Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaradıcı yıxım
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Yaradıcı ilah
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. == monolatizm == Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. == Monizm == Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
Yaradıcı məhv

Yaradıcı tanrı

YouTube Yaradıcı Mükafatları
YouTube Play Düymələri - Ən populyar kanallara verilən "YouTube Yaradıcı Mükafatlarının" bir hissəsidir. Bu mükafat digər mükafatlardan fərqlidir, bir kanal üçün ümumi abunəçi sayına əsasən verilir. Təsdiqlənmiş YouTube istifadəçisi müəyyən bir abunəçi sayına çatdıqdan sonra YouTube-un oynatma düyməsinin simvolundan ibarət bu mükafatlar verilir. Hər mükafat fərqli ölçüdədi, kanalın abunəçi sayısına görə mükafatda böyüyür.
Yaradıcı süni intellekt
Generativ süni intellekt — generativ modellərdən istifadə edərək mətn, şəkil və ya digər media yarada bilən süni intellekt. Generativ süni intellekt modelləri daxil edilmiş təlim məlumatlarının nümunələrini və strukturunu öyrənir və sonra oxşar xüsusiyyətlərə malik yeni məlumatlar yaradır. 2020-ci illərin əvvəllərində transformer əsaslı dərin neyron şəbəkələrindəki irəliləyişlər təbii dil göstərişlərini daxil edilən mətn kimi qəbul edən bir sıra generativ Sİ sistemlərini işə saldı. Bunlara ChatGPT, Copilot, Bard və LLaMA kimi böyük dil modeli çatbotları və Stable Diffusion, Midjourney və DALL-E kimi mətndən-şəklə süni intellekt sənət sistemləri daxildir. Generativ süni intellekt incəsənət, yazı, ssenari, proqram təminatının inkişafı, məhsul dizaynı, səhiyyə, maliyyə, oyun, marketinq və dəb daxil olmaqla geniş sənaye sahələrində istifadə edilir. 2020-ci illərin əvvəllərində Microsoft, Google və Baidu kimi böyük şirkətlər, eləcə də generativ süni intellekt modellərini inkişaf etdirən çoxsaylı kiçik şirkətlər sayəsində generativ süni intellektə investisiyalar artdı. Bununla belə, kibercinayətkarlıq və ya insanları aldatmaq və ya manipulyasiya etmək üçün istifadə edilə bilən saxta xəbərlər və ya deepfake-lər yaratmaq da daxil olmaqla, generativ Sİ-nin potensial sui-istifadəsi ilə bağlı narahatlıqlar da var. == Tarixi == Süni intellektin akademik intizamı 1956-cı ildə Dartmut Kollecində tədqiqat emalatxanasında qurulmuşdur və o vaxtdan bəri bir sıra irəliləyiş və optimizm dalğaları yaşamışdır. Yarandığı gündən bu sahədə tədqiqatçılar insan şüurunun təbiəti və insana bənzər intellektə malik süni varlıqların yaradılmasının nəticələri haqqında fəlsəfi və etik arqumentlər irəli sürmüşlər. Bu məsələlər daha əvvəl antik dövrdən bəri mif, bədii ədəbiyyat və fəlsəfə tərəfindən araşdırılmışdır.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Denis Marandiçi
Denis Marandiçi (18 sentyabr 1996, Kişinyov) — Moldovalı futbolçu. 18 Sentyabr 1996-cı ildə Moldovada anadan olub, daha sonra Portuqaliyaya köçüb. "Turan Tovuz" klubunda solmüdafiəçi mövqeyində çıxış edir. == Karyerası == Denis Marandiçi 4 fevral 2020-ci ildə "Slovenian PrvaLiga" -nın "NK Celje" klubu ilə müqavilə imzalayıb. Denis Marandiçi hal-hazırda karyerasını Azərbaycan çempionatında davam etdirir. Moldovalı müdafiəçi 2023-cü ilin yanvar ayında Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz”la müqavilə bağlayıb. Marandiçi 9 yanvar 2023-cü ildə Türkiyədə təlim-məşq toplanışında olan "Petrolul Ployeşti" ilə yoldaşlıq oyununda yeni komandasında debüt edib. O, 5-ci dəqiqədə hesabı açsa da, sonda “Petrolul Ployeşti” 3:2 hesabı ilə qalib gəlib.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.