Dilrubə Camalova

Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran13 mart 2009, Cəlilabad rayonu) — Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000).

Dilrubə Camalova
Dilrubə Cəbrayıl qızı Camalova
bayraq
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
23 avqust 1993 – 31 may 2000
ƏvvəlkiHüseynqulu Məmmədov
SonrakıYaşar Rzayev
Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi
bayraq2
1981 – 1988
Əvvəlkiİsa Məmmədov (dövlət xadimi)
SonrakıAqil Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1938(1938-01-07)
Doğum yeri
Vəfat tarixi 13 mart 2009(2009-03-13) (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Partiya
Təhsili

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı.[1]

Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.

1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.

1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.

1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.

2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

  1. "Bacısı oğlu 8 ay həbsdə, özü isə 8 il vəzifədə qaldı: Dünən yola salınan icra başçısı". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.