Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dampir boğazı
Dampir boğazı ing. Dampier Strait — Sakit okeanda yerləşən Umboy və Yeni Britaniya adalarını ayıran boğaz. Bismark dənizi və Solomon dənizini birləşdirir. Boğaza bu ad buradan üzüb keçən ilk avropalı Britaniya səyyahı Vilyam Dampirin şərəfinə verilmişdir. Bu hadisə 1700-cü ildə baş verib. Boğazın uzunluğu 50 km, eni isə 24 km təşkil edir. 1884-cü ildə Yeni Qvineya adasının 141 dərəcədə şərqdə yerləşən ərazilər Almaniya İmperiyasının nəzarətinə keçir. Şərqdəki holland koloniyası və Dampir boğazı sərhəd olur. Birinci Dünya müharibəsində 1914-cü ildə Avstraliya ordusu bölgəni işğal edir. Versal sülh müqaviləsinə əsasən ərazi Millətlər Liqasının mandatı altında Avstraliyanın tabeçiliyinə verilir.
Uilyam Dampir
Vilyam Dampir — ingilis dəniz səyyahı, pirat. == Həyatı == Üç dəfə dünya səyahətinə çıxmışdır. Bir neçə il Tortyu adasında (VestHinddə) qalmış, Amerika sahillərindəki İspan şəhərlərinin və yaşayış yerlərinin qarətində iştirak etmişdi. 1678–91-ci illərdə Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində piratçılıqla məşgul olmuşdur. 1691-ci ildə İngiltərəyə qayıtmış, 1697-ci ildə “Yeni dünya səyahəti” kitabını çap etdirmişdir.1699-cu ildə “Robak” gəmisində İngiltərədən çıxmış, Ümid burnundan keçərək,1699-cu ildə Avstraliyanın şimal qərb sahillərinə çatmış və şimala doğru hərəkət edərək özünün adlandırdığı Şark körfəzini, adalar qrupunu tədqiq etmişdir. == Fəaliyyəti == 1703–07-ci illərdə dəniz quldurluğu ilə məşğul olmuşdur. 1704-cü ildə Dampir öz matrosu A. Selkirki kimsəsiz adaya düşürmüşdür; sonralar Daniel Defo bu matrosun timsalında Robinzon Kruzo obrazını yaratmışdır. 1707-ci ildə “Yeni Hollandiyaya səyahət” kitabını nəşr etdirmişdir. 1708–11-ci illərdə V. Rocersin gəmisində Dampir şturman vəzifəsində dünya səyahətinə çıxır; Sakit okeanın cənublarının xəritəsini tərtib edir, Dünya okeanının müxtəlif məntəqələrində maqnit meylinin qiymətləri barədə məlumatlar toplayır, dəniz sularının duzluluğunu, hakim axınlar və küləklər arasındakı əlaqələri, Avstraliya, Yeni Qvineya və sairə adaların fauna və florasını öyrənir. Avstraliyanın şimal-qərbində ya, Sakit okeanın cənub qərbində və Malayya arxipelaqında bir neçə ada və körfəz Dampirin şərəfinə adlandırılmışdır.
Vilyam Dampir

Dampir boğazı (İndoneziya)
Dampier boğazı (ind. Selat Dampir) — İndoneziyanın Qərbi Papua vilayətində, Raja Ampat adaları, Vayqeo və Batanta adalarını ayırır. Boğazın eni 57 km-dir. Boğaz Britaniya səyyahı Uilyam Dampirin şərəfinə adlandırılmışdır.
Danish Singles Chart
Gözyaşı damcısı əlaməti
Gözyaşı damcısı əlaməti (ing. teardrop sign) – X-ray görünən sirkə kasası çuxuru boyunca sümük çıxıntısının yaratdığı görüntüdür və bud sümüyü başı ilə çuxuru arasındakı münasibəti qiymətləndirməkdə istifadə edilir.
Yağış Damcısı usta
Yağış Damcısı usta — Avstraliya, Yeni Zelandiya və Sinqapur kompaniyalarnan yaradılmış və ilk dəfə Avstraliyanın Seven Network televiziya kanalında 15 mart 2008-ci ildən 14 fevral 2009-cu ilə qədər yayımlanmış cizgi televiziya proqramıdır. Ümumilikdə 24 dəqiqəlik 26 seriya buraxılıb. == Süjet == Serial beş elementdən ikisinin, Yun usta ilə Çitaido qədim döyüş sənətini öyrənən Yağış Damcısının (su) və Şao Yenin (ağac) təcəssümü ilə başlayır. Lakin Tazonleg dövlətinin hökmdarı general Bu, Flamo, od elmenti, könüllü olaraq ona qoşulduqdan sonra digər dörd elementi zəbt etmək arzusunu reallaşdırmaq üçün Yunu əsir alaraq dünya nizamını pozur. General Bu bunu elementlərin birləşməsinə və onu məğlub etməsinə mane olmaq üçün edir. Usta Yağış Damcısı və Şao Yen tezliklə iki digər elementlə birləşir: Cin Hou, metal elementi (antropomorfik qızıl meymun) və Niva, torpaq elementi (gildən hazırlanmış görünən insanabənzər qız). Onlar birlikdə Usta Yunu xilas etməyə və qızıl əjdahanın məğlub olduğu yerə gedib gücünü bərpa etməyə çalışırlar. == Səsləndirmə aktyorları == Coş Anderson Yağış Damcısı usta rolunda Ceyn U'Brayen Cin Hou, Qırmızı oğlan və digər müxtəlif personajlar kimi rolunda Reyçel King Niva rolunda Sara Obri Şao Yen rolunda Coş Kvon Tart Flamo rolunda Devid Frensis Grab rolunda Brayan Migan General Bu rolunda == İstehsal == Cizgi serialı Big Communications, Flux Animation Studio, Flying Bark Productions, Media Development Authority və Southern Star Entertainment tərəfindən hazırlanıb. Həmçinin şəxsən Brent Çembers, Vinsent Lim, Ceff Uotson və Yasmin MakKonvill. Rejissorlar: Syusan Oliver, Stiv Kuper və Kevin Uotton.