Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cursores
Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur).
Kursor
Kursor (lat. cursor) - displey ekranında klaviaturadan daxil edilən növbəti işarənin əks etdiriləcəyi mövqeyi göstərən işıqlanan simvol.Kursor mətn kursoru və maus kursoru fərqləndirilir. Mətn kursoru ekranda sayrışan simvoldur (adətən şaquli xətt). Bu simvol ekrana növbəti simvolun daxil ediləcəyi yeri göstərir. Maus kursoru mausun ekranda hərəkətini və onun köməyi ilə aparılan əməliyyatları əks etdirən qrafik nişandır (çox vaxt ox şəklində olur). == Növləri == Blokşəkilli kursor – ekranda piksellə ölçülən eni və hündürlüyü mətn rejimində olan simvol oyuğunun ölçülərinə uyğun gələn kursor. Mətn emalı proqramlarında istifadə olunur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Nilufər Gürsoy
Nilüfər Gürsoy (1 iyun 1921, Bursa, Osmanlı imperiyası) — türk filoloq və siyasətçisi. Nilüfər Gürsoy, 1965-1969, 1973-1980-ci illərdə parlamentdə çalışıb. Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın qızıdır. == Təhsili == Nilüfər Bayar ibtidai təhsilini evdə fərdi şəkildə alıb. Daha sonra orta və lisey təhsilini Maarif Kollecində (sonralar TED Ankara Kolleci) almış, 1939-cu ildə oranı bitirmişdir. Həmin il o, İstanbul Universitetində fəlsəfə təhsili alıb. Bir ildən sonra ailəsinin Ankaraya köçməsi ilə əlaqədar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub və klassik filologiya sahəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra 1949-cu ildə Qədim yunan dili kafedrasında assistent kimi çalışmağa başlayıb. O, “Evripidlərin siyasi baxışları” adlı doktorluq dissertasiyasını müdafiə edərək, 1954-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1960-cı il dövlət çevrilişindən sonra atası prezident Cəlal Bayar və həyat yoldaşı Demokrat Partiyasından Kütahya millət vəkili Əhməd İhsan Gürsoy, bir çox başqa dövlət rəsmiləri və siyasətçilərin xunta tərəfindən həbs edilməsi ilə universitetdən qovularaq, Ali Ədalət Məhkəməsində mühakimə olunması üçün İstanbul sahillərindəki kiçik bir ada olan Yassıa adasına göndərilib.