Dilək Gürsoy (türk. Dilək Gürsoy) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah.[1][2]
Dilək Gürsoy | |
---|---|
Dilək Gürsoy | |
Doğum tarixi | 1976-cı il |
Doğum yeri | Noys, Almaniya |
Vətəndaşlığı | Almaniya |
Milliyyəti | türk |
Elm sahələri | tibb, cərrah |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Düsseldorf Universiteti |
Tanınır | Avropada süni ürək implantasiya edən ilk qadın həkim |
Mükafatları |
"German Medical Award 2019" "İlin həkimi" (Almaniya) |
Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur.[3][4][5] İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir.[4] Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi.[5] Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür.[5] Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur.[5] İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.[5] Ailəsinin,ürək-damar cərrahiyyəsinə yönələn yeganə fərdi idi.[1][6] Gələcək peşə karyerası olan cərrahlıq onun uşaqlıqdan bəri olan arzusu idi.[5]
Gürsoy məmləkəti Noysda yaşamağı çox sevir. Həftə sonları başqa şəhərdə işləməli olsa da, doğma şəhərinə mütləq qayıdır.[5]
Borussiya Münhenqladbax FK futbol klubunun fanatıdır,klubun üzvüdür və sezonluq biletinə sahibdir.[5]
Düsseldorf Universitetini bitirdikdən sonra həkim köməkçisi, mütəxəssis və tibbdə müdir köməkçisi vəzifələrində çalışıb.[5] Bundan əlavə, Essen, Bad Enhausendə və Duysburqda Reyner Körfer ilə tellər və xarici enerji mənbələri olmayan yeni süni ürək növü inkişaf etdirmək üçün çalışmışdır.[5][7] 2017-ci ildə Bremendə çalışdı.[5] 2019-cu ilin mart ayından Ziqburqdakı Helios klinikasında ürək cərrahiyyəsi şöbəsində məsləhətçi cərrah və LVAD proqramının direktoru vəzifəsində çalışır.[1]
Almaniya kansleri Angela Merkel Gürsoyun işi ilə maraqlandıqdan sonra onu 21 sentyabr 2017-ci ildə onunla görüşür.[5] Avropada süni ürək implantasiya edən ilk qadın həkim ünvanını qazandığı üçün Alman Tibb Klubu tərəfindən "Medizinerin des Jahres 2019" ("İlin həkimi 2019") mükafatına layiq görülür.[3]