Bu məqalə qaralama halındadır. |
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan.
Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.
1989-cu ildə Psychic TV qrupu Kondole adlı musiqi albomu çıxarır. Albom yalnız iki kompozisiyadan ibarət olur və bu kompozisiylar Deadcat filminin saundtrekinə daxil edilir. 1993-cü ildə alboma yeni bir kompozisiya əlavə olunur.
Albomu yenidən çıxaran Pi-Orric, San-Fransisko delfinariumunu ziyarət etdikdən sonar albomu dəniz heyvanlarının qorunmasına həsr edir.