Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almalıq
Almalıq (Kəlbəcər)
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Damğalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Damğalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı"adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. "Damğalı" tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı "S" hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın "qoç","qoyun"mənaları verdiyini bildirmişdir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında "Oğuznamə"də söz açılan üçoxları təmsil edir. "Oğuznamə"də deyilir". Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.
Almalıq (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Almalıq (Kəlbəcər)
Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur. == Toponimikası == Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır.
Rupertin damlası
Şahzadə Rupert damlası (Bataviyanın şərəfinə — Hollandiyanın köhnə adı), həmçinin Bolonya şüşələri, Batavi göz yaşları (ing. Prince Rupert's drops) — son dərəcə yüksək daxili mexaniki gərginliyə malik temperli şüşənin dondurulmuş damcıları == Fiziki izahatı == Temperatur aşağı düşdükdə, ərimiş şüşə kristallaşmır, əksinə şüşəli bir vəziyyətə çevrilir, yəni sərtləşən şüşənin atomları kristalda olduğu kimi "düzgün" yerlərini tutmağa vaxt tapmırlar, lakin bir quruluş meydana gətirirlər. mayenin quruluşuna bənzəyir. Qeyd etmək vacibdir ki, bu vəziyyətdə şüşənin xüsusiyyətləri, xüsusən də həcm ərimənin soyuma sürətindən əhəmiyyətli dərəcədə asılıdır. 400-600 °C temperaturda ərimiş şüşə damcısı suya düşəndə ​​onun xarici təbəqəsi o qədər tez soyuyur ki, şüşənin strukturunun özünü yenidən təşkil etməyə vaxtı olmur və həcmdə müvafiq dəyişiklik (azalma) az olur. . Digər tərəfdən, damlanın nüvəsi yavaş-yavaş soyuyur və buna görə də özək şüşəsinin strukturu xarici təbəqədəki şüşə ilə müqayisədə çox daha böyük dərəcədə dəyişir. Bununla belə, nüvənin həcmi struktur dəyişikliyinə görə dəyişə bilməz, çünki həcmdə belə bir dəyişikliyin qarşısını xarici təbəqə alır. Nəticədə, nüvə uzanır və xarici təbəqə sıxılır. Başqa sözlə desək, soyudulmuş damcının daxili hissəsində mexaniki dartılma gərginlikləri, xarici hissədə isə sıxıcı gərginliklər təsir göstərir. Sıxılmış qabıq çox güclüdür (məsələn, aerozol qutularının və ya beton metro tunellərinin dibləri eyni şəkildə qurulur), lakin qabıq məhv edilərsə, bütün gərginlik çıxarılır və damcı partlayır.
Damalı suilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Damalı taxta
Damalı taxta — dama oynamaq üçün nəzərdə tutulmuş damalı taxta. Əksər hallarda tünd və açıq rəngli, adətən yaşıl və sarı (rəsmi turnirlər), qara və qırmızı (istehlakçı reklamları) və ya qara və ağ (çap qrafikləri) rəngli 64 kvadratdan (8×8) ibarətdir. 8x8 damalı taxta başqa oyunlarda, o cümlədən şahmatda istifadə olunur, buna görə də şahmat taxtası kimi də tanınır.
