Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Formant
Formant (lat. formans (formantis) – doğuran, formalaşdıran) – nitq səslərinin tezliyinin səviyyəsi ilə əlaqəli olan və səsin tembrini əmələ gətirən akustik xarakteristikasıdır. Formantalar – səs tonu spektrinin hissəsidir, ortalama tezlik qiymətinə görə müəyyən edilmiş tezliklər oblastıdır. Səsin tanınması prosesi əsas etibarlı ilə formantların qavranılması ilə şərtlənir. Formant nitq siqnalının spektrini (enerjinin və ya amplitudun tezliklər üzrə paylanmasını) xarakterizə edən vacib parametrdir, formantı məhdud tezlik oblastında enerjinin konsentrasiyası kimi müəyyən etmək olar. Formant tezlik, en və amplitud ilə xarakterizə edilir. Formantın tezliyi olaraq maksimal amplitudun tezliyi götürülür. Başqa sözlə, formant – spektrin qrafikində amplitudun müəyyən kəskin yüksəlişi, onun tezliyi isə bu yüksəlişdə pikin tezliyidir. Şəkildə tezlikləri F0, F1, F2, F3 olan dörd formant göstərilib. F0 formantı nitq siqnalının əsas ton tezliyi də adlanır.
Dorians
Dorians — Ermənistanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Lonely Planet" mahnısı ilə təmsil etmiş olan qrup.
Normani
Normani Kordey Hemilton (ing. Normani Kordei Hamilton; 31 may 1996, Atlanta) — ABŞ müğənni və rəqqasəsi.
Dimant
Dimant (q.yun. Δύμας) — yunan mifologiyasında personaj. Dori mənşəlidir, Egimiyanın oğludur. Heraklın övladları ilə Peloponnes uğrunda müharibədə həlak olmuşdur. Alimlər ehtimal edirlər ki, Axeyadakı Dima şəhəri onun adını daşıyır. Mifə görə, Sparta filalardan biri onun adını daşıyır.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə.Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Format
Format (alm. format‎, fr. format, lat. forma) - Verilənlərin kompüterin yaddaşında, verilənlər bazasında, monitor ekranında və ya xarici daşıyıcıda yazılması və göstərilməsi qaydalarının məcmusudur. Verilənlər sahələrinin siyahısını, onların xarakteristikalarını, daxil edilən verilənlərin məzmununu və onların yerləşdirilməsini müəyyən edir.O, emal edilən, maqnit daşıyıcısına və ya optik daşıyıcıya yazılan, displeydə əks etdirilən və ya kağızda çap edilən informasiya obyektinin müəyyən strukturudur. Format yazıda (o cümlədən faylda, verilənlər bazasında və s.) informasiya obyektlərinin göstərilməsini simvolik şəkildə təsvir edən dil elementidir. İkilik informasiyanın kodlaşdırılması üçün istifadə olunur (məsələn, mətn faylı). Format – 1)poliqrafiyada hazır çap məhsulunun, yaxud çap kağızının ölçüləri; 2)fotoqrafiyada obyektivin təsvir sahəsi daxilinə çəkilmiş düzbucaqlı və ya kvadrat; 3)kitabın, səhifənin, kartoçkanın və s.-nin ölçüsü; 4)əndazə; 5)mətbəə məhsulunun kəsiləndən sonra fiziki ölçüləri; 6)kitabın, səhifənin, kağız vərəqin, kartoçkanın və s.-nin ölçüsü; əndazə. Məsələn, böyük format, kiçik format. Kiçik formatda fotoşəkil; 7)mətbuatda nabor səhifəsinin uzunluğu və hündürlüyü, sətrin uzunluğu.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. == Vətəndaş müharibəsi == 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi. Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu. 2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Dortman firəngotu
Dortman firəngotu (lat. Lobelia dortmanna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna lacustris (Salisb.) G.Don Lobelia lacustris Salisb. Rapuntium dortmanna (L.) Chaz. === Heterotipik sinonimləri === Lobelia dortmanna var. decolor H.Lindb. Lobelia dortmanna f. decolor (H.Lindb.) Hiitonen Lobelia dortmanna f. ramosa Murb. Lobelia dortmanna f.
Martin Bormann
Martin Borman (alm. Martin Bormann‎, 17 iyun 1900[…] və ya 17 iyul 1900, Halberştadt[d], Saksoniya-Anhalt – 2 may 1945[…], Berlin) — Almaniyanın siyasi və dövlət xadimi. == Həyatı == Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağırılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Həmin dövrdə o, leytenant Q. Rossbaxın rəhbərlik etdiyi könüllülər korpusunun fəaliyyətində iştirak edir.
