Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilguşa
Dilguşa — İranın İlam ostanının Məlikşahi şəhristanının Gəçi bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,931 nəfər və 676 ailədən ibarət idi.
Dilrubə Camalova
Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000). Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı. == Həyatı == Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.
Typhlodromips dillus
Typhlodromips dillus (lat. Typhlodromips dillus) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromips dillus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Et Uus Saaks Alguse
Et Uus Saaks Alguse (Azərbaycanca: Yeni Bir Başlanğıc Ola Bilər) — Estoniyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.