Dərman dəfnəgilənarı

<td_align="right"_width="40%">Cins:<td_align="left">Dəfnəgilənar&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Dəfnəgilənar}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Dəfnəgilənar]])[1]
???:
Dərman dəfnəgilənarı

Dərman dəfnəgilənarı (lat. Laurocerasus officinalis) — gülçiçəklilər fəsiləsi, dəfnəgilənar cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2. Azərbaycanın nadir növüdür.

Dərman dəfnəgilənarı
Prunus laurocerasus fruit.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Dəfnəgilənar
Cins:Dəfnəgilənar
Cins:Dəfnəgilənar
Cins:Dəfnəgilənar
Cins:Dəfnəgilənar
Beynəlxalq elmi adı
  • Laurocerasus officinalis

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Həmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov- ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Aprel-may aylarında çiçəkləyir. Sentyabr ayında meyvə verir. Tozlanması entomofildir. Toxumla və vegetativ üsulla çoxaldılır. Mezofitdir, xüsusən quraqlıq rayonlarda kölgəyə davamlı, işıqsevən, rütubətə və torpağa tələbkardır. Aşağı və orta dağ qurşaqlarında, sıldırım dağ yamaclarında, təpəciklərdə, bəzən isə dəniz səviyyəsindən 2200–2300 m yüksəkliyədək olan yerlərdə, əsasən palıd, vələs və digər tipli meşələrdə meşəaltı cins kimi bitir. Dekorativ bitkidir. Oduncağı bərk, rəngi açıq-sarı, mərkəz hissəsi tünd-çəhrayıdır, yaxşı cilalanır, gözəl rəngə və yüksək texniki xüsusiyyətə malikdir. Meyvəsi yeməlidir. Qabığı, tumurcuğu və toxumu zəhərlidir, tərkibində sianid turşusu vardır.

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Balkan yarımadası, Kiçik Asiya və İranda təbii arealları vardır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Astara, Balakən rayonları ərazilərində təbii halda yayılmışdır.<ref>

Lənkəran ovalığı (Astara şəhərinin ətrafında), Böyük Qafqazın qərb hissəsi (Balakən rayonu Mazım çayının sol sahili). Hirkan Milli Parkının Aşağı Hıron kəndi yaxınlığında, dəniz səviyyəsindən 296 m yüksəklikdədir.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayının azlığı və antropogen amillər. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Zaqatala Dövlət Təbiət QoruğundaHirkan Milli Parkında mühafizə olunur. 

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Yeni yasaqlıqların yaradılması vacibdir.

Sinonimlər[redaktə | mənbəni redaktə et]

  • Cerasus laurocerasus Lois.
  • Laurocerasus vulgaris Carr.
  • Padus laurocerasus Mill.
  • Prunus laurocerasus L.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники СССР. т.3. 1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Красная Книга СССР.1984;
  • Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

  1. Cins:Dəfnəgilənar