Normand adaları
Normand adaları (fr. îles Anglo-Normandes) və ya Çannel-Aylends (ing. Channel Islands) — La-Manş boğazında, Fransa sahilləri yaxınlıqlarında adalar qrupu. Birləşmiş Krallığa məxsusdur. Sahəsi 196 km²-dir. İki böyük (Cersi və Gernsi) və bir neçə kiçik adadan ibarətdir. Qranik və qneyslərdən təşkil olunmuşdur. Bostançılıq, heyvandarlıq və balıqçılıqla məşğul olunur. Əsas şəhəri Sent-Heliyerdir. Adaların ümumi əhalisi 2018-ci ildə 170,499 nəfər idi.
Normand sülaləsi
Normand sülaləsi (ing. House of Normandy) — Normandiyada (911—1135) və İngiltərədə (1066—1135) hakimiyyətdə olmuş norman mənşəli zadəgan sülaləsi. == Tarixi == I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Beləliklə, I Vilhelm Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur.
Normans-Key
Normans-Key — Baham adalarında ada. Eksumanın bir hissəsidir. Florida sahillərindən 340 kilometr (210 mil) aralıda yerləşir. 1978–1982-ci illərdə ada kolumbiyalı narkobaron Karlos Lederə məxsus idi və Kolumbiyadan ABŞ-yə kokain qaçaqmalçılığı üçün tranzit baza rolunu oynamışdır. == Tarixi == Yeni seçilmiş hökumət yerli deputatın etirazı ilə dövlətə məxsus adanın 40,5 milyon dollara satılması ilə bağlı müqavilə imzalamışdır. Hökumət hesab edirdi ki, bu addım ölkə iqtisadiyyatının xarici investorlar tərəfindən daha da maliyyələşdirilməsinə töhfə verəcək. == Populyar mədəniyyətdə == 2001-ci ildə baş rolda Conni Deppin olduğu "Kokain" filminin səhnələri Normans-Keydə çəkilmişdir. Ada Corc Yanq və T. Rafael Çiminonun "Ağır" romanında xatırlanır.
Atom (format)
Atom — bir-birilə əlaqəli iki veb-texnologiyanın ümumi adı: veb-saytlarda resursların və onların nəşri üçün protokolun təsviri üçün format. == Sindikasiya formatı == Atom formatının sindikasiyası XML formatına əsaslanmışdır və veb-resurs dəstlərini təsvir etməyə imkan verir (məsələn, xəbər lentləri, bloqdakı məqalələr). Bu formatdan sonra RSS formatıda bu funksiyaları daha təkmil yerinə yetirir. Format RFC 4287-də təsvir edilmişdir və indi bir çox layihələrdə Google şirkəti tərəfindən fəal dəstəklənir.
BMP (format)
BMP təsviri formatı (.bmp) – Windows sisteminin əsas formatı hesab olunur. BMP faylnı Microsoft Office paketinin istənilən proqramı başa düşür. Bu formatdan “İşçi masaya” şəkillərin qoyulmasında da istifadə edilir. BMP faylın ölçüsü çox böyük olur.
Belgrad Ormanı
Belqrad meşəsi (türk. Belgrad Ormanı) ― Türkiyənin ən böyük şəhəri İstanbulun şimalında təqribən 5,500 hektarlıq təbii meşə sahəsi. 1521-ci ildə Osmanlılara əsir düşən Belqrad şəhərindən didərgin düşmüş minlərlə serbin adını daşıyır. Coğrafi cəhətdən meşə Trakya yarımadasının ən şərq nöqtəsində yerləşir. Meşə ərazi Sarıyer və Eyüp rayonları arasında bölünür. Bir neçə tarixi su anbarı meşənin içində yerləşir.
Dərman bulaqotu
Dərman bulaqotu (lat. Veronica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Sinonimlər == Cardia officinalis (L.) Dulac Veronica officinalis var. officinalis Veronica officinalis f.
Dərman bədrənci
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. == İstifadəsi == Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. === Əks göstəriş === Bədrəncə qarşı yüksək həssaslıq. === İstifadə qaydası === Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Dərman bəlğəmotu
Dərman bəlqəmotu (lat. Althaea officinalis) - bəlğəmotu cinsinə aid bitki növü. == Sinonim == Althaea kragujevacensis Pančić Althaea kragujevacensis Pančić ex Diklić & Stevan. Althaea micrantha Borbás Althaea multiflora Rchb. ex Regel Althaea officinalis subsp. micrantha Dostál Althaea officinalis var. pseudoarmeniaca Polg. Althaea officinalis subsp. pseudoarmeniaca (Polg.) Kárpáti ex Soó Althaea sublobata Stokes Althaea taurinensis DC. Althaea vulgaris Bubani Malva althaea E.H.L. Krause Malva maritima Salisb. Malva officinalis (L.) Schimp.
Dərman ciyərotu
Dərman cəbrayılotu
Dərman dəfnəgilənarı
Dərman fillantusu
Dərman fillantusu (lat. Phyllanthus emblica) - fillantus cinsinə aid bitki növü. == Sinonimləri == Cicca emblica Kurz Emblica officinalis Gaertn. Mirobalanus embilica Burm. Phyllanthus mairei Lév.