Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Durqa
Durqa (Sanskritcəː दुर्गा, Benqalcaː দুর্গা) Hinduizmdə bir Devidir ulu (ən üstün) ilahə formasıdır. Bir şirin üzərinə minən və bir çox qolunda öldürücü silahlar daşıyan üzündə bunların tam əksi və etimad verici bir ifadə daşıyan, əlləri (müəyyən mənalara işarə edən) mudra formasında bir qadın olaraq təsvir edilir. İlahənin bu forma dişi cins və yaradıcı enerjinin (Şakti) təcəssümü yəni cismaniləşməsi, bədən tapmasıdır. Bəzi adət-ənənələrdə Sarasvati və ya Lakşminin təcəssümü olaraq keçərkən, digər adət-ənənələrdə bu iki ilahə (Sarasvati və Lakşmi) onun qız övladları olaraq keçər.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi. Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi.
Vurma
Vurma — hasil almaq üçün bir ədədin digər ədədə, yaxud öz-özünə vurulmasına deyilir.
Xurma
Xurma (lat. Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə,Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır. Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır.
Duyma
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Adi xurma
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Ağ durna
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Burma pişiyi
Burma pişiyi — Birma qısatüklü pişik cinsi. 1930-cu illərdə ABŞ-də Birmadan gətirilmiş pişiyin nəsli əsasında yetişdirilmişdir. Bədəni əzələli, görün düyün dən ağırdır. Başının almacıq sümükləri çıxıq (enlisifət), burnu dibindən əyilmişdir. Gözləri sarı, girdə və ya üst xətti düzlənmişdir. Tükü zərif, parlaq, bədəninə sıx yapışan, tiftiksizdir. Rəngi qəhvəyi, mavi, tünd-qəhvəyi, bənövşəyi, qırmızı, açıq-sarı və onun müxtəlif çalarlarındadır. Burma pişiyinin bədəninin alt hissəsi belinə nisbətən azca açıq rəngdədir. Adamayovuşan və oynaqdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Cimmi Durmaz
Yakup Cimmi Durmaz (22 mart 1989, Erebru) əvvəllər Cimmi Tuma kimi tanınan, Türkiyənin "Qalatasaray" klubu və İsveç milli komandasında oynayan bir İsveç futbolçusudur.
Durmə (Qürvə)
Durmə (fars. درمه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Durna (bürc)
Durna (lat. Grus) — göyün cənub yarımkürəsində bürc. Göyün cənub yarımkürəsində bürc. Durnanın ən parlaq ulduzu Əlnairin (α) parlaqlığı 1,7 ulduz ölçülüdür və Günəşdən təximən 100 işıq ili məsafədə yerləşir. Durnanın daha beş ulduzu 4-cü ulduz ölçüsündən parlaqdır.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Duyma orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsi ilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunma Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Nessun dorma
Nessun dorma — Cakomo Puççininin "Turandot" operasının sonuncu aktında ifa edilən ariya. Həmçinin, operada ən məşhur tenor ariyalarından biridir. Bu ariya şahzadə Turandota aşiq olan naməlum şahzadə (it. il principe ignoto) Kalaf tərəfindən ifa edilir. "Nessun dorma" italyan dilindən tərcümədə "Heç kim yatmasın" mənasını verir. == Ariyanın təsviri == "Turandot" operasının mövzusuna əsasən qədimdə Çin imperatorunun Turandot adlı çox gözəl bir qızı varmış. Lakin bu qız kişilərə nifrət edir və ərə getməmək üçün onu almaq istəyən oğlanlara cavab tapılması çətin olan 3 sual verir. Bu suallara cavab verə bilən şəxs şahzadə ilə evlənmək haqqı qazanır, cavab verə bilməyənlər isə boynu vurularaq edam edilir. Həmin 3 sual aşağıdakı kimidir: Gecə düşəndə ortaya çıxan, qanadlı qarabasmaya bənzəyən, günəşin doğması ilə yox olan şey nədir? - Ümid.
Qaraboyun durna
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. == Təsviri == Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Surma-Meqxna
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Vurma cədvəli
Vurma cədvəli və ya Pifaqor cədvəli — 1-ci sətir və 1-ci sütunlarında vuruqlar, oyuqlarda isə uyğun ədədlərin hasili olan cədvəl. Məktəblilərə vurmanı öyrətmək üçün istifadə edilir.
Vurma işarəsi
Vurma işarəsi – Riyazi əməl. Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir. Bu işarə bitkilərdə və heyvanlarda çarpazlaşdırmanı, insanda isə evlənməni, ailə qurmağı, nigahı göstərir. F1 birinci nəsil (övladlar); F2 – ikinci nəsil (nəvələr); F3 – üçüncü nəsil (nəticələr) və i.a. qeyd edilir. == Mənbə == ↑ M.Axundov, İnsan genetikasına səyahət, səh. 17, Azərnəşr 1975.
Xurma palması
Xurma ağacı (lat. Phoenix) — palmakimilər fəsiləsinə aid bitki cinsi.
Darçınlı burma
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Dürda-Larekiy
Dürda-Larekiy (fr. Durdat-Larequille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03106. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1252 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 793 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 549 nəfər iqtisadi cəhətdən fəal, 244 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 67.1%). Fəal 549 nəfərdən 494 nəfər (261 kişi və 233 qadın), 55 nəfəri işsizdir (23 kişi və 32 qadın). 244 hərəkətsiz şəxs arasında 74 nəfər şagird və ya tələbə, 100 nəfər təqaüdçü, 70 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.