Damğalı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2]
Damğalı | |
---|---|
40°01′ şm. e. 46°37′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Damğalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Damğalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[3]
XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir.[4]
Kənd dağətəyi ərazidə yerləşir.