlar həm sərnişin, həm də ticarət üçün malların daşınmalarında istifadə olunurdusa, müasir dövrdə həm ekzotik taksi, həmdə turist gəzintiləri üçün istifadə olunur. Belə ki Venesiyaya səfər edən hər bir turist bu cür romantik ritual gəzintidən istifadə etməyə çalışır. Qondola onun sarğı hissəsində ayaq üstə dayanmış qondolyer tərəfindən uzun avar ağacı vasitəsilə idarə edilir. Qondolanın əsas gövdəsi və ona bitişik və yuxarı kandarları, qabırğaları palıd ağacından, göyərtəsi şam ağacından, kənarları və sarğı hissəsi qara şamdan, yan və ön oturacaqlar qoz ağacından, sahilə açılan platforması isə gilas ağacından, qayıq ucluqları cökə və fıstıq ağacından, iç üzlük lövhələri qarağac və ağ şam ağacından hazırlanır. Bir qondola 280 hissədən ibarətdir.
Ondol
Koreya ənənəvi memarlığında Ondol(ON-dol; /ˈɒn.dɒl/, (koreyaca: 온돌) və yaxud gudeul (koreyaca:구들) Kang adlı yataq sobasına bənzəyən yeraltı isitmə sistemidir, hansı ki odun tüstüsündən birbaşa istilik köçürməsilə qalın döşəmənin altı qızdırılır. Ənənəvi ondolun əsas komponentləri mətbəx və ya yataq otağından əlçatan agungi(soba), üfüqi və şaquli tüstü keçidləri üçün qaldırılmış hörgü döşəməsi və bacadır. Qızdırılan döşəmə tüstünün istiliyini düzgün paylamaq üçün qurulan daş dirəklərlə dəstəklənir. == Tarixi == === Mənşəyi === Ondolun istifadəsi günümüzdəki Şimali Koreyada arxeoloji yerlərdə tapılmışdır. Şimali Koreyanın Hamgyeongbuk-do bölgəsindəki Unggi şəhərində eramızdan 5000 il əvvələ aid Neolit dövrünə məxsus arxeoloji yerdə qazılmış bir yaşayış yerində gudeul aşkar edilmişdir. Erkən dövlərdə ondol evi və ya yeməyi isitmək üçün istofadə olunan gudeul olaraq adlandırılırdı. Düyü bişirmək üçün sobada ocaq qalandığı zaman alov üfüqi istiqamətdə hərəkət edirdi, çünki bacanın girişi sobanın yanında idi. Bu tənzimləmə çox vacib idi, çünki bu tənzimləmə tüstünün yuxarıya doğru getməsinə imkan verməyərək alovun tez sönməsinin qarşısını alırdı. Ondol(yeraltı isitməli) otaqlar yaratmaq üçün bütün otaqlar isitmə sobalarının üzərində qurulmağa başladı. === Etimologiyası === Gudeul sözü doğma Koreya sözüdür.
Cotto di Bondone
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
A. P. de Candolle
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. == Dekandolun şərəfinə adlandırılmış taksonlar == Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Augustin Pyramus de Candolle
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. == Dekandolun şərəfinə adlandırılmış taksonlar == Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Çonqol
Çonqol (kor. 전골, Ichŏnkol, jeongol) - bişmiş ət və güvənçdən hazırlanır. O Koreyanın bişmiş ətdən hazırlanan cciqeyə (кор. 찌개) bənzəyir. Ancaq ondan fərqi çonqol bir neçə müxtəlif tərkibdən ibarətdir. Cciqeə isə əsasən cciqe və ya sunduq cciqedən ibarət olur. Digər fərqli cəhəti isə çonqol həmçinin kudçolpxan, Koreyanın elit təbəqəsinin kralların yeməyidi, ancaq cciqe isə adi insanların yeməyi sayılır. == Tarixi == Coson Manquksamulqivonın (kor. 만국사물기원역사?, 萬國事物紀原歷史?; «Dünyanın müxtəlif əşyalarının tarixi») adlı əsərində çonqolun qədim dövrlədən hazırlandığı qeyd olunur. Belə ki, əsgərlər müharibə dövründə qab çatışmamazlığından və ya olmamasından onlar bu yeməyi bişirməyə başlamışlar.
Kondorə (Piranşəhr)
Kondorə (fars. كندره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (39 ailə).