Dampir boğazı

Dampir boğazı ing. Dampier StraitSakit okeanda yerləşən Umboy və Yeni Britaniya adalarını ayıran boğaz. Bismark dəniziSolomon dənizini birləşdirir. Boğaza bu ad buradan üzüb keçən ilk avropalı Britaniya səyyahı Vilyam Dampirin şərəfinə verilmişdir. Bu hadisə 1700-cü ildə baş verib. Boğazın uzunluğu 50 km, eni isə 24 km təşkil edir.

Dampir boğazı
ing. Dampier Strait
Ümumi məlumatlar
Eni minimum 24 km
Uzunluğu 50 km
Yerləşməsi
5°36′30″ c. e. 148°11′50″ ş. u.HGYO
Ölkə  Papua-Yeni Qvineya
Akvatoriyası
Ayırır Umboy adasını Yeni Britaniya adasından
Dampir boğazı xəritədə
Dampir boğazı
Dampir boğazı

1884-cü ildə Yeni Qvineya adasının 141 dərəcədə şərqdə yerləşən ərazilər Almaniya İmperiyasının nəzarətinə keçir. Şərqdəki holland koloniyası və Dampir boğazı sərhəd olur. Birinci Dünya müharibəsində 1914-cü ildə Avstraliya ordusu bölgəni işğal edir. Versal sülh müqaviləsinə əsasən ərazi Millətlər Liqasının mandatı altında Avstraliyanın tabeçiliyinə verilir. 8 mart 1942-ci ildə yaponlar Lae və Salamaua şəhərlərinin yerləşdiyi Yaom körfəzinə qoşun çıxardaraq Vityaz boğazını və Dampiri nəzarətə alırlar. 1943-cü ilin dekabrında ABŞ qüvvələri boğaza nəzarəti ələ keçirir. Hazırda isə bölgə Papua-Yeni Qvineyanın ərazisidir.