Damazlıq (El köməyi)
Damazlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. == Haqqında == Azərbaycanın maldar əhalisi arasında geniş yayılmış mütərəqqi adətlərindən biri də "damazlıq" adlı el köməkliyi olmuşdur. "Damazlıq" adətinin nə vaxt və ilk dəfə hansı bölgədə meydana çıxması haqqında dəqiq məlumat yoxdur. Bir şey aydındır ki, "damazlıq" el köməkliyi adəti icma daxilində sosial təbəqələşmənin yarandığı şəraitdə meydana çıxmış və Azərbaycanın bütün bölgələrində yayılmışdır. XIX əsrə aid olan etnoqrafik ədəbiyyatda məlumat verilir ki, kənd ağsaqqalının təşəbbüsü ilə müflisləşmiş, mal-qarası olmayan bir kəndlinin evində yemək tədarükü görüb, qohum-qonşuları və kəndin bütün ailə başçılarını oraya qonaq dəvət edərdilər. Qonaqlıqda yeməkdən sonra ev sahibinə daha yaxın olan ağsaqqallardan biri qonaqlığın "damazlıq" məqsədilə təşkil edildiyini açıqlayardı. Qonaqlıq iştirakçılarının hər biri elə oradaca mal-qarası olmayan kəndlinin ailəsinə kimin nə ilə yardım edəcəyini elan edərdilər. Nəticədə qonaqlığın hər bir iştirakçısı ev sahibinə bir qoyun, quzu, dana, yaxud buzov bağışlamağa söz verərdi. Məclis dağıldıqdan sonra qonaqlıq iştirakçıları evə qayıdıb "damazlıq" kimi vəd verdikləri heyvanları həmin kəndlinin qapısına yollardılar. Nəticədə mal-qarası olmayan kəndli müəyyən qədər mal-qaraya sahib olub yoxsulluğun daşını atardı.Göründüyü kimi, "damazlıq" köməklik adəti hər adam üçün deyil, mal-qarası, xüsusilə sağını olmayan ailələr üçün təşkil edilərdi.
Şahzadə Rupert damlası
Şahzadə Rupert damlası (Bataviyanın şərəfinə — Hollandiyanın köhnə adı), həmçinin Bolonya şüşələri, Batavi göz yaşları (ing. Prince Rupert's drops) — son dərəcə yüksək daxili mexaniki gərginliyə malik temperli şüşənin dondurulmuş damcıları == Fiziki izahatı == Temperatur aşağı düşdükdə, ərimiş şüşə kristallaşmır, əksinə şüşəli bir vəziyyətə çevrilir, yəni sərtləşən şüşənin atomları kristalda olduğu kimi "düzgün" yerlərini tutmağa vaxt tapmırlar, lakin bir quruluş meydana gətirirlər. mayenin quruluşuna bənzəyir. Qeyd etmək vacibdir ki, bu vəziyyətdə şüşənin xüsusiyyətləri, xüsusən də həcm ərimənin soyuma sürətindən əhəmiyyətli dərəcədə asılıdır. 400-600 °C temperaturda ərimiş şüşə damcısı suya düşəndə ​​onun xarici təbəqəsi o qədər tez soyuyur ki, şüşənin strukturunun özünü yenidən təşkil etməyə vaxtı olmur və həcmdə müvafiq dəyişiklik (azalma) az olur. . Digər tərəfdən, damlanın nüvəsi yavaş-yavaş soyuyur və buna görə də özək şüşəsinin strukturu xarici təbəqədəki şüşə ilə müqayisədə çox daha böyük dərəcədə dəyişir. Bununla belə, nüvənin həcmi struktur dəyişikliyinə görə dəyişə bilməz, çünki həcmdə belə bir dəyişikliyin qarşısını xarici təbəqə alır. Nəticədə, nüvə uzanır və xarici təbəqə sıxılır. Başqa sözlə desək, soyudulmuş damcının daxili hissəsində mexaniki dartılma gərginlikləri, xarici hissədə isə sıxıcı gərginliklər təsir göstərir. Sıxılmış qabıq çox güclüdür (məsələn, aerozol qutularının və ya beton metro tunellərinin dibləri eyni şəkildə qurulur), lakin qabıq məhv edilərsə, bütün gərginlik çıxarılır və damcı partlayır.
Damalı su ilanı
Damalı suilanı (lat. Natrix tessellata) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. == Xüsusiyyətləri == Adi suilanına nisbətən (lat. Natrix natrix), damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı suilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1–1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur. == Həyat tərzi == Damalı suilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar.
Heyvanların Damazlıq üçün Qiymətləndirilməsi və Seçilməsi (1952)
Heyvanların damazlıq üçün qiymətləndirilməsi və seçilməsi (film, 1952)